Məhkəmə qərarları › İş №3(078)-41/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-41/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-41/2023 07.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: ünvan 1 ünvanında qeydiyyatda olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (VÖEN **********) Şəxs adından təqdim edilmiş **********3024 sorğu nömrəli gömrük bəyənnaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda yerləşdirməkdən ötrü bəyan olunmuş 2205 yerdən ibarət, invoys dəyəri 49298 ABŞ dolları təşkil edən qarışıq qida məhsullarından ibarət yükün “X1” gömrük postunun ərazisində yoxlanılması zamanı üzərində “X2” yazılan 105 qutu, hər qutuda 6 ədəd bağlama və hər bağlamada 150 ədəd olmaqla 94500 ədəd qənnadı məmulatının gömrük orqanlarına bəyan olmadığı aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işəbaxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, ünvan 1 ünvanında qeydiyyatda olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (VÖEN **********) Şəxs adından təqdim edilmiş **********3024 sorğu nömrəli gömrük bəyənnaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda yerləşdirməkdən ötrü bəyan olunmuş 2205 yerdən ibarət, invoys dəyəri 49298 ABŞ dolları təşkil edən qarışıq qida məhsullarından ibarət yükün “X1” gömrük postunun ərazisində yoxlanılması zamanı üzərində “X3” yazılan 105 qutu, hər qutuda 6 ədəd bağlama və hər bağlamada 150 ədəd olmaqla 94500 ədəd qənnadı məmulatının gömrük orqanlarına bəyan olmadığı aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı nümayəndənin etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarında olan yoxlama, əşyaların və sənədin götürülməsi haqqında protokoldan aydın olur ki, idxalatçı Şəxs (VÖEN:**********) adından təqdim edilmiş **********024 sorğu nömrəli gömrük bəyənnaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduranda yerləşdirilməkdən ötür bəyan olunmuş 2205 yerdən ibarət, invoys dəyəri 49298 ABŞ dolları təşkil edən qarışıq qida məhsullarından ibarət yükün “X1” gömrük pstunun ərazisində yoxlanılması üzərində “X3” yazılan 105 qutu, hər qutuda 6 ədəd bağlama və hər bağlamada 150 ədəd olmaqla 94500 ədəd qənnadı məmulatının gömrük orqanlarına bəya olunmadığı aşkar edilmişdir. Aşkar edilmiş predmetlər Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.3-cü maddəsinə əsasən hal şahidlərinin iştirakı ilə götürülmüşdür. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 30 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında içərisində kağızda “X3” yazıları olan, Türkiyə istehsalı, 105 qutu, hər qutuda 6 ədəd bağlama olmaqla ümumilikdə 630 bağlama qənnadı məmulatı məhsulunun 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 10395 (630 bağlama x 16.5 manat) manat olması müəyyən edilir. Beləliklə işə baxılan zamanda protokolla müəyyən edilmiş hallar iş materiallarla öz təsdiqini tapdığından ünvan 1 ünvanında qeydiyyatda olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN **********) Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkibinin mövcud olması müəyyən edilmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati xətanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetdiyindən barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş malın dəyərinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 40 faizi miqdarında cərimə edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 479 - 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş ümumi dəyəri 10395 (on min üç yüz doxsan beş) manat olan malın dəyərinin 40 (qırx) faizi miqdarında, yəni 4158 (dörd min yüz əlli səkkiz) manat məbləğində cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar