Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-388/2025 10.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X9 məhkəmə iclas katibliyi, Şikayət vermiş şəxs X11 və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X12 iştirakları ilə, Şikayət vermiş şəxs X11 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 12 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şikayət vermiş şəxs X18 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 12 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X18 şikayət ərizəsini əsaslandıraraq bildirmişdir ki, 12 avqust 2025ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən "X24" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru qismində onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3cü maddəsi əsasında inzibati xəta haqqında işə baxılmış və nəticədə vəzifəli şəxs qismində onun inzibati məsuliyyətə cəlb olunmağı barədə qərar qəbul edilmişdir. Hesab edir ki, qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Barəsində tərtib olunmuş 12 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib olunarkən dəqiq və düzgün araşdırma aparılmamış, onun "X24" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi - direktoru olmadığı, həmin cəmiyyətin qanuni təmsilçisinin cəmiyyət yaranandan bu günədək Türkiyə Respublikasının vətəndaşı X8 olduğu müəyyənləşdirilməmişdir. O, heç bir zaman "X24" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi olmamışdır. Sadəcə, 18 sentyabr 2023-cü il tarixdə "X24" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X8 ona ASAN imzadan istifadə edərək cəmiyyətin müəyyən hesabatlarını aidiyyatı orqanlara təqdim etmək üçün müəssisənin möhürü ilə etibarnamə vermişdir. Belə olan halda işin həqiqi tərəfləri düzgün dəyərləndirilməyərək inzibati xəta üzrə tənbeh verilməsi ilə nəticələnən prosedur formalaşdırılmışdır ki, həmin qərar tərəfindən mübahisələndirilir. Belə ki, "X24” Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmiyyətin işəgötürəni - direktoru X8 ilə aralarında hər hansı müqavilə münasibəti olmamış və ƏMAS sisteminə işlənməmişdir. Müəssisənin faktiki idarə edilməsi və bütün kadr, maliyyə, əmək münasibətləri üzrə qərarlar birbaşa X8 tərəfindən həyata keçirilmişdir. Müəssisənin möhürü, maliyyə sənədləri və əmək müqavilələrinin qeydiyyatı onun özünün nəzarətində olmuşdur. Müəssisənin necə faəliyyət göstərməsi, eləcə də işçilərin ƏMAS sistemində necə rəsmiləşdirilməsi barədə onun məlumatı olmamışdır. O, yalnız qərardan təxminən 12 gün əvvəl öyrənmişdir ki, "X24" Məhdud Məsuliyyətli Cəmiyyətində bir nəfər işçi minimum əmək haqqından aşağı məbləğdə rəsmiləşdirilmişdir. Protokolun tərtibi və qərarın qəbul edilməsi zamanı onun iştirak hüququ təmin olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti "X24" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanına - ünvan 1arixdə 3-17-9-5/2-2013/2025 saylı bildiriş göndərmişdir. Poçt göndərişi “bu ünvanda yerləşmir” qeydi ilə X16 Xidmətinə geri qaytarılmışdır. Daha sonra 30 iyul 2025-ci il tarixdə 3-17-9-5/2-H-2179/2025 saylı bildiriş təkrar olaraq Naxçıvan şəhəri, Ə.Naxçıvani küçəsi, bina 4, mənzil 24 ünvanına yazılmışdır. Bildirişdə qeyd olunmuşdur ki, 30 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə baxılması 12 avqust 2025-ci il tarixdə saat 16:00 təyin olunmuşdur. Hər iki bildiriş 31 iyul tarixdə X16 Xidmətində ona təqdim olunmuşdur. 30 iyulda xidmətin əməkdaşı onunla əlaqə saxlanılan zaman bildirmişdir ki, “sabah, yəni iyulun 31-də Xidmətə yaxınlaşın”. Özü də iyulun 31-də təxminən saat 12:00-da X16 Xidmətinə getmişdir. Məsələnin mahiyyətini öyrəndikdən sonra bildirmişdir ki, onun "X24" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə heç bir hüquqi bağlılığı yoxdur. Onun soyad, ad, ata adını etibarnamə əsasında vergi xidməti hesabatları ASAN imza vasitəsilə təqdim etmək üçün sistemə işləyib. Dedilər ki “artıq protokolun yazılıb. Avqustun 12-də qərar veriləcək. Get həmin ASAN imzadan istifadə et, işçini tap, ərizəsini al və ƏMAS sistemindən çıxart. Məsələ həll olunacaq”. Özü də elə həmin gün müəssisənin heç bir hüquqi sənədi, möhürü və ASAN imzası onda olmadığı üçün qanuni təmsilçi X1. Bu arada Naxçıvan şəhər vergilər idarəsinin xidmət mərkəzinə müraciət etmişdir. Müəyyənləşdirilmişdir ki, 18 sentyabr 2023-cü il tarixdə "X24” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X2 ona ASAN imzadan istifadə edərək cəmiyyətin müəyyən hesabatlarını aidiyyatı orqanlara təqdim etmək üçün müəssisənin möhürü ilə verdiyi etibarnamə əsas götürülüb. Ona görə də özünün şəxsi ASAN imzasına səlahiyyət verilmişdir ki, ƏMAS sisteminə daxil olub, həmin müəssisədə faktiki olaraq işləməsə də, ƏMAS sistemində işçi kimi qalmış X7 əmək müqaviləsinə xitam versin. Bundan sonra o, X4 öz dəsti-xətti ilə imzalı şəkildə işdən azad olunması barədə ərizə almış və AR Əmək Məcəlləsinin müvafiq maddəsi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Elə həmin gün, 31 iyulda X2 telefon nömrəsini tapıb onunla danışmışdır. O vergidən verilmiş müvafiq sənədləri imzalayıb möhürləyəndən sonra həmin sənədləri vergi xidmətinə təqdim etmiş və həmin gün də özünün etibarnamə üzrə səlahiyyətlərinə xitam verilmişdir. 31 iyulda, ƏMAS sistemindən çıxarılmış X7 ərizəsini, əmək müqaviləsinə xitam verilməsi barədə əmri və etibarnamə üzrə səlahiyyətlərinə xitam verilməsi barədə sənədin surətini X16 Xidmətinə təqdim etmişdir. 12 avqustda 30 iyul 2025-ci il tarixdə 3-17-9-5/2-H- 2179/2025 saylı bildirişlə əlaqədar Xidmətə yaxınlaşan zaman əməkdaş Nəcməddin Şəfiyev bildirmişdir ki, “artıq qərar qəbul edilib. Poçt ünvanınıza göndəriləcək”. Özü əməkdaşa etirazını bildirmişdir. Heç bir bildiriş ona çatmaya-çatmaya, qanuni təmsilçi olmaya-olmaya, məsələni onunla müzakirə edib fikirlərini öyrənmədən onu cərimələmək ədalətsizlik və qanunsuzluqdur. Qanunvericiliyin tələb etdiyi kimi, ona inzibati xəta haqqında protokol vaxtında təqdim edilməmiş, mövqeyini bildirmək və izahat vermək imkanı yaradılmamışdır. İXM-nin 192.3-cü maddəsi "vəzifəli şəxslərin” məsuliyyətini nəzərdə tutsa da, özünün barəsində inzibati xəta tərkibi yoxdur. Çünki "X24" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə cavabdehliyi cəmiyətin qanuni təmsilçisi-direktoru daşıyır. Qanuni təmsilçi də özü yox, Türkiyə Respublikasının vətəndaşı X5r. Müəssisənin idarə olunması ilə bağlı qərarların qəbulunda iştirak etməmişdir. Hazırkı vəziyyətdə qanunvericiliyin normaları pozulmuşdur. Beləliklə də, hüquqları kobud surətdə pozularaq, əsassız yerə inzibati məsuliyyətə cəlb olunmuşdur. Ona görə də mübahisələndirdiyi qərara baxılaraq ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X18 izahatında 12 avqust 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən "X24" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru qismində cərimə edildiyini, qəbul edilmiş qərarın qanunsuz və əsassız olduğunu, özünün "X24" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olmadığını, həmin cəmiyyətin qanuni təmsilçisinin Türkiyə Respublikasının vətəndaşı Yıldırım Muhammed olduğunu, özünün heç bir zaman "X24" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi olmadığını, "X24" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisinin X8 özü burada olmayacağı üçün ona ASAN imzadan istifadə edərək cəmiyyətin müəyyən hesabatlarını aidiyyəti orqanlara təqdim etmək üçün müəssisənin möhürü ilə etibarnamə verdiyini, Yıldırım Muhammedin Bakı şəhərində yaşadığını, müəssisənin də heç vaxt burada fəaliyyət göstərmədiyini, lakin müəyyən işçilərin rəsmi olaraq işə götürüldüyünü, X8 ilə aralarında hər hansı müqavilə münasibəti olmadığını, sadəcə olaraq şifahi xidmət müqaviləsi əsasında mühasibatlıq xidməti göstərdiyini, müəssisənin faktiki idarə edilməsi və bütün kadr, maliyyə, əmək münasibətləri üzrə qərarların birbaşa X8 tərəfindən həyata keçirildiyini, qərardan sonra "X24" Məhdud Məsuliyyətli Cəmiyyətində bir nəfər işçinin minimum əmək haqqından aşağı məbləğdə rəsmiləşdirildiyini öyrəndiyini, ancaq həmin işçinin sadəcə ştat üzrə işçi olduğunu, MMC-də yox, başqa yerdə fəhlə olaraq işlədiyini, ümumiyyətlə “X24” MMC-nin sadəcə Naxçıvan ərazisində yaradıldığını, heç vaxt fəaliyyət göstərmədiyini, Bakıda fəaliyyət göstərdiyini, özünün faktiki olaraq heç bir fəaliyyət göstərmədiyini, heç kimi işə götürmədiyini, sistemdə ancaq işəgötürən olaraq göründüyünü, protokolun tərtibi və qərarın qəbul edilməsində iştirak hüququnun təmin olunmadığını, 30 iyulda xidmətin əməkdaşının onunla əlaqə saxlanılan zaman “sabah, yəni iyulun 31-də Xidmətə yaxınlaşın” dediklərini, özünün də iyulun 31-də Xidmətə getdiyini, məsələnin mahiyyətini öyrəndikdən sonra özünün "X24" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə heç bir hüquqi bağlılığı olmadığını bildirdiyini, özünün soyad, ad, ata adını etibarnamə əsasında vergi xidməti hesabatları ASAN imza vasitəsilə təqdim etmək üçün sistemə işlədiyini, protokolun artıq yazıldığını, avqustun 12-də qərarın veriləcəyini bildirdiklərini, həmin ASAN imzadan istifadə edib, işçini tapıb, ərizəsini alıb, ƏMAS sistemindən çıxartmağını, məsələnin həll olunacağını dediklərini, Naxçıvan şəhər vergilər idarəsinin xidmət mərkəzinə müraciət etdiyini, 18 sentyabr 2023-cü il tarixdə "X24” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X2 ona ASAN imzadan istifadə edərək cəmiyyətin müəyyən hesabatlarını aidiyyətı orqanlara təqdim etmək üçün müəssisənin möhürü ilə verdiyi etibarnamə əsas götürüldüyünü, ona görə də özünün şəxsi ASAN imzasına ƏMAS sisteminə daxil olub, həmin müəssisədə faktiki olaraq işləməsə də, ƏMAS sistemində işçi kimi qalmış X7 əmək müqaviləsinə xitam verməsi üçün səlahiyyət verildiyini, bundan sonra özünün X4 işdən azad olunması barədə ərizə aldığını və AR Əmək Məcəlləsinin müvafiq maddəsi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verdiyini, 31 iyulda X2 telefon nömrəsini tapıb onunla danışdığını, o vergidən verilmiş müvafiq sənədləri imzalayıb möhürləyəndən sonra özünün həmin sənədləri vergi xidmətinə təqdim etdiyini və həmin gün də özünün etibarnamə üzrə səlahiyyətlərinə xitam verildiyini, 31 iyulda, ƏMAS sistemindən çıxarılmış X7 ərizəsini, əmək müqaviləsinə xitam verilməsi barədə əmri və etibarnamə üzrə səlahiyyətlərinə xitam verilməsi barədə sənədin surətini X16 Xidmətinə təqdim etdiyini, 12 avqustda Xidmətə yaxınlaşan zaman əməkdaş Nəcməddin Şəfiyevin artıq qərar qəbul edildiyini bildirdiyini, poçt ünvanına göndəriləcəyini, özünün əməkdaşa etirazını bildirdiyini, özünün əlaqə saxladığı zaman qaynar xətt ilə əlaqə saxlayıb proqramistlər vasitəsilə elektron sistemdən adını sildirməyinin deyildiyini, bunun olması mümkün olmadığını, rəsmi sistemə müdaxilənin mümkün olmadığını, qanunvericiliyin tələb etdiyi kimi, ona inzibati xəta haqqında protokol vaxtında təqdim edilmədiyini, mövqeyini bildirmək və izahat vermək imkanı yaradılmadığını, bildiriş, inzibati xəta haqqında protokolun “X24” MMC-nin direktoru X2 ünvanına göndərildiyini, lakin cərimə olunma ilə bağlı qərarın onun ünvanına və üzərində nömrəsi ilə birlikdə göndərildiyini, düzgün şəkildə xəbərdarlıq ona çatdırılsa, yanlışlığın həmin vaxt aradan qaldırıla biləcəyini, "X24" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə cavabdehliyi cəmiyyətin qanuni təmsilçisi-direktorunun daşıdığını, qanuni təmsilçinin də özü yox, Türkiyə Respublikasının vətəndaşı X8 olduğunu, X16 Xidmətinin qərarının qanunsuz və əsassız olduğunu, özünün həmin cəriməni ödəməyə maddi imkanı da olmadığını bildirərək şikayətin təmin edilməsi və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 12 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində şikayət verilən orqanın nümayəndəsi X19 izahatında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası ərazisində minimum əmək haqqının 400 manat müəyyən edildiyini, xidmət tərəfindən monitorinq aparıldığını və nəticəsində “X24” MMC-də X7 minimum əmək haqqı miqdarından aşağı məbləğdə əmək haqqı ilə işlədiyinin müəyyən edildiyini, bu səbəbdən də uyğun olaraq protokol tərtib edilib, qərar qəbul edildiyini, inzibati xəta aşkar edildikdən dərhal sonra protokol tərtib edilməli olmasına baxmayaraq, hüquqi şəxsin ünvanına xətanın aradan qaldırılması üçün bildiriş göndərildiyini, müəssisənin VÖEN-inin elektron sistemdə aktiv olaraq göründüyünü, özlərinin sistem üzərindən araşdırma apardıqlarını, heç bir yerində araşdırılma aparılmadığını, çünki sistemin rəsmi olduğunu, xəta da aşkarlandığını, VÖEN-in X11 adına olduğunu, qanuni təmsilçi ilə direktor arasındakı münasibətlərin də Mülki Məcəlləyə müvafiq olaraq tənzimləndiyini, müqavilənin onun tərəfindən imzalandığını, bütün zəruri hərəkətləri onun etdiyini, bu səbəbdən də bütün hüquqi məsuliyyətin onun üzərində olduğunu, ünvan dəyişikliyinin səbəbinin X11 ünvanının müəyyənləşdirilməsi olduğunu, inzibati xəta haqqında protokolun düzgün tərtib edildiyini, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 12 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanuni olduğunu bildirərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 12 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, X18 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə (bir min) manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən tərtib olunmuş 30 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus MEİS-də 18 iyul 2025-ci il tarixdə aparılan monitorinq zamanı X14 məxsus X24 MMC-də Avtonəqliyyat təmir xidmətində 1 nəfər işçinin əmək haqqı məbləğinin dövlətin müəyyən etdiyi minumum əmək haqqı miqdarından az əmək haqqı verildiyi müəyyən edilmişdir. X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər Vergilər İdarəsi tərəfindən verilmiş 22 avqust 2025-ci il tarixli, 3-21-2-24-1/2-Y-xx-xx/2025 nömrəli məktubdan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində olan məlumatlara əsasən X18 xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər Vergilər İdarəsində qeydiyyata alınmış "X24" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçi (direktor) vəzifəsini daşımır. İş materiallarına əlavə olunmuş "X24" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən görünür ki, "X24" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X5r. İş materiallarına əlavə olunmuş işəgötürən "X24" Məhdud Məsuliyyətli Cəmiyyətinin təmsilçisi X18 ilə işçi X10 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, həmin tarixdə X10 "X24" Məhdud Məsuliyyətli Cəmiyyəti Avto nəqliyyat təmir xidmətinə usta köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinə xitam verilməsi barədə 31 iyul 2025ci il tarixli, 010 nömrəli əmrdən görünür ki, "X24" Məhdud Məsuliyyətli Cəmiyyəti Avto nəqliyyat təmir xidmətinə usta köməkçisi vəzifəsində işləyən X10 ilə bağlanılmış 5K3T71D000500 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 31 iyul 2025-ci il tarixindən xitam verilmişdir. Məhkəmə şikayət verənin və inzibati tənbeh vermə haqqında qərar qəbul edən dövlət orqanının nümayəndəsinin izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Şikayətin təmin edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 12 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin qərar qəbul edilərkən aparılan inzibati araşdırma zamanı yuxarıda göstərilən qaydalara uyğun araşdırma aparılmamışdır. Belə ki, yuxarıda sadalananlardan da göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən barəsində qərar qəbul edilən şəxsin təqsirini təsdiq edən sübutlar tam toplanılmadan qərar qəbul edilmişdir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinin mahiyyətindən də görünür ki, həmin inzibati xətanın subyekti vəzifəli şəxsdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Qanunvericiliyin qeyd edilən normalarına əsasən məhkəmə belə qeyd edir ki, vəzifəli şəxslərin dairəsi qanunvericilikdə müəyyən edilmişdir. Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs X11 isə vəzifəli şəxs statusuna malik olmasını təsdiq edən sübutlar toplanmadan, yəni əməlin törədilməsində şikayət verən şəxsin həqiqətən təqsirli olması müəyyən edilmədən onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə də həmin əməlin törədilməsində şikayət verən şəxsin təqsiri sübuta yetirilə bilməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X15 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Hazırki iş üzrə aparılan araşdırma zamanı direktor vəzifəsini icra edib-etməməsi ilə bağlı ziddiyyətlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Qərarda heç bir əsaslandırma aparılmadan, şəxsin təqsirliliyini təsdiq edən sübutlara istinad edilmədən onun törədilmiş əməldə təqsirli sayılması qanunvericiliyin mahiyyətinə ziddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə təqsirli sayılmasına dair Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 12 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 133-136-ci maddələrini rəhbər tutaraq qəraraaldı: X11 şikayəti təmin edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə təqsirli sayılmasına dair Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 12 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-388/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-388/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver