Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-403/2025 16.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Naxçıvan şəhəri, Əcəmi küçəsi, ev 2, mənzil 9 ünvanında fəaliyyət göstərən, VÖEN nömrəsi ********** olan hüquqi şəxs müəyyənetdi: xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən 18000-00874/25 saylı inzibati xəta haqqında iş üzrə toplanılmış material aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Rəsmiləşdirmə mərkəzinin rəisi, gömrük xidməti mayoru Rza Rzalının verdiyi raporta, əsasən, "xxxx" MMC-nin (VÖEN: **********) "xxxx" MMC-nin (VÖEN: **********) Türkiyə Respublikasından xx.xx.2025-ci il tarixində 76DF717 (qoşqu-76AAG669) dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə idxal etdiyi "alüminiumdan tənəkə qutular" yükü (malın qeydiyyat kodu: **********04313) barəsində bəyannaməçi tərəfindən gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən İstifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may 920 nömrəli Fərmanının 2.2 bəndinə uyğun olaraq qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin verdiyi etibarnaməyə, əsasən, "xxxx" MMC-nə daxil olan yüklərin və müşayiət edən yük sənədlərin təhvil alınmasını, göndərilməsini və digər yük əməliyyatlarının aparılmasını, bununla bağlı bütün zəruri rəsmiləşdirmə, imza üçün səlahiyyət, sənədləşmə və hesablaşma işlərinin həyata keçirilməsini X4 etibar edir. İş materiallarına gömrük bəyannaməsinin, əlavə vərəqlərin, fakturanın, qeyrikommersiya qurumunun vergi uçotu haqqında şəhadətnamənin surəti, X8 şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında xx.xx.2025-ci il tarixli qərardadına, əsasən, "ENNA” Məhdud Məsuliyyətli Cəmiyyəti (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlansın və tərəfimdən inzibati araşdırma aparılması qeyd olunmuşdur. X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokola, əsasən, baxış zamanı müəyyən olundu ki, hüquqi şəxs "xxxx" MMCnin (VÖEN: **********) ünvanına idxal olunmuş "alüminiumdan tənəkə qutular" yükü 76DF717 (qoşqu-76AAG669) qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində xx.xx.2025-ci il tarixində saat 11:55-də Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək" gömrük postundan keçirilməklə ölkə ərazisinə daxil olmuş, lakin qeyd edilən yüklərə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi xx.xx.2025-ci il tarixində saat 15:22-də verilmiş və bununla da qanunvericiliyin tələbləri pozulduğu müəyyən edilmişdir. X1 Sistemindən əldə edilmiş məlumatın surəti iş materiallarına əlavə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-nin 61 və 64-cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri haqqında bildiriş X4 təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli X5 izahatı iş materiallarına əlavə edilmişdir. 18000-00874/25 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola, əsasən, hüquqi şəxs "ENNA” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) ünvanına Türkiyə Respublikasından idxal etdiyi "alüminiumdan tənəkə qutular” yükü xx.xx.2025-ci il tarixində 76DF717 (qoşqu76AAG669) dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkəyə daxil olmuşdur. Həmin mallar barəsində (malın qeydiyyat kodu- **********04313) gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim olunmuş qısa idxal bəyannaməsi qanunvericiliklə müəyyən olunmuş müddət pozulmaqla gömrük orqanına təqdim olunmuşdur. Qeyd olunan faktla bağlı 2 sentyabr 2025-ci il tarixində Baş İdarənin Əməliyyat və istintaq idarəsinin Təhqiqat şöbəsində hüquqi şəxs "xxxx" MMCnin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 18000-00874/25 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş üzrə zərurət yarandığı üçün Dövlət Gömrük Komitəsinin X1 Sistemi (VAİS) informasiya resursuna baxış keçirilərək müəyyən edilmişdir ki, hüquqi şəxs "ENNA” MMC-nin ünvanına idxal edilmiş alüminiumdan tənəkə qutular yükü xx.xx.2025-ci il tarixində saat 11:55-də 76DF717/76AAG669 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Baş İdarənin “Sədərək” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin qeyd edilən yüklərə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi xx.xx.2025-ci il tarixində saat 15:22-də verilmiş, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsində “Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verildiyi, qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olması, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmadığı” qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün yaş dəhliz və digər buraxılış sistemlərindən istifadə Qaydaları"nın 2.2ci yarımbəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Beləliklə, xx.xx.2025-ci il tarixində hüquqi şəxs "ENNA” MMC-nin ünvanına gətirilmiş mallara dair qısa idxal bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük organlarına elektron formada təqdim edilməli olduğu halda gec təqdim edildiyi müəyyən olunmuşdur. Nəticə hüquqi şəxs "ENNA” MMC (VÖEN: **********) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli 3-33-1200/012/006329 nömrəli raport, hüquqi şəxsin nümayəndəsinin izahatı, Dövlət Gömrük Komitəsinin VAİS informasiya resursuna baxış keçirilməsi haqqında protokol və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 izahatında, malları ölkə ərazisinə gətirən nəqliyyat şirkəti ilə aralarında yaranmış anlaşılmazlıq səbəbindən qısa idxal bəyannaməsi verilmədən əvvəl nəqliyyat vasitəsinin ölkə ərazisinə daxil olduğunu bildirmişdir. İnzibati xəta haqqında işin materialları ilə tanış olma barədə xx.xx.2025-ci il tarixli protokol iş materiallarına əlavə edilmişdir. Əməliyyat və istintaq idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısİ, gömrük xidməti kapitanı Turqut Eminli tərəfindən verilmiş icraatın başa çatdırılması haqqında raporta, əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və istintaq idarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X2, xx.xx.2025-ci il tarixində inzibati icraatı başlanılan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilən hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində 18000-00874/25 saylı inzibati xəta haqqında iş üzrə icraatı başa çatdırmışam. İşin icraatı zamanı qeyd edilən hüquqi şəxs tərəfindən İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan hüquq pozmanın törədilməsinə dair kifayət qədər sübutlar toplanılmışdır. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə 18000/00835 nömrəli, xx.xx.2025-ci il tarixli qərardada, əsasən, iş aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi gömrük məsələləri üzrə mütəxəsis X6 məhkəmə iclasında iştirak etmiş və hüquqi şəxsin təqsirli olduğunu qəbul etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin (VÖEN: **********) "xxxx" MMC-nin (VÖEN: **********) Türkiyə Respublikasından xx.xx.2025-ci il tarixində 76DF717 (qoşqu-76AAG669) dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə idxal etdiyi "alüminiumdan tənəkə qutular" yükü (malın qeydiyyat kodu: **********04313) barəsində bəyannaməçi tərəfindən gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bununla da Şəxs MMC qanunvericiliyin tələbləri pozulmuşdur. Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs MMC-nin həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı nümayəndənin etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin əməlində inzibati xətanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Hüquqi ünvanı Naxçıvan şəhəri, Əcəmi küçəsi, ev 2, mənzil 9 olan (VÖEN **********) Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-403/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-403/2025
16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver