Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-399/2024 17.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), azərbaycanlı, ali təhsilli, işsiz, ailəli, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Protokoldan aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1241/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli icra vərəqəsinin surətinə əsasən, X3 Şəxs Oktay oğluna qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə ərizə təmin edilməklə, X3 nümayəndəsi X6 ilə Şəxs Oktay oğlu arasında 23 aprel 2023-cü il tarixdə Naxçıvan şəhər Mediasiya Təşkilatında bağlanmış Q-447 saylı barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir. X3 nümayəndəsi X6 ilə Şəxs Oktay oğlu arasında 23 aprel 2023-cü il tarixdə Naxçıvan şəhər Mediasiya Təşkilatında bağlanmış Q- 447 saylı barışıq sazişinə əsasən, Şəxs Oktay oğlu birgə nikahdan 30 mart 2016-cı ildə doğulmuş X1 üçün haliyyədə ödədiyi 170 manat məbləğində alimentin miqdarının 50 manat artırılaraq 220 manat məbləğinə çatdırılmasını və uşaq yetkinlik yaşına çatana kimi hər ay X4 220 manat məbləğində aliment ödəyəcəyini öhdəsinə götürür. İlkin aliment ödənişinin aprel ayının 25-i 30-u arası aprel ayı üçün ödənilməsi razılığına gəlirlər. Sonrakı aliment ödənişlərinin isə hər ayın 25-dən 30-dək Türkanə Dikovanın təqdim edəcəyi bankomat kart hesabına köçürülməsi vasitəsilə ödənilməsi razılığına gəlirlər. Şəxs Oktay oğlu birgə nikahdan 30 mart 2016-cı ildə doğulmuş X7 hərəkət sərbəstliyini təmin etməyi və o cümlədən Azərbaycan Respublikasının hüdudlarını DikovaTürkanə Təvəkkül qızının himayəsi və nəzarəti altında tərk etməsi üçün DikovaTürkanə Təvəkkül qızına uşaq 18 yaşına çatanadək birdəfəlik notarial qaydada təsdiq olunmuş müvafiq hüquqi sənədin verilməsini öhdəsinə götürür. İş üzrə icraata 27 oktyabr 2023-cü il tarixdə başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, onun aliment borcu yaranmış, beləliklə, Şəxs icra vərəqəsini üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair protokol məhkəməyə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunduğunu, icra vərəqəsinin icrasını iki aydır ki, üzrlü səbəblərdən yerinə yetirmədiyini, işdən çıxdığını və borcunu ödəyə bilmədiyini, bu səbəbdən aliment borcunun yarandığını, artıq ödəmə etməyə başladığını, bu gün 500 manat ödədiyini, 650 manat borcu qaldığını, 01 noyabr tarixindən rəsmi işlə təmin olunacağını və ödəmələrini davamlı aparacağını bildirib, mümkün qədər tez müddət ərzində qalan aliment borcunu ödəyəcəyini bildirdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1241/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli icra vərəqəsinin surətindən məlum olur ki, X3 Şəxs Oktay oğluna qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə ərizə təmin edilməklə, X3 nümayəndəsi X6 ilə Şəxs Oktay oğlu arasında 23 aprel 2023-cü il tarixdə Naxçıvan şəhər Mediasiya Təşkilatında bağlanmış Q-447 saylı barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir. X3 nümayəndəsi X6 ilə Şəxs Oktay oğlu arasında 23 aprel 2023-cü il tarixdə Naxçıvan şəhər Mediasiya Təşkilatında bağlanmış Q-447 saylı barışıq sazişinə əsasən, Şəxs Oktay oğlu birgə nikahdan 30 mart 2016-cı ildə doğulmuş X1 üçün haliyyədə ödədiyi 170 manat məbləğində alimentin miqdarının 50 manat artırılaraq 220 manat məbləğinə çatdırılmasını və uşaq yetkinlik yaşına çatana kimi hər ay X4 220 manat məbləğində aliment ödəyəcəyini öhdəsinə götürür. İlkin aliment ödənişinin aprel ayının 25-i 30-u arası aprel ayı üçün ödənilməsi razılığına gəlirlər. Sonrakı aliment ödənişlərinin isə hər ayın 25-dən 30-dək Türkanə Dikovanın təqdim edəcəyi bankomat kart hesabına köçürülməsi vasitəsilə ödənilməsi razılığına gəlirlər. Şəxs Oktay oğlu birgə nikahdan 30 mart 2016-cı ildə doğulmuş X7 hərəkət sərbəstliyini təmin etməyi və o cümlədən Azərbaycan Respublikasının hüdudlarını DikovaTürkanə Təvəkkül qızının himayəsi və nəzarəti altında tərk etməsi üçün DikovaTürkanə Təvəkkül qızına uşaq 18 yaşına çatanadək birdəfəlik notarial qaydada təsdiq olunmuş müvafiq hüquqi sənədin verilməsini öhdəsinə götürür. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 27 oktyabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs həmin icra sənədində göstərilən aliment borcundan ödəmələr edir. Belə ki, borclu Şəxs həmin icra sənədi üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmamış, əksinə o, borcunu ödəməyə çalışır. Onun borcunu ödəməkdən qəsdən boyun qaçırması öz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları protokol tərtib etmiş şəxsin, borclunun məhkəmə iclası zamanı verdiyi izahatları ilə yanaşı, məhkəməyə təqdim edilmiş sənədlərlə də öz təsdiqini tapır. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, borclu Şəxs 17 oktyabr 2024-cü il tarixdə 500 (beş yüz) manat ödəniş etmişdir. İşin müəyyən edilmiş bu halları isə sonuncunun məlum icra sənədinin icrasından qərəzli olaraq yayınmasını istisna edir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd edilən Qərarında həmçinin onu da qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1 -ci və 114.1.4-cü maddələrinə görə, inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1 -ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-399/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-399/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver