Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-396/2023 19.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Naxçıvan Şəhər Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: xx xxxxxx 1980-ci il tarixdə Babək rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, 3 uşaq atası, orta təhsilli, "xxxx" MMC-nin direktoru işləyən, deməsinə görə əvvəllər məhkum olunmamış, Kəngərli rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, vətəndaş Şəxs 18 avqust 2023-cü il tarixdə X6 əməkdaşları tərəfindən saxlanılan zaman onlara qarşı nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə tabe olmamış bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında, 18 avqust 2023-cü il axşam saat 21:00 radələrində öz ailəsi ilə birlikdə Türkiyə Respublikasından evə gələrkən yaşadığı məhəllənin döngəsinə dönərkən sol dönmə işığını yandırıb yolun sol şəritindəykən **-YP-*** dövlət nişanlı polis maşını sayrışan işığı yandırıb ona işıq verdiyini, o sol şəritdən sağ şəritə keçib yolun kənarında dayandığını, özünün maşından düşəndə polis işçisinin ona tərəf gəldiyini, onun maşınının arxa hissəsində özünü təqdim etdiyini, onun sürətinin 103 km/saat olduğunu dediyini, o isə uşağın xəstə olduğunu, cəriməni yazıb ünvana yollamağını, maşında ailəsinin olduğunu söylədiyini, polisin onu şəxsən tanıdığını, avtomobildə oturan polislə birlikdə “get uşaqları endir gəl” dediyini, onun uşaqları evə qoyub geri qayıtdığını, polisi tapa bilmədiyini, geri qayıdıb təkrar geri qayıdarkən görüb onlara işıq verərək Şərur istiqamətində yolun sağında dayanaraq təkrar görüşüb cəriməsini yazmağını tələb etdiyini, polisin isə sürücülük vəsiqəsi və texniki pasportu istədiyini, sənədləri təqdim etdiyini və onun döş nişanını soruşaraq telefonuna yazdığını və “mənə cərimə yazsanızda, yazmasanızda sizdən şikayət edəcəyəm ki, sayrışan işıqdan və mikrofon kameradan istifadə etmədiniz” dediyini, təqribən 15-20 dəqiqə söhbət etdiklərini, polisin ona “mən hələ sənə hörmət edirəm yoxsa avtomobilini dayanacağa aparıb səndən iltizam almalıyam” dediyini, təkrar uşağının xəstə olduğunu, cərimə yazıb getmələrini bildirdiyini, onun söhbəti uzatdığını, fikrinin nə olduğunun bilmədiyini, nə cərimə yazdığını, nə sənədlərini verdiyini, nə də getməyə qoymadığını, onun “gəl gedək idarəyə” dediyini, özünün maşını sürüb DYP-nin həyətinə getdiyini, çöldə duran poliis mayoru Elmar müəllimlə görüşüb şikayət etdiyini, bunun düz hərəkət olmadığını, cəriməsinin yazılmadığını və ona maşını işəri qoyacağını deyib hədə-qorxu gəldiyini, Nicatın həmin vaxt onun üstünə gələrək “sənidə işəri basaram, maşınıda” dediyini, onun o hərəkətiinin kameradan görülə biləcəyini, onun o kobud hərəkətinə kobud cavab verdiyini, “məni içəri qoya bilməzsən” dediyini, sonra Elmar müəllimin ona maşına minib getməyi və sabah gələrək sənədləri götürməyini dediyini, avtomobili işlək vəziyyətə gətirib getmək istədikdə Elmar müəllimə telefon nömrəsini almaq üçün təkrar yaxınlaşdığını, Elmar müəllimin Nicatdan “bunu niyə içəri gətirmisən” deyə soruşduğunu, istmədən bu söhbəti eşitdiyini, ona niyə yalan danışdığını dediyini, onun tam dandığını, onun əsəbləşib yalan danışanı söydüyünü, şəxsən yox öz adından yalan danışanı söydüyünü, ondan sonra Elmar müəllimin kiməsə zəng vurduğunu, ona gözləməyini, “Rəis desin gedərsən” dediyini, bir neçə dəqiqə sonra polislərin gəlib onu şöbəyə apardıqlarını, polislərlə mübahisəyə etdiyinə görə peşman olduğunu, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən X4, 18 avqust 2023-cü il tarixdə axşam saat 22:20 radələrində Naxçıvan-Sədərək magistral yolunun 2-ci kilometrliyində “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti nəqliyyat vasitəsi ilə xidmətdə olan zaman Şərur-Naxçıvan istiqamətindən hərəkət edən “Mitsubishi” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin yolda sürət məhdudiyyəti 60 km/saat olan sahədə 103 km/saat sürətlə hərəkət etdiyi üçün xidməti avtomobili ilə sayrışan işıq, uzaq və yaxın işıqlarla ona saxlama əmri verdiyini, həmin nəqliyyat vasitəsinin təxminən 300 metrdən sonra yolun 1-ci hərəkət zolağında saxladığını, Özünün ona yaxınlaşdığını, özünü təqdim etdiyini və saxlama səbəbini izah etdiyini, ondan nəqliyyat vasitəsinin sənədlərini təqdim etməsini tələb etdiyini, onun sənədləri təqdim etməkdən imtina etdiyini və maşında sərnişin olduğu üçün onları endirib qayıdacağını dediyini, həmin nəqliyyat vasitəsinin təxminən 20-25 dəqiqə sonra onlara yaxınlaşdığını, ona sürət həddini aşdığına görə protokol tərtib edəcəyini bildirdiyini, sürücü Şəxs aqressiv şəkildə uca səslə onları hədələyərək barələrində şikayət edəcəyini və əlindəki mobil telefon vasitəsi ilə onun döş nişanını və əlavə olaraq da xidməti avtomobili çəkməyə başladığını, onun da həmin şəxsə çəkməməsini və döş nişanının nömrəsini deyəcəyini bildirsə də həmin şəxsin öz hərəkətlərini davam etdirdiyini, Şəxs yol kənarında bu cür hərəkətlərini davam etdirməməsi üçün ona X8 idarəsinə getməyi təklif etdiyini, onun da etiraz etmədiyini, X8 idarəsinə getdiyini, idarənin qarşısında aqressiv hərəkətləri nümayiş etdirməyi davam etdiyini, onların onu nizam-intizama dəvət etsələr də öz hərəkətlərini etdirdiyi üçün həmin sürücünün hərəkətlərinə son qoyması barədə xəbərdar etdiyini, əks halda nəqliyyat vasitəsini duracağa qoyacaqlarını, onu da saxlayacaqlarını bildirdiyini, Şəxs isə cavab olaraq “sizin mənim nə maşınımı nə də ki, özümü saxlamağa hüququnuz çatmayacaq” dediyini, Şəxs bu hərəkətlərinə son qoymadığını gördükdə Naxçıvan Şəhər Polis İdarəsinin 102 zəng xidmətinə məlumat verərək əlavə kömək istədiyini, əlavə qüvvə gəldikdən sonra eyni aqressiv hərəkətləri ilə tabesizliyini göstərərək ucadan səs-küy salmasını davam etdirdiyini, PPX əməkdaşlarının həmin şəxsi xidməti avtopatrula mindirərək Naxçıvan Şəhər Polis İdarəsinə aparıldığını bildirdi. Məhkəmə iclasında şahid qismində izahat verən X2, 18 avqust 2023-cü il tarixdə axşam saat 22:20 radələrində Naxçıvan-Sədərək magistral yolunun 2-ci kilometrliyində “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti nəqliyyat vasitəsi ilə xidmətdə olan zaman Şərur-Naxçıvan istiqamətində hərəkət edən “Mitsubishi” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həmin yolun sürət məhdudiyyəti 60 km/saat olan sahədə 103 km/saat sürətlə hərəkət etdiyi üçün xidməti avtomobilə sayrışan işıq, uzaq və yaxın işıqlarla saxlama əmri verdiyini, həmin nəqliyyat vasitəsinin təxminən 300 metrdən sonra yolun 1-ci hərəkət zolağında saxladığını, post yoldaşı Nəsirli Nicatın ona yaxınlaşaraq özünü təqdim etdiyini və törətdiyi inzibati xətanı ona izah etdiyini, sürücüdən nəqliyyat vasitəsinə aid olan sənədləri təqdim etməyini bildirdiyini, sürücünün nəqliyyat vasitəsinə aid olan sənədləri təqdim etməkdən imtina etdiyini və maşınında sərnişin olduğu üçün onları endirib qayıdacağını dediyini, həmin nəqliyyat vasitəsinin təxminən 20- 25 dəqiqə sonra həmin yerdə onlara yaxınlaşdığını, post yoldaşı Nicat Nəsirlinin sürücü Şəxs sürət həddini aşdığına görə protokol tərtib edəcəyini bildirdiyini, Şəxs aqressiv şəkildə uca səslə onları hədələyərək bərələrində şikayət edəcəyini və əlindəki mobil telefonla iş yoldaşını Nicat Nəsirlinin əlavə olaraq da xidməti avtomobili çəkməyə başladığını, post yoldaşının həmin şəxsə mobil telefonla çəkməməyi və döş nişanının nömrəsini deyəcəyini desə də həmin şəxsin öz hərəkətlərini davam etdirdiyini, iş yoldaşının Şəxs yolun kənarında bu cür hərəkətlərini davam etdirməməsi üçün onu X9 idarəsinə getməyi dəvət etdiyini, onun da etiraz etməyərək X9 idarəsinə getdiyini, özünün növbətçi hissədə oturduğunu, onun təhqiredici sözlərini eşitdiyini, çölə çıxaraq Şəxs öz aqressiv hərkətlərini davam etdirərək nalayiq ifadələr işlətdiyini gördüyünü, iş yoldaşı Nicat Nəsirlinin onu nizam-intizama dəvət etsə də onun yenə də öz bildiyi şəkildə hərəkətlərinə davam etdiyini, Zaminin hətta orada “nə maşınını nə də ki, onu saxlamağa hünəriniz çatmaz” sözünü dediyini, sonra onun getmək istədiyini, amma post patrul maşının gəldiyini, post patrul əməkdaşları gəlsə də onun öz hərəkətlərini davam etdirdiyini, sonra avtopatrul maşınına mindirilərək Naxçıvan Şəhər Polis İdarəsinə gətirildiyini bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 18 avqust 2023-cü il tarixdə X6 əməkdaşları tərəfindən saxlanılan zaman polisin qanuni tələbinə tabe olmamış bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. 19 avqust 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 19 avqust 2023-cü il tarixdə, saat 13:10–da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi etirafı və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal, icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın sürəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-396/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-396/2023
19.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver