Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-389/2024 12.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 05 oktyabr 1995-ci il tarixdə Babək rayonu, Xəlilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), azərbaycanlı, subay, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Babək rayonu, Xəlilli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Naxçıvan MR DİN-ə bilavasitə tabe olan X6 Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: 10 oktyabr 2024-cü ildə, saat 11:00-da X7 və Şəxs narkotik vasitələrin istifadəsində, satışında və saxlanılmasında şübhəli bilindiyi üçün X1rşısında dayandığı zaman saxlanılaraq, polis şöbəsinə gətirilmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 10 oktyabr 2024-cü ildə saat 10:00-da dostu olan Fəridi Bakı şəhərinə yola salmaq məqsədilə dostu X7 ilə birlikdə X8 Limanına gəlmişdir. Hava Limanın qarşısında fikirli halda gəzdikləri zaman polis əməkdaşları onlara yaxınlaşaraq narkotik vasitələrin istifadəsində, daşınmasında və satılmasında şübhəli olduqlarını bildirərək onlarısaxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gəldikləri zaman onlar onlara üzərlərində narkotik vasitə olub-olmaması barədə sual vermişlər. Onlara üzərlərində hər hansı qanunsuz əşyanın olmadığını bildirmişlər. Onlar onlara narkotik vasitə istifadə edibetmədiklərini bildirmişlər. Onlara narkotik vasitə istifadəçisi olmadıqlarınıı bildirmişlər. Bundan sonra onlar onları narkotestdən keçirmək üçün Y.Budaqov adına Naxçıvan MR Narkoloji Dispanserinə aparmışlar. Orada onlardan götürülən test nəticəsində onların narkotik vasitə istifadə etdikləri aşkar olunmuşdur. Analizdə ondan aşkar olunan narkotik vasitəni heç vaxt görməmiş və istifadə etməmişdir. Yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi məhkəmə araşdırması zamanı iş üzrə toplanmış materiallarla və şahid ifadələri ilə tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 tərəfindən 11 oktyabr 2024-cü il tarixdə verilmiş 400 nömrəli rəyə əsasən, Şəxs epizodik metamfetamin narkomaniyası müşahidə edilir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2024-cü il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə MET (metamfetamin), AMP (amfetamin) və MDMA (metilendioksimetilamfetamin) müsbət aşkar olunmuşdur. Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 tərəfindən 11 oktyabr 2024-cü il tarixdə verilmiş 1838 nömrəli məktuba əsasən, Şəxs narko-test üsulu müayinə nəticəsində götürülmüş sidik nümunəsində AMP (amfetamin), MET (metamfetamin), MDMA (metilendioksimetilamfetanin) müsbət aşkar olundu. BAR (-), MOP (-), TCA (-), PCP (-), BZO (-), COC (-), MTD (-), THC (-), (TML (-) aşkar olunmadı. 10 oktyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 10 oktyabr 2024-cü il tarixdə, saat 13:00-da inzibati qaydada tutulmuşdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə inzibati xəta törədən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirici hallar kimi nəzərə alır. İşdə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib inzibati qaydada cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə, iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-389/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-389/2024
12.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver