Məhkəmə qərarları › İş №3(078)-40/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-40/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-40/2023 24.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), ali təhsilli, subay, fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 24 yanvar 2023-cü il tarixli, 103528/2020 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 24 yanvar 2023-cü il tarixli, 012327 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-794/2016 nömrəli, 08 iyul 2016-cı il tarixli məhkəmə əmrinə əsasən Şəxs və X1 müştərək qaydada Bank Olmayan Kredit təşkilatı "xxxx" MMC-nin xeyrinə 960-(doqquz yüz altmış) manat əsas borc, 25 aprel 2016-cı il tarixədək hesablanmış 176.68 (bir yüz yetmiş altı manat altmış səkkiz qəpik) manat faiz borcunun, 8.84 ( səkkiz manat səksən dörd qəpik) sığorta, 96 (doxsan altı) manat cərimə borcu, cəmi 1241.52 (min iki yüz qırx bir manat əlli iki qəpik) manat borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulması, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-553/2020 nömrəli, 07 avqust 2020-ci il tarixli qətnaməsi əsasında verilmiş 25 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 494.50 (dörd yüz doxsan dörd manat əlli qəpik) manat əsas borc, 50.00 (əlli) manat hesablanmış cərimə borcu, cəmi 544.50 (beş yüz qırx dörd manat əlli qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 177/2020 nömrəli, 04 iyun 2020-ci il tarixli qətnaməsi əsasında verilmiş 24 iyul 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2018-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********40671 olan Samsung J3 markalı telefon üçün ödənilməmiş hissə olan 244 (iki yüz qırx dörd) manat pul və 76 (yetmiş altı) manat dəbbə olmaqla cəmi 320 (üç yüz iyirmi) manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə Braun markalı ütü üçün ödənilməmiş hissə olan 90 (doxsan) manat pul və 27 (iyirmi yeddi) manat dəbbə olmaqla, cəmi 117 (bir yüz on yeddi) manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********34985 olan Samsung J.2 markalı telefon üçün ödənilməmiş hissə olan 186 (bir yüz səksən altı) manat pul və 56 (əlli altı) manat dəbbə olmaqla cəmi 242 (iki yüz qırx iki) manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********91540 olan Samsung Galaxy A7 markalı telefon üçün ödənilməmiş hissə 999 (doqquz yüz doxsan doqquz) manat pul və 135 (bir yüz otuz beş) manat dəbbə pulu olmaqla, cəmi 1134 (bir min bir yüz otuz dörd) manat, xx.xx.2019cu il tarixli müqavilə üzrə Hoffmann markalı TV üçün ödənilməmiş hissə 1139 (bir min bir yüz otuz doqquz) manat pul və 181 (bir yüz səksən bir) manat dəbbə pulu olmaqla cəmi 1320 (bir min üç yüz iyirmi) manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə X6 mebel dəsti üçün ödənilməmiş hissə 1633 (bir min altı yüz otuz üç) manat pul və 192 (bir yüz doxsan iki) manat dəbbə pulu olmaqla cəmi 1825 (bir min səkkiz yüz iyirmi beş) manat, ümumilikdə 4958 (dörd min doqquz yüz əlli səkkiz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. İş üzrə icraata başlamaq haqqında qərarlarla 20 iyul 2016-cı il tarixdə, 29 sentyabr 2020-ci il tarixdə, 28 iyul 2020-ci il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişlərin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarlarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs izahatında icra sənədlərinin icraata qəbul edilməsinə dair icra məmuru tərəfindən qəbul edilmiş qərar və tələblərin könüllü icrası barədə bildirişlərin ona göndərildiyini, qərar və bildirişdə ona tələbin könüllü təmin edilməsinin təklif olunduğunu, tələblərin könüllü təmin edillməyəcəyi təqdirdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə ona xəbərdarlıq edildiyini, icra sənədləri üzrə "xxxx" MMC-yə 4988 (dörd min doqquz yüz səksən səkkiz) manat, BOKT "xxxx" MMC-yə 1262.52 (min iki yüz altmış bir manat əlli iki qəpik) manat, "xxxx" MMC-yə 574.50 (beş yüz yetmiş dörd manat əlli qəpik) manat borcu olduğunu, ona icra sənədi üzrə tələbin tam təmin edilməsi barədə xəbərdarlıq edildiyini, tələb təmin edilmədikdə barəsində inzibati xəta haqqında prorokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndəriləcəyinin bildirildiyini, barəsində olan icra sənədləri haqqında məlumatı olduğunu, maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini, fəhlə işlədiyini, mütəmadi iş yeri olmadığını, borcunu hissə-hissə ödəyəcəyini, adına heç bir daşınmaz əmlak, banklarda əmanət, qiymətli kağızlar, depozit pullar və pul vəsaitləri olmadığını, əməlindən peşman olduğunu bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş icra sənədi olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-794/2016 nömrəli, 08 iyul 2016-cı il tarixli məhkəmə əmrinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-794/2016 nömrəli, 08 iyul 2016-cı il tarixli məhkəmə əmrinə əsasən Şəxs və digər borcludan müştərək qaydada Bank Olmayan Kredit təşkilatı "xxxx" MMC-nin xeyrinə 960-(doqquz yüz altmış) manat əsas borc, 25 aprel 2016-cı il tarixədək hesablanmış 176.68 (bir yüz yetmiş altı manat altmış səkkiz qəpik) manat faiz borcunun, 8.84 ( səkkiz manat səksən dörd qəpik) sığorta, 96 (doxsan altı) manat cərimə borcu, cəmi 1241.52 (min iki yüz qırx bir manat əlli iki qəpik) manat borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya 20 iyul 2016-cı il tarixli, icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-794/2016 nömrəli, 08 iyul 2016-cı il tarixli məhkəmə əmri üzrə icraata başlanmışdır. İş materiallarına əlavə olunmuş 25 sentyabr 2020-ci il tarixli icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-553/2020 nömrəli, 07 avqust 2020-ci il tarixli qətnaməsi ilə Şəxs 494.50 (dörd yüz doxsan dörd manat əlli qəpik) manat əsas borc, 50.00 (əlli) manat hesablanmış cərimə borcu, cəmi 544.50 (beş yüz qırx dörd manat əlli qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya 29 sentyabr 2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-553/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarına əlavə olunmuş 24 iyul 2020-ci il tarixli icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-177/2020 nömrəli, 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə Şəxs xx.xx.2018-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********40671 olan Samsung J3 markalı telefon üçün ödənilməmiş hissə olan 244 (iki yüz qırx dörd) manat pul və 76 (yetmiş altı) manat dəbbə olmaqla cəmi 320 (üç yüz iyirmi) manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə Braun markalı ütü üçün ödənilməmiş hissə olan 90 (doxsan) manat pul və 27 (iyirmi yeddi) manat dəbbə olmaqla, cəmi 117 (bir yüz on yeddi) manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********34985 olan Samsung J.2 markalı telefon üçün ödənilməmiş hissə olan 186 (bir yüz səksən altı) manat pul və 56 (əlli altı) manat dəbbə olmaqla cəmi 242 (iki yüz qırx iki) manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********91540 olan Samsung Galaxy A7 markalı telefon üçün ödənilməmiş hissə 999 (doqquz yüz doxsan doqquz) manat pul və 135 (bir yüz otuz beş) manat dəbbə pulu olmaqla, cəmi 1134 (bir min bir yüz otuz dörd) manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Hoffmann markalı TV üçün ödənilməmiş hissə 1139 (bir min bir yüz otuz doqquz) manat pul və 181 (bir yüz səksən bir) manat dəbbə pulu olmaqla cəmi 1320 (bir min üç yüz iyirmi) manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə X6 mebel dəsti üçün ödənilməmiş hissə 1633 (bir min altı yüz otuz üç) manat pul və 192 (bir yüz doxsan iki) manat dəbbə pulu olmaqla cəmi 1825 (bir min səkkiz yüz iyirmi beş) manat, ümumilikdə 4958 (dörd min doqquz yüz əlli səkkiz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 28 iyul 2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(007)-177/2020 nömrəli, 21 avqust 2017-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2016-cı il tarixdə, xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə tələbin könüllü icrası haqqında bildirişlər göndərilmişdir. İcra işi üzrə aparılmış elektron sorğudan və müvafiq qurumlara göndərilmiş sorğuların cavablarından görünür ki, Şəxs heç bir növ müavinət və təqaüd almır, ona heç bir növ pensiya ödənilmir, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi heç bir əmlak yoxdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası X4 Şəxs tərəfindən 24 yanvar 2023-cü il tarixdə verilmiş, 47 nömrəli məktubun təsdiq olunmuş surətinə əsasən Şəxs “praktik sağlam” olduğu aydın olur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar