Məhkəmə qərarları › İş №3(078)-393/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-393/2023

16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-393/2023 16.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X2 məhkəmə iclas katibliyi, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1962-ci il tarixdə Culfa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, Naxçıvan Şəhər Avtonəqliyyat İdarəsində sürücü işləyən, dul, 3 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olmaqla, orada yaşayan X1 Şəhər Polis İdarəsinə müraciət edərək, Şəxs onu vurduğunu bildirmişdir. Naxçıvan Şəhər Polis İdarəsinin sahə rəisi X3 tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 16 avqust 2023-cü il tarixdə 003015 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında, 24 iyul 2023-cü il tarixdə yaşadığı evin qabağında durduğunu, Dilsuz adlı şəxsin gəlib maşınını onun yanında saxladığını, ona “keçək evə, sənlə işim var” dediyini, ona “sən kimsən ki mənim evimə girib mənimlə söhbət edəsən” dediyini, Dilsuzun onun qolundan yapışıb içəriyə çəkdiyini, onu itələdiyini, ona “çıx get mənim evimdən, səninlə mənimki artıq qurtarıb” dediyini, yenə də onu itələyib evə girdiyini, ondan sonra mübahisələrinin başladığını, polisə zəng vurduğunu, Disuzun qoymadığını, yenə də çalışıb polisə zəng etdiyini, polislər gələnə kimi Dilsuzu həyətdən çıxarmağa çalışdığını, qorxutmaq üçün bu zaman dəmir parçası götürdüyünü, Disuzu yola çıxardığını, Dilsuzun maşınını onun üstünə sürdüyünü, özünü müdafiə etmək üçün əlində olan dəmir parçası ilə maşının farasının şüşəsini qırdığını, polislər gələndən sonra təcili yardıma getdiklərini, sonra onu Naxçıvan Şəhər Polis İdarəsinə gətirdiklərini, ola bilsin ki, Dilsuzu həyətdən çıxaranda onu itələdiyi zaman xəsarət aldığını, onu vurmadığını, hadisə olan vaxtı yanlarında kimsənin olmadığını, küçəyə çıxdıqda isə səs-küyə qonşuların gəldiyini, qanuni qərar verilməsini xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X8, 24 iyul 2023-cü il tarixdə qaynatasıgilin qapısından keçdiyini, qaynatasını gördüyünü, salam verdiyini, İsmayılın hirslənərək söyüşlə çıx get dediyini, ondan həyətə keçməyi xahiş etdiyini, həyətə keçən kimi kondensanerin 2 ədəd dəmir parçasını götürüb ona tərəf atdığını, sonra birinidə götürüb onun kürək və qol nahiyəsindən vurduğunu, qızının gəlib mane olduqda ona hirslənib qovduğunu, çölə çıxıb maşına oturub getmək istədiyini, gedən zaman İsmayılın əlindəki dəmirlə maşının qarşısında duraraq maşının faralarının şüşəsini qırdığını, ona icazə vermədiyini, həmin vaxtı başından qan axdığını, polisə məlumat verdiyini, polislərin gəlib onları Naxçıvan Şəhər Polis İdarəsinə apardıqlarını, ailəsinə görə onlara getdiyini, əvvəllərdə İsmayılın onu döydüyünü lakin şikayət etmədiyini, İsmayıla qarşı heç vaxt nəlayiq hərəkət etmədiyini, aralarında barışəğın olmadığını, qanuni qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş: Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş 27 iyul 2023-cü il tarixli, 949 nömrəli canlı şəxsin müayinə aktından görünür ki, X4 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində ənsə nahiyyəsinin sol yarısında və sol qulaq seyvanında olan yaralar, sol çiyin nahiyyəsində qançır aşkar edildi. Göstərilən xəsarətlər küt əşyanın təsirindən törənmişdir, həmçinin bilavasitə yumruq və kəllə zərbəsinin üz nahiyyəsinə təsirindən yarana bilərdi. Xəsarətlərin müddəti müayinədən 3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. 16 avqust 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 16 avqust 2023-cü il tarixdə, saat 14:10-da inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin və inzibati xəta törətmiş şəxsin izahatları ilə, tərtib edilmiş inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, onun inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində qiymətləndirirəm. İşdə cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini və inzibati məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-cci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar