Məhkəmə qərarları › İş №3(078)-39/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-39/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-39/2023 24.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1987-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, 1 uşaq atası, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdim: Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 2(094)-53/2021 nömrəli, 09 mart 2021-ci il tarixli icra vərəqəsinə əsasən, 06 noyabr 2020-ci il tarixdən başlayaraq 10 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət olunmuşdur. İş üzrə icraata 05 aprel 2021-ci il tarixdə başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, 4041 (dörd min qırx bir) manat borcu yaranmış, beləliklə, Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq yaranmış 4041 (dörd min qırx bir) manat məbləğində borcunu ödəmədiyini bildirmiş, buna səbəb kimi hazırda heç bir yerdə işləməməsini, iş tapa bilməməsini, maddi vəziyyətinin aşağı olmasını, hazırda iş olmadığından borcunu ödəyə bilmədiyini göstərmişdir. Şəxs əməlindən çox peşman olduğunu, mümkün qədər tez müddət ərzində iş tapıb borcunu ödəməyə başlayacağını bildirmiş və ona yüngül tənbeh verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş: 09 mart 2021-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 2(094)-53/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə, 06 noyabr 2020-ci il tarixdən başlayaraq 10 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət olunmuşdur. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 05 aprel 2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. 12 iyul 2021-ci il tarixli yazılı xəbərdarlığın surətinə əsasən, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs gələcəkdə borcun ödənilməməsinə görə qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 3(003)-229/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qərarının surətinə əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 (on gün) müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 8(003)-52/2022 nömrəli, 04 mart 2022-ci il tarixli qərardadının surətinə əsasən, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 05 iyul 2022-ci il tarixli qərarı ilə, Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İnzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi iş üzrə məsuliyyəti ağırlaşdıran haldır. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq, onun barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin.

2. İnzibati həbsin əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablansın.

3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun.

4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar