Məhkəmə qərarları › İş №3(078)-403/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-403/2023

22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-403/2023 22.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, “Xan Taksi” bölgə rəhbəri, deməsinə görə əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyata olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 22 avqust 2023-cü il tarixli, 016067 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi X7 tərəfindən tərtib olunmuş 22 avqust 2023-cü il tarixli, 016067 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 21 avqust 2023-cü il tarixdə Naxçıvan şəhərində yerləşən Sizin Marketin qarşısında ucadan səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildiyini, ünvan 1 ünvanında qeydiyyatda olduğunu və yaşadığını, 21 avqust 2023-cü il tarixdə whatsapp qrupunda olan taksi sürücülərinə danışıq zamanı Naxçıvan şəhər ərazisində qeydiyyatlı taksi sürücülərinə onun müştərilərini götürməsinlər deyərək xəbərdarlıq etdiyini, onlarla söhbəti yekunlaşdıqdan sonra yaşadığı İstiqlal küçəsinə gedən zaman sizin marketin önündə dayanan taksi sürücülərinə yaxınlaşaraq onun müştərilərini kim götürüb deyə sual verdiyini, heç birinin cavab vermədən kənarlaşıb getdiklərini, onunda bu məsələyə görə əsəbləşib onların ünvanına nalayiq ifadələr işlətdiyini, əsəbi olduğundan işlətdiyi ifadələrin ətrafdakı insanları narahat etdiyi üçün polis idarəsinə məlumat verdiklərini, həmin ərazidə xidmətdə olan polis əməkdaşlarının yaxınlaşaraq onu sakitləşdirməyə cəhd göstərdiklərini, onun da əsəbi olduğu üçün tabesizlik göstərdiyini, onlara əhəmiyyət verməyərək öz hərəkətlərini davam etdirdirdiyini, onların əlavə qüvvə cəlb edərək onu polis idarəsinə gətirdiklərini, əməldən peşman olduğunu bildirərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında verdiyi ifadəsində dünən yəni xx.xx.2023-cü il tarixdə H.Əliyev prospektində sizin marketin qarşısından keçən zaman bir nəfərin ucadan qışqıraraq nalayiq ifadələr işlətdiyini gördüyünü, həmin yerdə dayanıb hadisəyə baxan zaman həmin qışqıran şəxsin səs-küy salmağının səbəbinin ona aid olan müştərinin başqa taksi şoferinin apardığının, ona görə də həmin şəxsə əsəbləşərək ucadan səs-küy salaraq nalayiq ifadələr işlətdiyinin məlum olduğunu, həmin zaman polis əməkdaşlarının ona yaxınlaşıb ətrafda vətəndaşların olduğunu, söyüş söymə deyə bildirdiyini, həmin şəxs əsəbi olduğu üçün polisləri saymayıb təkrar səs-küy salaraq söyüş söydüyünü, polislərin həmin şəxsi avtomobilə mindirərək apardıqlarını, ona da gördükləri barədə şahidlik edə bilərsən deyə bildirdiklərini və onun da etirazının olmadığını, sonradan həmin şəxsin adının Şəxs olduğunu öyrəndiyini bildirdi. X4 məhkəmə iclasında verdiyi ifadəsində dünən yəni xx.xx.2023-cü il tarixdə H.Əliyev prospektində sizin marketin qarşısında Şəxs ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətdiyini, onların həmin şəxsə yaxınlaşaraq “ictimai yerdəsən ətrafda vətəndaşlar var nəyə görə ucadan səs-küy salıb nalayiq ifadələr işlədirsən” deyə bildirdiklərini, onun onlara nəyə görə səs-küy salıb nalayiq ifadələr işlətdiyinin səbəbini bildirmədiyini, onların ona ətrafda vətəndaşlar var deyə bildirdiklərini, onlara biraz keçdikdən sonra nəyə görə səs-küy saldığını, onun müştərisinin burda dayanan taksi şoferini apardığını bildirdiyini, onların ona bu sənə əsas vermir ki, ictimai yerdə səs-küy salıb nalayiq ifadələr işlədib vətəndaşların narahatçılığına səbəb olasan dediklərini, ondan onun hərəkətlərinə son qoymasını tələb etsələr də onun onlara tabesizlik göstərib öz əməllərini davam etdiyini, onların isə onu xidməti maşına mindirib Naxçıvan Şəhər Polis idarəsinə gətirdiklərini bildirdi. X2 məhkəmə iclasında verdiyi ifadəsində dünən yəni xx.xx.2023-cü il tarixdə H.Əliyev prospektində sizin marketin qarşısında Şəxs ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətdiyini, onların həmin şəxsə yaxınlaşaraq “ictimai yerdəsən ətrafda vətəndaşlar var nəyə görə ucadan səs-küy salıb nalayiq ifadələr işlədirsən” deyə bildirdiklərini, onun onlara nəyə görə səs-küy salıb nalayiq ifadələr işlətdiyinin səbəbini bildirmədiyini, onların ona ətrafda vətəndaşlar var deyə bildirdiklərini, onlara biraz keçdikdən sonra nəyə görə səs-küy saldığını, onun müştərisinin burda dayanan taksi şoferinin apardığını bildirdiyini, onların ona bu sənə əsas vermir ki, ictimai yerdə səs-küy salıb nalayiq ifadələr işlədib vətəndaşların narahatçılığına səbəb olasan dediyini ondan onun hərəkətlərinə son qoymasını tələb etsələr də onun onlara tabesizlik göstərib öz əməllərini davam etdiyini, onların isə onu xidməti maşına mindirib polis şöbəsinə apardıqlarını bildirdi. İş materiallarına əlavə edilmiş ünvan 3 Mənzil istismar idarəsi tərəfindən verilmiş 22 avqust 2023-cü il tarixli, 4 nömrəli arayışdan görünür ki, Şəxs həqiqətən ünvan 2 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş ünvan 3 Mənzil istismar idarəsi tərəfindən verilmiş 22 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs öhdəsində heç bir ailə üzvü yoxdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 22 avqust 2023-cü il tarixdə saat 11:02-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 22 avqust 2023-cü il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis leytenantı Samir Ələsgərov oğlu tərəfindən verilən raportda xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Naxçıvan şəhər Nizami küçəsində yerləşən “Sizin marketin” qarşısında bir nəfər şəxsin ucadan səs-küy saldığı üçün həmin şəxsə yaxınlaşaraq nizam-intizama dəvət etsədə, onun öz hərəkətlərini davam etdirərək onun qanuni tələbinə qasdən tabe olmadığını, həmin şəxsin post-patrul xidməti bölüyünün əməkdaşlarının köməkliyi ilə Naxçıvan Şəhər Polis İdarəsinə gətirildiyini, idarədə həmin şəxsin Naxçıvan şəhər Ə.Qəmküsar bina-16, mənzil-16 ünvanında qeydiyyatda olmaqla ünvan 5an Şəxs olduğunun məlum olduğu qeyd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün izahatı ilə yanaşı, şahidlərin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhəkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halı nəzərə alır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXMin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, cərimə növündə inzibati tənbehin tətbiq edilməsi kifayət sayılmır ona görə də Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 22 avqust 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar