Məhkəmə qərarları › İş №3(078)-395/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-395/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-395/2024 30.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X10 İdarəsinin Dövlət yanğın nəzarət işinin təşkili şöbəsinin böyük inspektoru daxili xidmət mayoru X4 və Şəxs MMC-nin nümayəndəsi X6 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X10 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X10 İdarəsinin X10 işinin təşkili şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən “L.A UĞUR GROUP” Məhdud Məhsuliyyətlı Cəmiyyətində (Kafe 357) keçirilmiş planlı (növbəti) yanğın-texniki müayinə zamanı Azərbaycan Respublikasının X1 pozulmasına görə hüquqi şəxs “L.A UĞUR GROUP” Məhdud Məhsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3 maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli № ******* saylı protokol baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X10 İdarəsinin Dövlət yanğın nəzarət işinin təşkili şöbəsinin böyük inspektoru daxili xidmət mayoru X8 verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə "xxxx"-də yoxlama aparılmış və Müəssisənin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri X10 Orqanı ilə razılaşdırılmadan aparıldığı (ƏSAS YTQ 01-2001 bənd 1.9.12) müəyyən olunmuşdur. Buna görə də həmin tarixdə yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə 2519 nömrəli “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 33.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında qərar qəbul edilmiş, eyni zamanda İXM-nin 101 -ci maddəsinin tələblərinə uyğun həmin Məcəllənin 518.1 -ci maddəsi üzrə inzibati icraata başlanılmışdır. Məhkəmə baxış iclasında Şəxs MMC-nin nümayəndəsi X5 verdiyi izahatında bildirmişdir ki, "xxxx"-də tikinti sənədləri təsdiq edilməyib. Hələ ki, müəssisənin layihəsi yoxdur. Bütün işləri icazəsiz aparılıb. Protokolda qeyd edilən nöqsanlar onlara izah edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-in 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi haqqında Qanununun 1-ci bəndinin 5-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi tələbləri yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir. Həmin Qanunun 6-cı bəndinin 1-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək vəzifələri vardır. “Yanğın Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə görə X10 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X10 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır (müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının FHN-yi həyata keçirir). Həmin normaya görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) yanğın nəzarətini həyata keçirən qurumunun müvəkkil edilmiş vəzifəli şəxsləri X10ni apararkən bir sıra hüquqlarla yanaşı, dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq hüququna malikdirlər. İXM-in 518.3-cü maddəsinə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İnzibati materiala əlavə edilmiş materiallardan görünür ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Yanğın Nəzarəti İdarəsinin əməkdaşı tərəfindən tərtib olunmuş İnzibati xəta haqqında protokolda, ünvan 2 ünvanında yerləşən Şəxsndə “X2”-nın:

1. Müəssisənin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri X10 Orqanı ilə razılaşdırılmadan aparılıb (ƏSAS YTQ 01-2001 bənd 1.9.12). Sadalanan tələbə əməl olunmadığından xx.xx.2024-cü il tarixdə Şəxsnə məxsus ticarət mərkəzində İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxsnə məxsus bazar və ticarət mərkəzində keçiriləcək yoxlama üçün X3 X7 Reyestrindən xx.xx.2024-cü il tarixdə çıxarış alınaraq yanğın texniki müayinənin aparılması haqqında həmin tarixdə qərar çıxarılmış, həmin tarixdə obyektin yanğına qarşı vəziyyəti barədə yoxlama keçirilərək “Yanğın texniki müayinə aktı” tərtib olunmuşdur. Sözügedən obyektdə “X1” ciddi şəkildə pozulması, baş verə biləcək hər hansı bir hadisə zamanı insanların təxliyyəsi, xilasetmə işlərinin aparılması zamanı xoşa gəlməz halların baş verməməsi üçün tərtib olunmuş “İnzibati xəta haqqında” protokol baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokollarla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin əməlində inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən, inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq,

qəraraaldı:

Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar