Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-406/2024 20.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, "xxxx" MMC-nin nümayəndəsi X3 və "xxxx" MMC-nin vəkili və nümayəndəsi X7 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Protokola görə ünvan 3 ünvanında fəaliyyət göstərən, VÖEN nömrəsi ********** olan hüquqi şəxs "xxxx" MMC 276750.00 Avro məbləğində vəsaiti 30 avqust 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 27675 EUR məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Xəta 31 avqust 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 09 oktyabr 2024-cü il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati protokolla bağlı etiraz göndərilmişdir. Etirazda qeyd edilmişdir ki, "xxxx" MMC (bundan sonra Alıcı) ilə "xxxx" MMC (bundan sonra Satıcı) arasında araq istehsalı zavodunun avadanlıq və hissələrinin alınması üzrə 4 mart 2022-ci il tarixli 0403/AZ saylı müqavilə (bundan sonra Müqavilə) bağlanmışdır (Qoşma No.1). 19 oktyabr 2022-ci il tarixində müqaviləyə 1 saylı Əlavə (Qoşma N 2) edilmişdir. Müqavilə bağlanan zaman "xxxx" MMC İtaliyada (Modena şəhəri) yerləşən hüquqi şəxs olub. Müqavilənin ümumi dəyəri 1.740.000,00 avro təşkil edib. Müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilənin ümumi dəyərinin 40 % müqavilə imzalandıqdan sonra 10 gün, 45% malların göndərilmək üçün hazır olması haqqında Satıcının bildirişini aldıqdan sonra 10 gün, 10 % montaj işlərinin bitməsindən sonra 10 gün və qalan 5% isə təhvil-təslim aktının imzalanmasından sonra 10 gün ərzində ödənilməli idi. Eyni zamanda Müqavilənin 1 saylı Əlavəsi onun imzalandığı tarixdən 7 gün müddətində Alıcının müvafiq məbləği (75.000 avro) ödəməsini nəzərdə tutub. Alıcı öhdəliklərini yerinə yetirərək, müqavilə üzrə 40 %, 45 % və 1 saylı Əlavə üzrə müvafiq ödənişləri, yəni cəmi 1.640.000,00 avro məbləğində ödənişi hissələrlə həyata keçirib. Bu ümumi məbləğə daxil olan və iddia olunan inzibati xəta obyekti - 276750,00 avro məbləğində ödənişi Alıcı 30 avqust 2022-ci il tarixində həyata keçirib. Alıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də Satıcı müqavilə üzrə öhdəliklərini lazımı qaydada yerinə yetirməyib. Belə ki, Alıcı müqavilə üzrə 1.640.000,00 avro məbləğində ödəniş həyata keçirsə də, toplam 779.650,00 avro, yəni ümumi dəyərin 47.54% həcmində mallar alıb. Avadanlıqların digər hissəsi 860.350,00 avro ödənilsə də bugünədək Alıcıya təhvil verilməyib - mallar idxal edilməyib. Müvafiq olaraq hazırda iddia olunan inzibati xəta obyekti - avro məbləğində ödəniş müqabilində mallar idxal olunmayıb.Müqaviləyə əsasən Satıcı avadanlıq və hissələrin bir qisminin Rumıniyadan (Müqavilə dəyəri 1.050.000,00 avro - 14 yük maşını həcmində), digərlərinin isə İtaliyadan (Müqavilə dəyəri 690.000,00 avro - 3 yük maşını həcmində) gətirilməklə Alıcıya təhvil verilməsini təşkil etməli idi. Lakin bu günədək Rumıniyadan yalnız 241.900,00 avro dəyərində - 6 yük maşını həcmində, İtaliyadan isə 537.250,00 avro dəyərində - 2 yük maşını həcmində avadanlıq (mart 2023 - 7 maşın, iyun 2023 - 1 maşın) Alıcıya təhvil verilib (Qoşma No.3). Müvafiq olaraq hazırki inzibati xəta prosesinin predmeti olan 276750,00 avro məbləğində ödəniş müqabilində ölkəyə gətirilməli olan mallar idxal olunmayıb. Bu məsələyə diqqət çəkmək üçün bir sıra səlahiyyətli qurumlara, o cümlədən xx.xx.2023 tarixli 23 saylı məktubla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsinə, xx.xx.2023 tarixli 25 saylı məktubla Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyaya rəsmi müraciət olunmuşdur (Qoşma 4). Müraciətlərdə ödənilmiş valyuta müqabilində malların idxal edilməməsi barədə Alıcının şikayətləri qeyd olunub. Bu müraciətlər İtaliyada tədbirlər görülməsi baxımından heç bir nəticə verməyib. Alıcının saysız-hesabsız yazışmalarına və şikayətlərinə baxmayaraq, Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməyib. Müqavilə üzrə hüquqlarını qorumaq, ödədiyi avans müqavilində malları idxal edə bilmək üçün X4rşı hüquqi yollara baş vurmalı olub. Bu zaman Alıcı məlumat alıb ki, Satıcı İtaliyada müflis elan olunma ilə bağlı İtaliyada aidiyyəti olan qurumlara 2023-cü ildə müraciət edib. Alıcı iflas prosesində kreditor kimi iştirak etməkdə və prosesin gedişatını izləməkdədir. Satıcının iflas haqqında ərizəsini araşdıran İtaliyanın Modena Məhkəməsi 20 iyun 2024-cü il tarixli qərarı (sənəd № 15/2024 LG, Hakim cənab Bianconi) ilə AMS Ferrarı MMC-ni müflis elan etmiş və Naxçıvan Şərab MMC-ni rəsmi şəkildə AMS Ferrarı MMC-nin kreditorları siyahısına daxil etmiş, yəni onun kreditor statusunu təsdiq etmişdir. Belə ki, Məhkəmənin qərarı ilə Naxçıvan Şərab MMC 942.800,00 avro məbləği üçün ikinci ən böyük təminatsız kreditor kimi qəbul edilmişdir (Qoşma No. 5, Məhkəmə qərarı, 21-ci səhifə). Alıcı Modena Məhkəməsinə iş üzrə bütün sənədləri, o cümlədən, müqaviləni, müqavilə üzrə etdiyi valyutanı avans ödəməni təsdiq edən bank köçürmələrini, malların yalnız bir qismini aldığını təsdiq edən gömrük sənədlərini və müqavilə üzrə Satıcının malların qalan hissəsini təhvil vermədiyini təsdiq edən sənədləri təqdim edib. Sənədləri araşdıran İtaliya Məhkəməsi 0403/AZ saylı müqavilənin icra olunan hissəsini nəzərə almış və qalan hissədə icranın mümkünsüzlüyü səbəbindən xitam vermişdir. Ümumilikdə AMS Ferrari MMC iflas prosesinə qoşulmuş kreditorlar qarşısında 5.713.373,40 avro məbləğində borc öhdəliyi daşıyır (Məhkəmə qərarının 21-ci səhifəsi, Qoşma No.5). "xxxx" MMC bu iflas prosesində italyan vəkillə təmsil olunur və prosesin gedişatını izləyir (Vəkil Roberto Olivianın İtaliyada iflas prosesi barədə arayışı, Qoşma No. 6). Müqavilə üzrə Satıcıya edilmiş bütün ödənişlər "xxxx" ASC (hazırda “E-kredit Bank Olmayan Kredit Təşkilatı MMC) vasitəsilə həyata keçirilib. Alıcı "xxxx" ASC-ni müqavilə üzrə 276750,00 avro müqabilində malların idxal edilməməsi və buna uyğun ödənilmiş avansın Satıcı tərəfindən geri qaytarılmaması və bunun Naxçıvan Şərab MMC-dən asılı olmayan səbəblərlə bağlı olması barədə məlumatlandırıb. "xxxx" ASC Azərbaycan Respublikasının Mərkəzi Bankına 10 sentyabr 2024-cü il tarixli məktub təqdim etmişdir. Naxçıvan Şərab MMC 28 avqust 2024-cü il tarixli məktubla yenidən "xxxx" ASC- yə, eyni zamanda Mərkəzi Banka müraciət edib (Qoşma No. 7). Məktubda yuxarıdakı məlumatlar, müqavilə üzrə razılaşdırılmış malların bir qisminin idxal edilməməsi və buna uyğun ödənilmiş avansın Satıcı tərəfindən geri qaytarılmaması və bunun Naxçıvan Şərab MMCdən asılı olmayan səbəblərlə bağlı olması ətraflı qeyd olunub. Naxçıvan Şərab MMC 26 sentyabr 2024-cü il tarixli məktublar yenidən Mərkəzi Banka müraciət edib (Qoşma No.8). Məktubda yuxarıdakı məlumatlar, müqavilə üzrə razılaşdırılmış malların bir qisminin idxal edilməməsi və buna uyğun ödənilmiş avansın Satıcı tərəfindən geri qaytarılmaması və bunun Naxçıvan Şərab MMC-dən asılı olmayan səbəblərlə bağlı olması ətraflı qeyd olunub. "xxxx" MMC 11 oktyabr 2024-cü il tarixində yenidən onlayn məktub və əlavələri Mərkəzi Banka göndərilib. "xxxx" MMC-nin nümayəndəsinin Mərkəzi Bankı ilə çoxsaylı telefon danışıqlarında da vəziyyət izah olunub. Alıcınin ödəniş edib malları almaqda məqsədi araq istehsal edən zavod açmaq olub (Naxçıvan Şərab MMC-nin Araq məhsulları istehsalı xəttinin alınması haqqında Biznes Planından çıxarış, 2022, Qoşma № 10). Biznes plan hyihəsi üzrə ümumi investisya məbləğinin dəyəri 5.324.810, 20 manat təşkil edib. Zavoda yeni avadanlıqların alınması üçün İqtisadiyyat Nazirliyi yanında X2 2022-ci ildə 1.950.000,00 mаnаt vəsait ayrılıb - Alıcıyə kredit verilib. Alıcı hazırda bu borcu və onun faizini ödəməkdə davam edir. Mallar idxal edilmədiyindən və başqa mənbələrdən mallar almaq üçün istifadə olunacaq valyuta vəsaiti qaytarilmadığından zavod açılmayıb. Alıcı İtaliyada davam edən iflas prosesində italyan vəkil və ona dəstək olan yerli hüquqşünasların xidmət haqqını və məhkəmə prosesi xərclərini ödəməkdə davam edir. Naxçıvan Şərab MMC ondan asılı olmayan səbəblərdən 0403/AZ saylı müqavilənin tam icra olunmaması problemlərindən sonra yenə də malların gətirilməsini təmin etmək üçün mümkün bütün hüquqi vasitələrdən istifadə edir. Bu dəfə müqavilə üzrə istehsal olunan malları subpodratçılardan birbaşa almaq üçün onlarla danışıqlar aparır. Belə ki, Naxçıvan Şərab MMC AMS Ferrari MMC-nin 0403/AZ saylı müqaviləni icra etməsi üçün vaxtilə əməkdaşlıq etdiyi subpodratçılardan (Rumıniyada yerləşən TM İnox SRL şirkəti və İtaliyada yerləşən Nortan MMC) müqavilənin ləğv edilmiş hissəsində malların alınması məqsədilə birbaşa danışıqlar aparıb. Müqavilənin ləğv olunan hissəsində yuxarıda göstərilən malların gətirilməsi üçün Naxçıvan Şərab MMC yeni kredit götürməklə qeyd olunan subpodratçılarla müqavilələri rəsmiləşdirmək mərhələsindədir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X8 izahatında bildirmişdir ki, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur. Alıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirib 276750,00 avro avans ödəsə də, Satıcı razılaşdırılmış malları göndərməmiş və verilməyən mallara görə avans olaraq ödənilmiş valyutanı qaytarmamışdır. Satıcının müqavilə üzrə borclu olması və öhdəliyini yerinə yetirməməsi sənədlərlə sübut olunur. Məhkəmə qərarı ilə Satıcının iflas prosesini araşdıran İtaliyanın Modena Məhkəməsi 20 iyun 2024-cü il tarixli qərarı (sənəd № 15/2024 LG, Hakim cənab Bianconi) ilə AMS Ferrarı MMC-ni müflis elan etmiş və "xxxx" MMC-ni rəsmi şəkildə AMS Ferrarı MMC-nin kreditorları siyahısına daxil etmiş, yəni onun kreditor statusunu təsdiq etmişdir. Belə ki, Məhkəmənin qərarı ilə Naxçıvan Şərab MMC 942.800,00 avro məbləği (Satıcının müqavilə öhdəliyini yerinə yetirməməsinə görə cərimə pulu daxil) üçün kreditor kimi qəbul edilmişdir (Məhkəmə qərarı, 21 -ci səhifə). Hazırki inzibati xəta prosesinin predmeti olan 276750 avro məbləğində avans da bu ümumi məbləğə daxildir. Alıcı Modena Məhkəməsinə də iş üzrə bütün sənədləri, o cümlədən, müqaviləni, müqavilə üzrə valyutanı avans ödəməsini təsdiq edən bank köçürmələrini, malların yalnız bir qismini aldığını təsdiq edən gömrük sənədlərini və müqavilə üzrə Satıcının malların qalan hissəsini təhvil vermədiyini təsdiq edən sənədləri təqdim edib. Sənədləri araşdıran İtaliya Məhkəməsi 0403/AZ saylı müqavilənin icra olunan hissəsini nəzərə almış və qalan hissədə icranın mümkünsüzlüyü səbəbindən xitam vermişdir. Lakin bu xitam müqavilənin icra olunmayan hissəsində avans olaraq ödənilən məbləğin, o cümlədən 276750 avronun avtomatik olaraq Alıcıya qaytarılacağına təminat vermir. Hazırda AMS Ferrari MMC ilə bağlı İtaliyada iflas prosesi davam edir və onun nə zaman başa çatacağı və prosesin sonunda "xxxx" MMC-yə nə qədər vəsait veriləcəyi məlum deyil. Ümumilikdə AMS Ferrari MMC iflas prosesinə qoşulmuş kreditorlar qarşısında 5.713.373,40 avro məbləğində borc öhdəliyi daşıyır. Üstəlik, Məhkəmə qərarına əsasən, Alıcı təminatsız kreditorlar siyahisına salınıb. İtaliya qanunvericiliyinə əsasən, təminatsız kreditor kimi tanınma o deməkdir ki, iflas prosesinin sonunda ödəniş almaqda Alıcınin digər kreditorlara münasibətdə üstünlük hüququ yoxdur. Alıcı yalnız iş üzrə təminatlı kreditorlardan sonra vəsait qaldığı halda ödəniş əldə edə bilər. Beləliklə də AMS Ferrari MMC müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyinə və müflis elan olunduğuna görə, spirtli içkilərin istehsalı üçün nəzərdə tutulmuş avadanlıqların alışı üçün ö lkədən avans olaraq məxaric olunan 276750 avro məbləğində vəsaitin bir hissəsinin qarşılığı olaraq malların ölkəmizə gətirilməsi və vəsaitlərin qaytarılması Naxçıvan Şərab MMC-dən asılı olmayan səbəblərdən mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alıb 09 oktyabr 2024-cü il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Naxçıvan Şərab” MMC-nin vəkili və nümayəndəsi X9 "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün tərtib edilmiş 09 oktyabr 2024-cü il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməklə, "xxxx" MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: "xxxx" MMC ilə "xxxx" MMC arasında araq istehsalı zavodunun avadanlıq və hissələrinin alınması üzrə 4 mart 2022-ci il tarixli 0403/AZ saylı müqavilə bağlanmışdır. 19 oktyabr 2022-ci il tarixində müqaviləyə 1 saylı Əlavə (Qoşma N 2) edilmişdir. Müqavilə bağlanan zaman "xxxx" MMC İtaliyada yerləşən hüquqi şəxs olub. Müqavilənin ümumi dəyəri 1.740.000,00 avro təşkil edib. Müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilənin ümumi dəyərinin 40 % müqavilə imzalandıqdan sonra 10 gün, 45% malların göndərilmək üçün hazır olması haqqında Satıcının bildirişini aldıqdan sonra 10 gün, 10 % montaj işlərinin bitməsindən sonra 10 gün və qalan 5% isə təhvil-təslim aktının imzalanmasından sonra 10 gün ərzində ödənilməli idi. Müqavilənin 1 saylı Əlavəsi onun imzalandığı tarixdən 7 gün müddətində Alıcının müvafiq məbləği (75.000 avro) ödəməsini nəzərdə tutub. Alıcı öhdəliklərini yerinə yetirərək, müqavilə üzrə 40 %, 45 % və 1 saylı Əlavə üzrə müvafiq ödənişləri, yəni cəmi 1.640.000,00 avro məbləğində ödənişi hissələrlə həyata keçirib. Bu ümumi məbləğə daxil olan və iddia olunan inzibati xəta obyekti - 276750,00 avro məbləğində ödənişi Alıcı 30 avqust 2022-ci il tarixində həyata keçirib. Alıcı müqavilə üzrə 1.640.000,00 avro məbləğində ödəniş həyata keçirsə də, toplam 779.650,00 avro, yəni ümumi dəyərin 47.54% həcmində mallar alıb. Avadanlıqların digər hissəsi 860.350,00 avro ödənilsə də bugünədək Alıcıya təhvil verilməyib - mallar idxal edilməyib. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, "xxxx" ASCnin müştərisi olan "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə malların alınması məqsədi ilə 276 750.00 (iki yüz yetmiş alti min yeddi yüz əlli ) EUR məbləğində avans ödənişi köçürülmüş, lakin 2 il tamam olmasına baxmayaraq malların idxal edilməsini təsdiqləyən sənəd Banka təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. İtaliyanın Modena Məhkəməsi 20 iyun 2024-cü il tarixli qərarı (sənəd № 15/2024 LG, Hakim cənab Bianconi) ilə AMS Ferrarı MMC-ni müflis elan etmiş və "xxxx" MMC-ni rəsmi şəkildə AMS Ferrarı MMC-nin kreditorları siyahısına daxil etmiş, yəni onun kreditor statusunu təsdiq etmişdir. Məhkəmənin qərarı ilə "xxxx" MMC 942.800,00 avro məbləği (Satıcının müqavilə öhdəliyini yerinə yetirməməsinə görə cərimə pulu daxil) üçün kreditor kimi qəbul edilmişdir. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinə ünvanlanmış ərizələrdən də məlum olur ki, "xxxx" MMC İtaliya Respublikasının Modena Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 15/2024 saylı qərarının tanınması üçün müvafiq olaraq həmin orqanlara rəsmi formada müraciət etmişdir. Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin dispozisiyasından da göründüyü kimi, bu maddə, ilk növbədə, Azərbaycan Respublikasının iqtisadi fəaliyyət subyektləri tərəfindən xarici ölkələrə (xarici iqtisadi fəaliyyət subyektlərinin bank hesablarına) malların alınması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün avans yolu ilə ödənilmiş (köçürülmüş) valyuta vəsaitlərinin düzgün (təyinatı üzrə) istifadəsinə nəzarət, bu sahədə maliyyə intizamını möhkəmləndirmək və müəyyən olunmuş maliyyə qaydalarının pozulmasına görə hüquqi məsuliyyətin tətbiqi məqsədini daşıyır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 28 fevral 2020-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi lazım bilir ki, sahibkarlıq fəaliyyətinin əsasını təşkil edən mülkiyyət hüququ mütləq hüquq deyil və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun (bundan sonra – Konvensiyanın 1 saylı Protokolu) 1-ci maddəsində dəqiq müəyyən edilmiş məhdudiyyətlərə məruz qala bilər. Həmin maddəyə görə mülkiyyət hüququna müdaxiləyə yalnız aşağıdakı hallarda yol verilir: - qanunla müəyyən edilmişdirsə; - ictimai maraq kəsb edirsə; Göründüyü kimi, mülkiyyət hüququna müdaxilə ilk növbədə qanunauyğunluq tələbini ödəməlidir. Konvensiyaya görə ”qanun” ifadəsi müstəqil məna daşıyaraq yalnız formal mənada “qanun” demək deyil. Bura Konstitusiya, aidiyyəti dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, habelə qanun qüvvəli normativ aktlar da aid edilə bilər. Şəxsin mülkiyyət hüququna qanuni müdaxilə yalnız ümumi (ictimai) maraqlar üçün legitim məqsəd güdüldüyü halda əsaslandırıla bilər. Bu öhdəlik Konvensiyanın qeyd edilən maddəsində əmlakdan məhrumetmə və əmlakdan istifadəyə münasibətdə açıq şəkildə ifadə edilmişdir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” X1 2012-ci il 12 mart tarixli Qərarı). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin (hərəkətin) inzibati xəta kimi müəyyən edilməsi valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə cavab verdiyindən, məhkəmələr bu kimi işlərin hallarını hərtərəfli, tam və obyektiv araşdırmalıdır. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, bu işlərə həmin Məcəllənin 111.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilməmişdir. "xxxx" MMC tərəfindən protokolda göstərilən 276750.00 Avro məbləğində pulun qarşılığında malların pulun köçürülməsindən sonra 2 il müddətində ölkəyə gətirilə bilməməsi hüquqi şəxsin iradəsindən asılı olmayan səbəbdən, yəni AMS Ferrari şirkətinin müflis olması səbəbindən baş vermişdir. Bununla da "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləinin 430.4-cü maddəsi üzrə təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinin tələbinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd edilənləri nəzərə alıb məhkəmə belə nəticəyə gəlir ki, təqdim edilən sənədlər "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibin mövcud olmasını istisna edir. Odur ki, "xxxx" MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi üzrə tərtib olunmuş 09 oktyabr 2024-cü il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata təqsiri sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-406/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-406/2024
20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver