Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-393/2024 17.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İnzibati tənbeh vermə haqqından qərardan verilən şikayətin aidiyyəti üzrə göndərilməsi haqqında) Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Culfa şəhərində qeydiyyatda olan barəsində inzibati tənbeh vermə haqqından qərar qəbul edilən şəxs X2 inzibati tənbeh vermə haqqından qərar qəbul edən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin MN ******* nömrəli, 20 may 2024-cü il tarixli qərarından verdiyi şikayətə və ona əlavə olunmuş sənədlərə baxaraq m ü ə y y ə n e t d im : Barəsində inzibati tənbeh vermə haqqından qərar qəbul edilən şəxs X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin rəisi X3 qəbul etdiyi MN ******* saylı, 20 may 2024-cü il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şəhərində qeydiyyatdadır. Buradan da anlaşılır ki, hazırki inzibati tənbeh vermə haqqından qərardan verilən şikayətə baxılması Naxçıvan Şəhər Məhkəməsinin hakiminin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası İXM-in 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair" Azərbaycan Respublı̇ kasi Konstı̇ tusı̇ ya Məhkəməsı̇ Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına görə hesab edir ki, məhkəmələr inzibati xətalar haqqında iş üzrə qərardan verilmiş şikayətə baxmağa hazırlıq zamanı İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində qeyd olunan şikayət verən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsində nəzərdə tutulan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında əks olunan məlumata əsaslanaraq məhkəmə aidiyyəti məsələsini həll etməlidirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun) 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə dair məhkəmə təminatı hər kəsin ayrılmaz hüququdur və heç bir halda məhdudlaşdırıla bilməz. Şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə xüsusi təminatlar nəzərdə tutulmuşdur. Məhkəmə aidiyyəti institutu bu təminatlardan biridir. Qanunverici eyni zamanda məhkəmə aidiyyətinin pozulmasına görə qadağa nəzərdə tutmuşdur. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. İnzibati xətalar haqqında işlərin rayon (şəhər) məhkəmələrinə aidiyyəti İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsi ilə, müvafiq icra hakimiyyəti orqanlarına aidiyyəti isə həmin Məcəllənin 44-cü maddəsi ilə tənzimlənir. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər (İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququnu, həmin Məcəllənin 129.1-ci maddəsi isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilmə qaydasını müəyyən etmişdir. Öz növbəsində hakim inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı inzibati xəta haqqında işin həmin hakimə aid olubolmaması məsələsini həll edir, şikayətə və ya protestə baxılma hakimin səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir (İnzibati Xətalar Məcəlləsinin 132.1.1 və 132.2-ci maddələri). Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən, şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən də belə nəticəyə gəlirəm ki, inzibati tənbeh vermə haqqından qərardan verilən şikayət baxılması üçün aidiyyəti üzrə Culfa Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.5-ci maddələrinə əsasən, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında hakim qərar qəbul edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati tənbeh vermə haqqından qərar qəbul edilən şəxs X2 inzibati tənbeh vermə haqqından qərar qəbul edən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin MN ******* nömrəli, 20 may 2024-cü il tarixli qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Culfa Rayon Məhkəməsinə göndərilsin. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-393/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-393/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver