Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-397/2024 16.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), azərbaycanlı, subay, üç uşaq anası, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Naxçıvan MR Daxili İşlər Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında, istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilinən Şəxs yaşadığı evinə baxış keçirilmiş, baxış zamanı karqo vasitəsilə Bakı şəhərindən Şəxs gələn bağlamanın içərisində olan video kasetin içərisindən bir büküm qara kağıza bükülmüş narkotik vasitə olan marixuanaya bənzər büküm və bağlamada olan qara rəngli paltarın bel rezinindən şəffaf selofonda olan ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək 1 ədəd sarı rəngli zərfdə qablaşdırılmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli özünün etirafı və iş materialına əlavə olunmuş sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 14 oktyabr 2024-cü il tarixdə, təxminən saat 16:40 radələrində yaşadığı ünvanında olan zaman üç nəfər mülki geyimli polis əməkdəkdaşı özlərini təqdim etdikdən sonra onun razılığı ilə üzərinə və yaşadığı evə baxış keçirmək istədiklərini bildirmişlər. Onlara etiraz etməmişdir. Polis əməkdaşları ondan üzərində və yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı əşya və predmetin olub-olmamasını soruşmuş, o da onlara şəxsi istifadəsində evdə olan sellofan torbada bir büküm metamfetamin narkotik maddəsi və bir büküm də marixuananın olduğunu deyib onlara təhvil vermişdir. Polis əməkdaşları həmin bağlamaları ondan aldıqdan sonra tərəzidə çəkib bir zərfə qoyaraq möhürləyib prosessual qaydada götürmüşlər. Təxminən 7 ay əvvəl 5-6 dəfə marixuanadan Türkiyə Respublikasında olan zaman istifadə etmişdir. Yaşadığı evdən aşkar olunmuş bir büküm marixuana narkotik maddəsi ilə metamfetamin narkotik vasitəsini Bak şəhərində olan tanışı Nağı adlı şəxsdən şəxsi istifadəsi üçün istəmiş, o, da həmin narkotik maddələri “Sürət Kargo” adlı karqo vasitəsi ilə ona göndərmişdir. Ona qarşı heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Yaşadığı evə də onun razılığı ilə baxış keçrilmişdir. Əməlindən peşmandır. Yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi məhkəmə araşdırması zamanı özünün etirafı və iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 14 oktyabr 2024-cü il tarixdə verilmiş 1247 nömrəli rəyə əsasən, ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Rafiq Zülfüqarov imza; Zaur Talıbov imza; Ələmdar Kələşov imza; Tərtib etdi. imza Sərxan Qarayev” ad, soyad və imzalar (04 imza) olan və üzərində “AZƏRBAYCAN RESPUBLİKASİ DİN NAXÇİVAN MR DİN ZƏRFLƏR ÜÇÜN” dairəvi möhür əksi vurulmuş ağ dördkünc kağız parçası 02 yerdən yapışdırılmış vəziyyətdə 01 ədəd kağız zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 1,821 qram olan yaşılımtıl rəngli, spesifk iyli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərasizində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı İ bənd sıra №146). Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 14 oktyabr 2024-cü il tarixdə verilmiş 1248 nömrəli rəyə əsasən, ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Rafiq Zülfüqarov imza; Zaur Talıbov imza; Ələmdar Kələşov imza; Tərtib etdi. imza Sərxan Qarayev” ad, soyad və imzalar (04 imza) olan və üzərində “AZƏRBAYCAN RESPUBLİKASİ DİN NAXÇİVAN MR DİN ZƏRFLƏR ÜÇÜN” dairəvi möhür əksi vurulmuş ağ dördkünc kağız parçası 02 yerdən yapışdırılmış vəziyyətdə 01 ədəd kağız zərfin içərisindəki 01 ədəd siqaret kağızı bükümündə təmiz çəkisi - 0,080 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ Siyahı,İİ bənd, sıra № 27). 15 oktyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 15 oktyabr 2024-cü il tarixdə, saat 16:30-da inzibati qaydada tutulmuşdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə inzibati xəta törədən şəxsin etirafını, səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirici hallar kimi nəzərə alır. İşdə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib inzibati qaydada cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə, iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-397/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-397/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver