Məhkəmə qərarları › İş №3(078)-407/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-407/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-407/2024 22.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1989-cu ildə Naxçıvan şəhərində anadan olmuş FİN: xxxxxxx, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində sərxoş vəziyyətdə X2 məxsus Anamı AM 150CC motosikl motoreller markalı, 75-A-207 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Naxçıvan şəhəri, İ.Səfərli küçəsində yerləşən İran Məscidinin yanından talama məqsədi olmadan qanunsuz olaraq qaçırmışdır. Təhqiqat zamanı Anamı AM 150CC motosikl motoreller markalı, 75-A-207 dövlət nömrə nişanlı motosikletin sahibi X5 xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Şəxs ona məxsus Anamı AM 150CC motosikl motoreller markalı, 75-A-207 dövlət nömrə nişanlı motosikleti Naxçıvan şəhəri, İ.Səfərli küçəsində yerləşən İran Məscidinin yanından qaçırdığını və Şəxs barəsində qanuni tədbir görülməsini bildirmişdir. Təhqiqat zamanı Şəxs xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, vətəndaş X1 barəsində yazdığı şikayət ərizəsi bağlı toplanmış materiala görə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Təhqiqat zamanı X5 xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, Şəxs barəsində toplanmış material üzrə təhqiqatın məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Təhqiqat zamanı X1 şikayət ərizəsi əsasında xx.xx.2024cü il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə Şəxs barəsində böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat zamanı Anamı AM 150CC motosikl motoreller markalı, 75-A-207 dövlət nömrə nişanlı motosikletin sahibi X5 zərərçəkmiş şəxs qismində tanınmış, ona hüquq və vəzifələri izah edilərək dindirilmişdir. xx.xx.2024-cü il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə aparılan ********* nömrəli məhkəməyədək sadələrişdirilmiş icraata xitam verilmiş və Şəxs barəsində 08 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onun tərəfindən törədilən nəqliyyat hadisəsi araşdırılmış və qarşı tərəfin avtomobilinə zərər vurulması müəyyən edilmişdir. Nəqliyyat hadisəsi nəticəsində motosikl aşmış və zərər dəymişdir. Haqqında inzibati protokol tərtib edilmişdir. Əməlini etiraf edir, peşmandır. Ailə vəziyyətini, həmçinin zərərçəkmiş şəxslə ziyanın ödənilməsi istiqamətində razılıqlarının olmasını nəzərə alıb ona həbslə bağlı olmayan tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, Xaliq ona məxsus nəqliyyat vasitəsinə zərər verib. Lakin dəymiş ziyan tamamilə ödənildiyindən onun heç bir tələb və şikayəti yoxdur. Qeyd edilənlərin nəzərə alınıb qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin tərkibi vardır. Şəxs əməli işdə olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Belə ki, iş materiallarından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində sərxoş vəziyyətdə X2 məxsus Anamı AM 150CC motosikl motoreller markalı, 75-A-207 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Naxçıvan şəhəri, İ.Səfərli küçəsində yerləşən İran Məscidinin yanından talama məqsədi olmadan qanunsuz olaraq qaçırmışdır. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli 288 nömrəli aktdan aydın olur ki, Şəxs 0.98 % alkoqol sərxoşluğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli qüsur aktında müəyyən edilmişdir ki, X3 məxsus 85-A-207 Dövlət qeydiyyat nişanlı “ANAMİ 150 CC” markalı motosiklet “X8 ” MMC-də fəaliyyət göstərən X4 tərəfindən Naxçıvan şəhər Polis İdarəsinin cərimə meydançasında motosikletə baxış keçirilmiş, ön şüşə, sürətlər göstəricisi, zamok və ayaqlıq dəmirin təmirə ehtiyacı var. İş materiallarında olan Naxçıvan MR Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 820 nömrəli rəyindən aydın olur ki, 22 iyul 2024-cü il tarixli “X8” MMC tərəfindən tərtib edilmiş qüsur aktında göstərilən 2010-cu il buraxılışiı, “ANAMİ” markalı AM 150CC motosikl modelli, motoreller tipli, qırmızı rəngli motosikletə aid ehtiyyat hissələrinin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə, yəni 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 85,00 (səksən beş) manat müəyyən edilir. Naxçıvan ŞPİ DYPB tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan məlum olmuşdur ki, Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnu təsdiq edən sürücülük vəsiqəsi mövcud deyil. Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 1473 nömrəli arayışa əsasən Şəxs həmin tarixdə ambulator olaraq tibbi yoxlamadan keçirilmiş və o, praktiki sağlamdır. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə əzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 334.3-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-cü maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı dispozitiv şərtləri özündə ehtiva edir. İXM-in 334.1-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dispozitiv şərtləri tənzimləyir. Həmin Məcəllənin 334.3-cü bəndi göndərici dispozisiya olmaqla həmin Məcəllənin 334.1-ci maddəsinin dispozisiyasında göstərilən hallara göndərir və bu bənddə göstərilir ki, bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəsəkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.3-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Babayev Nadir oğlunun sərxoş olması məsuliyyətini ağrılaşdıran hal olsa da təqsirli bilindiyi İXM-in 334.3-cü maddəsinin tərkib əlaməti kimi nəzərdə tutulduğundan məsuliyyəti ağırlaşdıran hal kimi təkrar nəzərə alına bilməz, ona görə də onun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə məhkəmə hesab edir ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlirə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib, 800 (səkkiz yüz) manat miqdarında cərimə edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib, 800 (səkkiz yüz) manat miqdarında cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar