Məhkəmə qərarları › İş №3(078)-396/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-396/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-396/2024 29.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, Naxçıvan şəhəri, Əcəmi, ev 2, mənzil 9 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Naxçıvan Şəhər Məhkəməsinə 16 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ünvan 1 ünvanında yerləşən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi ünvanı AZ7000, Naxçıvan səhəri, Əcəmi, ev 2, mənzil 9 olan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) adından təqdim edilmiş **********6690 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən, xx.xx.2024-cü il tarixli EGİ**********050 nömrəli invoysun 9-cu mövqeyində göstərilmiş, invoys dəyəri 1185 ABŞ dolları təşkil edən, brutto çəkisi 24 kq, netto çəkisi 20 kq (4 bidon, 5 İt-lik) olan EC25 Graınquard (insektisid) sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda yerləşdirilmək üçün bəyan olunmuşdur. Lakin, həmin malın idxalı 2016-cı il 15 mart tarixli 176 nömrəli “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 1 nömrəli əlavəsində qeyd olunan lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına (Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin: istehsalı, idxalı) aid olduğu halda, mallar ölkə ərazisinə idxal olunduğu zaman lisenziya təqdim edilməmişdir. Nəticədə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (X1 və Satışı) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq barəsində icraat aparılan hüquqi şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyi və həmçinin ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4cü maddələrinə əsaslanaraq hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarına əlavə edilmiş 16 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, Türkiyə Respublikasından xx.xx.2024-cü il tarixində 77XS570 (qoşqu-99ZH926) dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsilə idxal etdiyi yükün (malın qeydiyyat kodu-**********00797) EGİ**********050 nömrəli invoysunun 9-cu mövqeyindəki çəkisi 24 kq olan EC25 Graınguard (insektisid) adlı malı lisenziyasız ölkəyə daxil olmuşdur. Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176 nömrəli “Lisenziyalar və icazələr haqqında” Qanununa əsasən həmin mala lisenziya tələb olunur. Yuxarıda qeyd olunan mallar götürülərək müvafiq qaydada Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 1120 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş təzə vəziyyətdə olan Türkiyə istehsalı, üzərində “X8 və X4 EC25 intektisid (böcek ilacı) etkili madde 25g/l Deltamethrin + 250g/l Piperonyl Butoxide” yazıları olan, hər biri 5000 ml tutuma malik, bir tutacaqlı plastmast materialdan olan 04 ədəd bidonun 2024-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2520,00 (iki min beş yüz iyirmi) manat müəyyən edilir (04 ədəd x 630.00 manat). Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti adından 02 sentyabr 2024-cü il tarixdə verilmiş, 31 dekabr 2025-ci il tarixədək qüvvədə olan etibarnamə əsasında X3 Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə daxil olan yüklərin və müşayiət edən yük sənədlərinin təhvil alınması, göndərilməsi və digər yük əməliyyatlarının aparılması, bununla bağlı bütün zəruri rəsmiləşdirmə, sənədləşmə və hesablaşma işlərinin həyata keçirilməsi etibar edilmişdir. İş materiallarını nəzərdən keçirən zaman məlum olmuşdur ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 15 oktyabr 2024-cü il tarixli, 18000-01783/24 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs Azərbaycan Respublikasının İXM-in 507-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Naxçıvan Baş Gömrük İdarəsinin rəsmiləşdirmə mərkəzinin rəisi, gömrük xidməti kapitanı Rza Rzalı tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC-nin (VÖEN: **********) Türkiyə Respublikasından xx.xx.2024-cü il tarixində 77XS570 (qoşqu-99ZH926) dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsilə idxal etdiyi yükün (malın qeydiyyat kodu- **********00797) EGİ**********050 nömrəli invoysunun 9-cu mövqeyindəki EC25 Graınguard (insektisid) adlı malı lisenziyasız ölkəyə daxil olmuşdur. Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176 nömrəli “Lisenziyalar və icazələr haqqında” Qanununa əsasən həmin mala lisenziya tələb olunur. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (X1 və Satışı) Azərbaycan Respublikasının İXM-in 507-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 1 nömrəli əlavədən görünür ki, “bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı və idxalı” lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsinə əsasən idxal olunması üçün lisenziya tələb olunan malların belə lisenziya olmadan idxalına görə inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən yüz faizinədək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən, xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (X1 və Satışı) Azərbaycan Respublikasının İXM-in 507-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən, onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (X1 və Satışı) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, inzibati xətanın bilavasitə obyekti olan brutto çəkisi 24 kq, netto çəkisi 20 kq olan, 5 litrlik 4 bidonda olan EC 25 Graınguard (insektisit) adlı mallar müsadirə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən və maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Məhkəmə belə hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat hüquqi şəxs olan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (X1 və Satışı) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, inzibati xətanın bilavasitə obyekti olan brutto çəkisi 24 kq, netto çəkisi 20 kq olan, 5 litrlik 4 ədəd bidonda olan EC 25 Graınguard (insektisit) adlı mallar müsadirə edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat hüquqi şəxs olan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar