Məhkəmə qərarları › İş №3(078)-4/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-4/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-4/2025 09.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyini, Bağırova Nigar Ənvər qının katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İnzibati xəta haqqında materiallardan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yaşayan X4 Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Şəxs Əlilabad qəsəbəsi, döngə 12, ev 5 ünvanında gəlib küçə tərəfdən evi daşlayaraq evin 1.5*1.5 m2 ölçüdə olan pəncərəsindən şüşələrini sındırmışdır. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi polis kapitanı X7 tərəfindən araşdırma aparılmış Şəxs barəsində xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş, Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.-1-ci maddəsi ilə 16 dekabr 2024-cü il tarixdə ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X4, X3 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış yerinin daşınmaz əmlakın texniki pasportun surətini təqdim etmiş və bildirmişdir ki, ev oğlu X2 adınadır. Oğlu Bakı şəhərində yaşayır, o da nəvəsi ilə həmin evdə yaşayır. Xublar qızıdır, ikinci dəfə ailə qurduqdan sonra hamilə olanda yoldaşından ayrıldı. O və yoldaşı qızı ortada qalmasın deyə ev aldılar, tam təmir etdirdilər və Xubların adına sənədləşdirdilər. Xublar dəfələrlə onu evdən qovmaq istəyib. Həm özü, həm də yoldaşı onunla qalırdı. Yoldaşı vəfat etdi və Xublar hər sözə görə onu yola vermədi. Sonuncu dəfə də onu evdən qovarkən nəvəsi dedi ki, o da gedəcək. Xublar onun divanını yandırıb hələ o evdə olanda, adını da qoydu ki, güvə düşüb. Ancaq elə deyildi. O nəvəsi ilə evdən ayrılandan sonra Xublar gəlib onların yaşadıqları evin pəncərəsinin şüşələrini qırdı. Oğlunun adına olsa da evdə o yaşayır. O da polisə müraciət edib, qanuni qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, anasının bildirkləri düzgün deyil, ona qarşı nalayiq ifadələrdən özüdür, onu söydüyünə görə bu əməli törədib və məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cı maddəsinin tələblərinə əsasən Şəxs barəsində daxil olmuş protokol və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə görə Bu Məcəllənin 227, 232- 1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Daxil olmuş materialların araşdırılması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs olaraq tanınan X4 ərizə vermək səlahiyyətinə malik olmamaqla zərərçəkmiş şəxs statusu verilə bilməzdi. Təqdim edilmiş texniki pasportdan görünür ki, zərər vurulması qeyd edilən daşınmaz əmlak X2 adına qeydiyyata alınmışdır. X2 inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş inzibati xətanın törədilməsi üzrə ərizəsinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1.-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokolu üzrə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114.2.1-ci maddəsinin tələbinə əsasən qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 16 dekabr 2024-cü il tarixli ******* nömrəli protokol baxılmasına dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar