Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-39/2022 19.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Vətəndaş Şəxs 19.04.2022-ci il tarixdə ünvan 2 ünvanından Zərərçəkmiş şəxs məxsus qırmızı rəngli dreli oğurlamış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materiallına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahat, zərərçəkmiş şəxsin izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında ünvan 1 ünvanında yaşadığını və işsiz olduğunu, 19.04.2022-ci il tarixdə saat 09 radələrində Naxçıvan Respublika Xəstəxanasının arxasında yerləşən "xxxx" MMC-nin binalarında özünə iş axtarmaq üçün getdiyində həmin vaxt ərazidə hasarlanmış yarım tikili görmüş, hasardan aşaraq həyətə düşmüş və həyətdə qırmızı rəngli drel görmüş, maddi ehtiyacları olduğu üçün dreli oğurlayıb satmaq qərarına gəlmiş, dreli götürüb yenə də darvazanı aşaraq həyətdən çıxmış və evə qayıtmışdır. Təqribən saat 10 radələrində polis əməkdaşları onu İdarəyə çağırdıqlarını, əməlinə görə peşman olduğunu, bu hərəkəti işsiz olduğu üçün etdiyini bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında 19.04.2022-ci il tarixdə saat 09:30 radələrində ünvan 3 ünvanında özünə məxsus yarımtikili evə baxmaq üçün getmiş, hasarı açıb həyətə keçmiş və həyətdə əkdiyi ağaclara su verdiyi zaman hasarın yanına qoyduğu qırmızı rəngli drelin yerində olmadığını görmüş, dreli tapa bilmədiyi üçün onun oğurlandığı qənaətinə gəlmiş və dərhal bu barədə Naxçıvan Şəhər Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs ona vurulan ziyanın ödənildiyini, lakin şikayətçi olduğunu bildirib qanuni tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 19.04.2022-ci il tarixdə saat 10:10-da inzibati qaydada tutulmuşdur. İş üzrə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu phş Şərur rayon şöbəsi tərəfindən 19.04.2022-ci il tarixdə verilmiş 08/176 nömrəli arayışa əsasən Əliyev X2 qeydiyyatda durmur və ona heç bir növ pensiya almır. Şərur Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən 19.04.2022-ci il tarixdə verilmiş 346 nömrəli arayışa əsasən Şəxs həmin tarixdə ambulator olaraq tibbi yoxlamadan keçirilmiş və o, praktiki sağlamdır. Naxçıvan MR ƏƏSM Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Şərur rayon Məşğulluq Mərkəzi tərəfindən 19.04.2022-ci il tarixdə verilmiş 04/60 nömrəli arayışa əsasən Əliyev X1 işsiz və işaxtaran kimi qeydiyyatda deyil . İnzibati materiala əlavə edilmiş arayışda qeyd olunmuşdur ki, 1 ədəd “TCH Electric Tools” markalı drelin bazar qiyməti 80 (səksən) manatdır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 19.04.2022-ci il tarixdə ünvan 2 ünvanından Zərərçəkmiş şəxs məxsus qırmızı rəngli dreli oğurlamış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə baxışı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İş üzrə məsuliyyəti yüngülləşdirən hal barəsində inzibati icraat aparılan şəxsin əməlindən peşman olmasıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 19 aprel 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-39/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-39/2022
19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver