Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-392/2024 14.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1990-cı il tarixdə Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), azərbaycanlı, ailəli, iki uşaq atası, orta təhsilli, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material 14 oktyabr 2024-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib olunmuş 14 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 03 oktyabr 2024-cü il tarixdə, saat 13 radələrində xırda xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 03 oktyabr 2024-cü ildə, saat 12:48 radələrində şəxsiyyət vəsiqəsi və pasport almaq üçün Asan Xidmətə getmişdir. Asan Xidmətdə olan polis əməkdaşı yaxınlaşaraq ondan şəxsiyyət vəsiqəsini və pasportunu istəmişdir. Şəxsiyyət vəsiqəsini və pasportunu verə bilməyəcəyini bildirmişdir. Ona stop qoyulduğunu demişlər. Ona qarşı kostyumda olan bir nəfər nalayiq ifadə işlətmişdir. O da kimsiz ki mənimlə belə danışırsız demişdir. Daha sonra həmin şəxs polis çağırmış, polis əməkdaşı gəlib onun qolundan tutub yıxmaq istəmişdir. Ona əlini çək demişdir. Sonra onu polis şöbəsinə gətirmişlər. O sadəcə sənədini almaq üçün getmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində izahat verən X3 izahatında bildirmişdir ki, 03 oktyabr 2024-cü ildə, saat 13 radələrində bir nəfər şəxsin birinci mərtəbədə uca səslə nalayiq ifadələr işlətdiyini, ictimai qaydanı pozduğunu müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsin şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün yaxınlaşdığını, lakin şəxsin barəsində saxlamaq qərarının olduğunu, buna görə şəxsiyyət vəsiqəsi verilə bilməyəcəyini öyrənmişdir. Polis əməkdaşları gələnə qədər həmin şəxs gözlədilmişdir. Bu vaxt həmin şəxs uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Yenə də uca səslə nalayiq ifadələr işlətməyə davam etmişdir. Sonra həmin şəxsi zaldan çıxartmışlar. Məhkəmədə şahid qismində izahat verən X6 izahatında bildirmişdir ki, 03 oktyabr 2024-cü ildə, saat 13 radələrində bir nəfər şəxsin birinci mərtəbədə uca səslə nalayiq ifadələr işlətdiyini, ictimai qaydanı pozduğunu müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsin şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün yaxınlaşdığını, lakin şəxsin barəsində saxlamaq qərarının olduğunu, buna görə şəxsiyyət vəsiqəsi verilə bilməyəcəyini öyrənmişdir. Polis əməkdaşları gələnə qədər həmin şəxs gözlədilmişdir. Bu vaxt həmin şəxs uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Yenə də uca səslə nalayiq ifadələr işlətməyə davam etmişdir. Sonra həmin şəxsi zaldan çıxartmışlar. Məhkəmədə şahid qismində izahat verən X7 izahatında bildirmişdir ki, 03 oktyabr 2024-cü ildə, saat 13 radələrində bir nəfər şəxsin uca səslə nalayiq ifadələr işlətdiyini, ictimai qaydanı pozduğunu müşahidə etmişdir. Həmin şəxsin şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün yaxınlaşdığını, lakin şəxsin barəsində saxlamaq qərarının olduğunu, buna görə şəxsiyyət vəsiqəsi verilə bilməyəcəyini öyrənmişdir. Polis əməkdaşları gələnə qədər həmin şəxs gözlədilmişdir. Bu vaxt həmin şəxs uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Yenə də uca səslə nalayiq ifadələr işlətməyə davam etmişdir. Sonra həmin şəxsi zaldan çıxartmışlar. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 oktyabr 2024-cü il tarixdə, saat 12:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 04 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 13:00 radələrində polis əməkdaşları bir nəfər şəxsin X8 Xidmət Mərkəzində uca səslə nalayiq ifadələr işlətdiyini və ictimai qaydanı pozduğunu müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşdıqları zaman onun 1990-cı il təvəllüdlü, Naxçıvan şəhər Qaraxanbəy kənd sakini Şəxs olduğunu öyrənmişdir. Şəxs X8 Xidmət Mərkəzinin X1 və Dəyişdirilməsi Qrupuna şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etmiş, lakin X1 və Dəyişdirilməsi Qrupunun rəhbəri X4 məlumat portalına baxdıqda şəxs barəsində saxla qərarının olduğunu görmüş və şəxsdən polis əməkdaşları gələnədək gözləməsin istəmişdir. Şəxs isə uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Şəxs ondan etdiyi hərəkətlərə son verməsini və əməllərinin inzibati xəta olduğunu izah etmişlər. Lakin həmin şəxs öz hərəkətlərinə davam edərək, qanuni tələblərinə qəsdən tabe olmamışlar. Dəvət olunan polis naryadlarının köməkliyi ilə həmin şəxs Naxçıvan Şəhər Polis İdarəsinə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş üzrə Şəxs törətdiyi 510 və 535.1-ci maddə üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən qəbul edilən qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1cimaddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. HŞərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinib, 535.1-ci maddənin sanskiyası çərçivəsində 13 (on üç) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 14 oktyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-392/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-392/2024
14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver