Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-391/2024 14.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1968-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), azərbaycanlı, orta təhsilli, fərdi işlə məşğul olan (TV təmiri), ailəli, 3 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdim: Naxçıvan MR Kommersiya Məhkəməsinin 2-2(123)-74/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli icra vərəqəsinin surətinə əsasən, cavabdehlər Şəxs və X2 müştərək qaydada 3316.05 (üç min üç yüz on altı manat 05 qəpik) manat əsas, 1028.82 (bir min iyirmi səkkiz manat 82 qəpik) manat faiz borcu olmaqla, cəmi 4344.87 (dörd min üç yüz qırx dörd manat 87 qəpik) manat kredit borcunun alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin cavabdehlər Şəxs və X2 müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddia tələbi tam təmin edildiyindən, iddiaçı tərəfindən dövlət gəlirlərinə ödənilmiş 63,45 (altmış üç manat 45 qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Şəxs və X2 müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İş üzrə icraata 10 may 2024-cü il tarixdə başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, onun borcu yaranmış, beləliklə, Şəxs icra vərəqəsini üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunduğunu, icra vərəqəsinin icrasını yerinə yetirmədiyini, qərarı icra edə bilmədiyini, bu səbəbdən borcunun yarandığını, ödəmə etmədiyini, mümkün qədər tez müddət ərzində borcunu ödəməyə başlayacağını, əməlindən çox peşman olduğunu bildirərək, ona yüngül tənbeh verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Kommersiya Məhkəməsinin 2-2(123)-74/2024 nömrəli, 30 aprel 2024cü il tarixli icra vərəqəsinin surətindən məlum olur ki, cavabdehlər Şəxs və X2 müştərək qaydada 3316.05 (üç min üç yüz on altı manat 05 qəpik) manat əsas, 1028.82 (bir min iyirmi səkkiz manat 82 qəpik) manat faiz borcu olmaqla, cəmi 4344.87 (dörd min üç yüz qırx dörd manat 87 qəpik) manat kredit borcunun alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin cavabdehlər Şəxs və X2 müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddia tələbi tam təmin edildiyindən, iddiaçı tərəfindən dövlət gəlirlərinə ödənilmiş 63,45 (altmış üç manat 45 qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Şəxs və X2 müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 10 may 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs etirafı, səmimi peşmançılığı, onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq, onun barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 09 (doqquz) gün müddətinə inzibati qaydada həbs edilsin.
2. İnzibati həbsin əvvəli 14 oktyabr 2024-cü il tarixdən hesablansın.
3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Sədrlik edən: Gülnar Səfərəliyeva.