Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-405/2024 30.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Hüquqi ünvanı Naxçıvan şəhəri 6-cı məhəllə 6/16 olan (VÖEN **********) Şəxs MMC-nin İran İslam Respublikasından xx.xx.2024-cü il tarixində 19E25Q10 dövlət nömrə nişanlı avtonəqlivvat vasitəsilə idxal etdiyi yükün (malın qeydiyyat kodu- **********00909) 1477 nömrəli invovsunun 6-cı mövqeyindəki “PLASTİC BAG NANİ(90*90) CM” adlı, polietilen əsaslı, qalınlıqları 13 mikron olan, üzəri çap olunmamış qulpsuz torbalar yükü ölkəyə daxil olmuşdur. Lakin, X4 İdarəsinin Gömrük Laboratoriyasının verdiyi GM**********42 nömrəli ekspert rəyinə əsasən həmin malın Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Qanununun 46-cı maddəsinə əsasən idxalının qadağan olunduğu müəyyən edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə iştirak etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işəbaxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, hüquqi şəxs-Şəxs (VÖEN: **********) İran İslam Respublikasından xx.xx.2024-cü il tarixində 19E25Q10 dövlət nömrə nişanlı avtonəqlivvat vasitəsilə idxal etdiyi yükün (malın qeydiyyat kodu- **********00909) 1477 nömrəli invovsunun 6-cı mövqeyindəki “PLASTİC BAG NANİ(90*90) CM” adlı, polietilen əsaslı, qalınlıqları 13 mikron olan, üzəri çap olunmamış qulpsuz torbalar yükü ölkəyə daxil olmuşdur. Lakin, X4 İdarəsinin Gömrük Laboratoriyasının verdiyi GM**********42 nömrəli ekspert rəyinə əsasən həmin malın Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Qanununun 46-cı maddəsinə əsasən idxalının qadağan olunduğu müəyyən edilmişdir. Hüquqi şəxsin nümayəndəsi X1 14 oktyabr 2024-cü il tarixli izahatında, həmin malları İran İslam Respublikasında fəaliyyət göstərən şirkətlə aralarında bağlanmış müqaviləyə əsasən sifariş etdiklərini, həmin şirkətdən qalınlığı 15 mikrondan yuxarı olan politelen torbaları sifariş etdiklərini lakin, mal göndərən tərəfdaş şirkətin texniki səhvlik səbəbindən qeyd edilən malları göndərdiklərini, hüquqi şəxsin adına idxal olunmuş mallara görə məsuliyyətin onlara aid olduğunu lakin, onlardan asılı olmayan səbəbə görə bu halın bas verdiyini bildirmişdir. 14 oktyabr 2024-cü il tarixində X3 və istintaq idarəsinin Təhqiqat şöbəsində hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə 18000-01777/24 saylı inzibati xəta haqqında is üzrə icraat başlanmışdır. xx.xx.1999-cu il tarixli, 678-lQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsində göstərilmişdir ki, qalınlığı 15 mikrona qədər olan politelen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan Plastik qarışdırıq çubuq, çəngəl, qasıq, bıçaq boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iasə və digər xidmət obyektlərində istehsalçılara satılması və ya verilməsi qadadandır. Nəticədə hüquqi şəxs - "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı və isdə olan digər sənədlərlə tam təsdiq olunur. Beləliklə işə baxılan zamanda protokolla müəyyən edilmiş hallar iş materiallarla öz təsdiqini tapdığından hüquqi ünvanı Naxçıvan şəhəri 6-cı məhəllə 6/16 olan (VÖEN **********) Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinin tərkibinin mövcud olması müəyyən edilmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin əməlində inzibati xətanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetdiyindən inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, 3000 (üç min) manat miqdarında cərimə edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 1477 nömrəli invoysunun 6-cı mövqeyindəki “PLASTİC BAG NANİ(90*90) CM” adlı, polietilen əsaslı, qalınlıqları 13 mikron olan, üzəri çap olunmamış qulpsuz torbalar yükünün netto çəkisi 300 kq olan mallar müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 1477 nömrəli invoysunun 6-cı mövqeyindəki “PLASTİC BAG NANİ(90*90) CM” adlı, polietilen əsaslı, qalınlıqları 13 mikron olan, üzəri çap olunmamış qulpsuz torbalar yükünün netto çəkisi 300 kq olan mallar müsadirə edilməklə 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-405/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-405/2024
30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver