Məhkəmə qərarları › İş №3(078)-408/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-408/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-408/2024 24.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər Prokurorunun köməkçisi X2 iştirakı ilə, xx xxxx 1974-cü il tarixdə Babək rayonu, Tumbul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, iki uşaq atası, orta ixtisas təhsilli, müvəqqəti işsiz, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olmaqla, orada yaşayan, hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206cı maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: Naxçıvan Şəhər Prokurorluğu tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə icraat başlanmış və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında icraatın materiallarından aydın olur ki, 29 iyun 2024-cü il tarixdə saat 00:30 radələrində Şəxs və X1 şəhəri Tumbul kəndində yerləşən çayxanananın qarşısında mübahisə edən zaman Şəxs Rahib Abdullayevin sifət nahiyyəsindən bir yumruq zərbəsi vurmuş və həmin zərbə nəticəsində Rahib Abdullayevin bədən səthi üzərində dərəcəsi təyin edilməyən sağ gözün ətrafında qançır, burnunda sıyrıq, alt dodağında selikli qişada qançır xəsarətləri yaranmış, eyni zamanıda məhkəmə kimya tədqiqatı zamanı təqsirləndirilən şəxs Şəxs götürülmüş qan nümunəsində psixotrop maddə hesab edilən amfetamin aşkar edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 maddəsi ilə nəzərdə tutulmuş döymə və 206-cı maddəsi ilə nəzərdə tutulmuş qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati xətasını törətmişdir. Barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Rahibə çayxananın qarşısında olarkən təkcə 1 dənə sağ əlinin yumruğu ilə sifət nahiyyəsindən vurmuş, həmin vaxt artıq gecə saatları olduğundan və qaranlıq olduğundan həmin zərbənin konkret olaraq Rahibin harasından dəyməsini bilməmiş, zərbəni onun sifət nahiyyəsindən vurmuşdur. Prostat xəstəliyi vardır. Hadisədən təqribən 10 gün əvvəl Naxçıvan Muxtar Respublikası Xəstəxanasında həkim müayinəsində olmuşdur. Həmin həkimin adını bilmir. Həmin həkim kişi olmuş, müayinə etdikdən sonra ona resept yazmışdır. Həmin reseptdə trixapor, nistatin, tetrasqilin və adını xatırlamadığı kapsul şəklində bir dərman olmuş, həmin dərman paçkada yalnız 1 dənə olmuş, həmin dərmanları da həbs olunana qədər istifadə etmişdir. Hal- hazırda isə həmin dərmanları istifadə etmir. Ola bilər ki, həmin dərmanları qəbul etməyi nəticəsində qanında amfetamin əmələ gəlmişdir. Sonuncu dəfə Naxçıvana gəlməmişdən təqribən 1-2 ay əvvəl Bakıda olan zaman nəşə “marixuana” çəkmiş, həmin marixuananı da siqaretə doldurub çəkmişdir. Naxçıvanda olan zaman isə heç bir narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etdi. Naxçıvan Şəhər Prokurorunun köməkçisi X8 bildirmişdir ki, şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir və bu rəylə öz təsdiqini tapır. Eləcə də şəxsin qanında psixotrop maddənin olması ekspert rəyi ilə sübuta yetirilmişdir. Həmçinin şəxs Bakı şəhərində bununla bağlı stasionar müalicədə olmuşdur. Qeyd edilən halların nəzərə alınaraq şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiallara cinayət işinin materialları əlavə edilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 29 iyun 2024-cü il tarixli, 55 nömrəli rəyində Rahib Abdullayevin bədən səthi üzərində dərəcəsi təyin edilməyən sağ gözün ətrafında qançır, burnunda sıyrıq, alt dodağında selikli qişada qançır xəsarətlərinin olduğu göstərilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 tərəfindən verilmiş 08 iyul 2024-cü il tarixli, 6 nömrəli ekspert rəyinə əsasən, Şəxs bədənində müəyyən edilmiş xəsarətlər- sol dirrsək oynağında sıyrıq, döş qəfəsinin arxa səthində 2 ədəd sıyrıqlar, döş qəfəsinin sol yarısında 1 ədəd qançır, bərk küt əşyanın təsirindən törənmişdir. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, xəsarətlər qısa müddət ərzində müxtəlif ardıcıllıqlarla yetirilmişdir. Rahib Abdullayevlə mübahisə zamanı törənə bilərdi. Bədən səthi üzərindəki xəsarətlər müxtəlif qarşılıqlı vəziyyətdə yarana bilərdi. Eləcə də, xx.xx.2024-cü il tarixdə mərhum Rahib Abdullayevlə mübahisə zamanı qısa müddət ərzində və müxtəlif vəziyyətlərdə yarana bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlər qısa bir vaxtda yetirildiyindən onların ardıcıllığını konkret olaraq təyin etmək mümkün deyildir. X4 mübahisə zamanı törənə bilərdi. Bədən səthi üzərindəki xəsarətlər müxtəlif qarşılıqlı vəziyyətlərdə yarana bilərdi. Şəxs spirtli içki qəbul etməmişdir, onun qan nümunəsində amfetaminin izlərinə rast gəlinmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X5 tərəfindən 07 avqust 2024-cü il tarixdə verilmiş rəyə əsasən, Şəxs anlaqsızlığın tibbi meyarlarına (xroniki psixi xəstəlik,psixi fəaliyyətin müvəqqəti pozulması,kəmağıllıq və ya sair psixi xəstəlik halları) aid xəstəlik halı aşkar olunmadı. Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir. Məcburi müalicəyə ehtiyacı var. Respublika Narkoloji Mərkəzi PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əsasən, Şəxs xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə “Opioid və psixostimulyatorun qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə mərkəzdə könüllü surətdə stasionar müalicə aldığı müəyyən olunmuşdur. 21 oktyabr 2024-cü il tarixli qərara əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İnzibati xəta haqqında icraat materiallarına Rahib Abdullayev tərəfindən cinayət hadisəsi baş verməzdən əvvəl Şəxs tərəfindən döyülməsi barədə müvafiq polis orqanına müraciət ərizəsi əlavə edilməmişdir. Belə olan halda Şəxs barəsində Azərbaycan Respublikası İXMin 157-ci maddəsi ilə inzibati icraat başlana bilməzdi. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi üzrə balanmış icraatla əlaqədar məhkəmə aşağıdakıları inzibati icraat başlayan oranın diqqətinə çatdırır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsinə görə tibbi müayinə yalnız narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Narkotik sərxoşluq vəziyyətində olması və ya öz bədəni daxilində narkotik vasitələr və psixotrop maddələr daşıması haqqında əsaslı şübhələr olan, habelə özündə narkotik vasitələr və psixotrop maddələr aşkar edilmiş şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tibbi müayinədən keçirilir. Tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində həyata keçirilir. 25.2. Tibbi müayinə həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Şəxsin tibbi müayinədən keçməsi haqqında tərtib edilən rəydə onun narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan narkotik vasitələrin və psixotrop maddələrin növü, ehtiyac olduqda miqdarı və təxmini istehlak etmə vaxtı əks etdirilməlidir. 25.3. Şəxsin tibbi müayinədən keçməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. İş materiallarına əlavə edilən rəydən görünür ki, Şəxs qanında amfetamin psixotrop maddəsinin izlərinə rast gəlinməsi barədə rəy tibb eksperti tərəfindən verilmişdir. Həmin rəyin əsaslandırıcı hissəsində müstəntiq tərəfindən ekspert qarşısına qoyulan suala cavab verilməsi üçün qan nümunəsinin kimyəvi laboratoriyaya təqdim edilməklə kimyəvi akt təqdim edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 71.1-ci maddəsinə görə elm, incəsənət, texnika və ya sənət sahəsində məsələlərin izahı üçün ekspertizanın aparılması və ekspert rəyinin verilməsi üçün kifayət qədər xüsusi biliyə malik olan və inzibati xəta haqqında işin nəticəsində şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət olunur. Həmin Məcəllənin 71.3-cü maddəsinə görə verilən suallar ekspertin xüsusi biliyindən kənara çıxdıqda, tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir. Yuxarıda qeyd edilən qanun normasından da aydın olduğu kimi canlı şəxsin ekspertizası rəyində məhkəmə tibb eksperti xüsusi biliyindən kənara çıxaraq sahəsinə aid olmayan 5-ci suala cavab verməkdən imtina etməli olduğu, səlahiyyəti olmadığı halda tədqiqat aparmış, həkim-narkoloq tərəfindən verilməli rəyi imzalamışdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəyə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Beləliklə şəxsin Şəxs qanından amfetamin psixotrop maddəsinin aşkar edilməsinə dair yeganə sübut qanunu pozmaqla verilmiş ekspert rəyidir. Həmin rəyin də heç bir sübut əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə, inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələrində nəzərdə tutulan xətanın olması müəyyən edilməmişdir. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar