Məhkəmə qərarları › İş №3(078)-392/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-392/2023

16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-392/2023 16.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx xxxxxx 1980-ci il tarixdə Babək rayonu, Böyükdüz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, 5 uşaq atası, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Kəngərli rayonu, Böyükdüz kəndində qeydiyyatda olmaqla, orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməli törədildiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, Şəxs ictimai yerdə ucadan səs-küy salmış, nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirməyə başlamış, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, 15 avqust 2023-cü il tarixdə Naxçıvan MR Daxili İşlər Nazirliyinə getdiyini, orada bir az gözlədiyini, sonra onu bir əməkdaşın qəbul etdiyini, yarım saata yaxın qəbulda olduqdan sonra Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşlarının gəlib onu Naxçıvan Şəhər Polis İdarəsinə apardıqlarını, şikayətə getdiyinə görə peşman olduğunu, səs-küy salmadığını, polislərin ora gəlmədiyini, onlara tabesizlik göstərmə halının olmadığını, qanuni qərar verilməsini xahiş etdi. X2 məhkəmədə şahid qismində verdiyi izahatında, 15 avqust 2023-cü il tarixdə xidməti vəzifələrini icra edərkən Naxçıvan MR Daxili İşlər Nazirliyinin qarşısında bir nəfər şəxsin ucadan səs-küy saldığını, nalayiq ifadələr işlətdiyini gördüyünü, həmin şəxsə yaxınlaşdığını, ona ictimai qaydanı pozmamasını dediyini, onun hərəkətlərinə davam etdiyini, onu maşına mindirdiklərini, Naxçıvan Şəhər Polis İdarəsinə gətirdiklərini bildirdi. X5 məhkəmədə şahid qismində verdiyi izahatında, 15 avqust 2023-cü il tarixdə xidməti vəzifələrini icra edərkən Naxçıvan MR Daxili İşlər Nazirliyinin qarşısında bir nəfər şəxsin ucadan səs-küy saldığını, nalayiq ifadələr işlətdiyini gördüyünü, həmin şəxsə yaxınlaşdığını, ona ictimai qaydanı pozmamasını dediyini, onun hərəkətlərinə davam etdiyini, onu maşına mindirdiklərini, Naxçıvan Şəhər Polis İdarəsinə gətirdiklərini bildirdi. X4 məhkəmədə şahid qismində verdiyi izahatında, 15 avqust 2023-cü il tarixdə Naxçıvan MR Daxili İşlər Nazirliyinin arxasında bir nəfər şəxsin ucadan səs-küy saldığını, nalayiq ifadələr işlətdiyini gördüyünü, polis əməkdaşlarının həmin şəxsə yaxınlaşdıqlarını, ona ictimai qaydanı pozmamasını dediklərini, onun hərəkətlərinə davam etdiyini, onu maşına mindirdiklərini, Naxçıvan Şəhər Polis İdarəsinə gətirdiklərini bildirdi. İş üzrə 16 avqust 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 16 avqust 2023-cü il tarixdə, saat 14:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs ictimai yerdə ucadan səs-küy salmış, nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirməyə başlamış, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibləri vardır və Şəxs həmin xətaları törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs 5 uşağının olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs eyni xətanı bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edilməlidir. Belə ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-253/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qərarı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunmanın əvvəli 16 avqust 2023-cü il tarixdən, saat 14:10-dan hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar