Məhkəmə qərarları › İş №3(078)-404/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-404/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-404/2024 14.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxxxx 1969-cu ildə Ordubad rayonu, Başdizə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, 4 uşaq atası, orta təhsilli, işsiz, Ordubad rayonu, Başdizə kəndində qeydiyyatda olmaqla, orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs 08 iyul 2024-cü il tarixdə, saat 11 radələrində idarə etdiyi Vaz 21074 minik markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 25-də X1 idarə etdiyi Dayun DY 150 ZH motoroller motosiklet nəqliyyat vasitəsi toqquşmuş və nəticədə X2 aldığı xəsarətlərlə X3 daxil olmuşdur. Yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat Naxçıvan Şəhər Polis İdarəsinin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitab”ında HKpi-626/24 nömrəli ilə qeydə alınmış, araşdırılma aparılaraq 07 avqust 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə 31 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 2 ay keçmişdir. Ziyanı ödəmişdir. Zərərçəkmiş şəxs X2 izahatında bildirmişdir ki, xəstəxananın bütün xərclərini Şəxs ödəmişdir. Şikayəti və tələbi yoxdur. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi vardır. Belə ki, Şəxs əməli işdə olan 31 avqust 2024-cü il tarixdə tərtib olunmuş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Məhkəmə edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, 08 iyul 2024-cü il tarixdə saat 11 radələrində sürücü Şəxs idarə etdiyi Vaz 21074 minik markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 25-də X1 idarə etdiyi Dayun DY 150 ZH motoreller motosiklet nəqliyyat vasitəsi toqquşmuş, nəticəcə xx.xx.1970-ci il təvəllüdlü X2 aldığı xəsarətlərlə X3 daxil olmuşdur. Hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, yolnəqliyyat hadisəsi 08 iyul 2024-cü il tarixdə saat 11:10 dəqiqədə gündüz vaxtı Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 25-də yaşayış məntəqəsində baş vermişdir. Yolun hərəkət hissəsi düzdür, asfaltbeton və qurudur. Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 25-də avtomobilərin hərəkətləri svetofor ilə nizamlanır. Yol örtüyünün bir iki istiqamət üçün yolun ümumi eni 12,40 metrdir, digər istiqamət üçün isə 7,8 metrdir. Hər iki yolda da hərəkət zolaqları yoxdur. Üfüqi nişanlama yoxdur. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün qoşa xətt çəkilməmişdir. Naxçıvan şəhəri Xətai məhəlləsində yolun hərəkət hissəsində üfüqi nişanlama xəttləri mövcud deyildir. Hərəkət hissəsinə sağdan köbə daşları, səki var ki, köbə daşlarının hündürlüyü 2,5 sm, səkinin uzunluğu isə 1,20 metrdir. Soldan da yolun kənarlarında köbə daşları və səki var, səkinin uzunluğu isə 0,8 metrdir. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun sağında fərdi yaşayış evləri, solunda isə həmçinin fərdi yaşayış evləri yerləşir. Sürücü avtomobili idarə edərkən görünüş məsafəsi 100 metrdir. Avtomobillərin toqquşam yeri və ya yerləri, hərəkət hissəsinin kənarına və bir-birinə nəzərən koordinatları - Vaz 21074 minik markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobil yol ayrıcına çatan zaman yol ver nişanın tələbinə riayət etməmiş və yolayrıcına daxil olaraq soldan gələn Dayun DY 150 ZH motoreller motosikl markalı 71-A-012 dövlət nömrə nişanlı motosikletlə toqquşmuşdurlar. Toqquşma yolayrıcında mərkəzdə baş vermişdir. Toqquşma yerindən Vaz 21074 minik markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobil dayandığı yerə qədər məsafə 5,6 metr, Dayun DY 150 ZH motoreller motosikl markalı 71-A-012 dövlət nömrə nişanlı motosikletə qədər məsafə 6,3 metrdir. Toqquşma yerindən sağ tərəfdəki yol nişanı dirəyinə qədər 9,30 metr, toqquşma yerindən digər yol ayrıcına qədər məsafə 8,30 metrdir. Toqquşma yerində tormoz izi vardır, tormoz izi 12,90 metrdir. Həmin tormoz izi Vaz 21074 minik markalı **-BD- *** dövlət nömrə nişanlı avtomobilə məxsusdur. Nəqliyyat vasitələrinin hərəkət istiqaməti əlamətləri - Vaz 21074 minik markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobil toqquşmadan sonra yolun sağında motosikletin solunda dayanmışdır ki, avtomobilin sağ yan tərəfindən bardürə qədər məsafə 2,30 metrdir. Araşdırma zamanı Vaz 21074 minik markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilin hadisə zamanı texniki cəhətdən saz vəziyyətdə olduğu, sürücüdən başqa avtomobilin salonunda 5 nəfər sərnişinin olduğu və hadisə zamanı avtomobilin yüksüz vəziyyətdə olduğu müəyyən edilmişdir. Araşdırma zamanı Dayun DY 150 ZH motoreller motosikl markalı 71-A-012 dövlət nömrə nişanlı motosikletin hadisə zamanı texniki cəhətdən saz vəziyyətdə olduğu, sürücüdən başqa nəqliyyat vasitəsində sərnişinin olmadığı və hadisə zamanı nəqliyyat vasitəsinin yüksüz vəziyyətdə olduğu müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən alınmış xx.xx.2024-cü il tarixli 9 saylı ekspert rəyində göstərilmişdir ki, X2 yüngül bədən xəsarəti almışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin İ hissəsinin nəzərdə tutulan tələbi pozmuşdur. Belə ki, sürücü Şəxs yol nişanının tələbini pozmuşdur. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis kapitanı X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 avqust 2024-cü il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci (zərərcəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) maddəsinin tərkib əlamətləri olduğundan inzibati qaydada tədbir görülməsi üçün toplanmış materialın Naxçıvan ŞPİ-nin DYPB-yə göndərilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə hesab edirəm ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar