Məhkəmə qərarları › İş №3(078)-410/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-410/2023

29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-410/2023 29.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Babək rayon, Vayxır kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN KOD: xxxxxxx), orta təshilli, subay, 1 uşaq anası, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 12 iyun 2023-cü il tarixdə H.Əliyev prospekti 13/15 bina 1, ev 7 ünvanında yaşayan zərərçəkmiş şəxs X1 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək ərizəsində 12 iyun 2023-cü il tarixdə, 16:00 radələrində aralarında baş vermiş münaqişə zamanı Şəxs əlindəki bıçaq və qayçı ilə ona xəsarət yetirdiyini, arxasına düşdüyünü, həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 24 avqust 2023-cü il tarixli, 016099 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında X9 ilə təxminən 1 ildir ki münasibətinin olduğunu, onun əvvəllər evli və uşaqlarının olduğunu bildiyini, 12 iyun 2023-cü il tarixdə, saat 16:00 radələrində iş yerində müştərinin saçını kəsdiyini, həmin vaxt qayçının da əlində olduğunu, saç kəsməmişdən 1 saat əvvəl Sərxan Teymurovun həyat yoldaşının onun şəxsi nömrəsinə 4 vatsap mesajı göndərdiyini, səslərə qulaq asdığını, cavab yazmaq istədikdə salona iki müştəri gəldiyini, buna görə cavab yaza bilmədiyini, Sərxanın həyat yoldaşının onun cavab yazmadığını gördüyünə görə hücum çəkib salona gəldiyini, içəri birdən 4 uşaqla girdiyini, girən kimi ona ağzına gələn söyüşlər, təhqirlər deməyə başladığını, həmin andaca o saç kəsə-kəsə əlini ataraq stolun üstündə olan bıçağa götürərək ona hücum çəkdiyini, özünün onun əlindən bıçağı zorla alıb yerə atmağı bacardığını, sonra Fərhadənin onu söyə-söyə obyektin qarşısına çıxdığını, mərkəzi yer olduğu üçün bütün insanların tökülüb onun hərəkətlərinə və söyüşlərinə baxdıqlarını, bundan iki ay əvvəl Fərhadənin onun ünvanına da hücum çəkdiyini, yaşadığı mənzilin qarşısında gecə saat 0200-da ağzına gələn sözlər, söyüşlər, təhqirlər dediyini, həmin günü şəhər şöbəsinə yazılı müraciət etdiyini ancaq baxılmadığını, buna görə də iş yerinə bıçaqla hücum çəkə bildiyini, ona ağzına gələn sözlər, mesajlar yazıb sonra da obyektə hücum çəkdiyini, əlavə olaraq 12 iyun 2023-cü il tarixdə həm onun iş yerinə, həm atasının işlədiyi iş yerinə gedərək onun yoldaşlarının arasında ünvanına təhqiramiz sözlər işlədərək atasını da biabır etdiyini, evə gələndə oğluna onun haqqında olmayan şeylər dediyini, azyaşlı yaşının pis vaxtında olan, xəstə uşağına onun haqqında deyilməyəcək sözlər dediyini, obyektdə müştərinin, iş yoldaşının yanında, obyektin qarşısında o qədər insanın içində ona ağzına gələn, pis, nalayiq sözlər işlətdiyini, üstünə bıçaq çəkdiyini, hazırda Fərhadə ilə barışdıqlarını, bildirərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X7 12 iyun 2023-cü il tarixdə, 16:00 radələrində yoldaşı Sərxanın evə daxil olaraq, ona evdən çıxmağını və evi İlahəyə hədiyyə verəcəyini dediyini, onu təhqir etdiyini, mübahisədən sonra salona getdiyini, İlahə işlədiyi salona içəri girəndə İlahənin saç kəsdiyini, “ailəmi dağıtdın, indi evimi əlimdən almaq istəyirsən?” dediyini, onun da qayçını əlinə alaraq əxlaqsız sözlər işlətdiyini, qayçı ilə üzərinə yeridiyini, özünü qorumaq üçün çölə qaçdığını, arxası ilə qaçaraq ona qayçı ilə xəsarət yetirməyə çalışdığını, bir neçə yerini qayçı ilə cızdığını, ayaqqabı, şotka atdığını, yenə qayçı götürərək övladlarının və onun arxasına düşdüyünü, övladlarını vurduğunu, özünün ağacın arxasında gizləndiyini, qayçı əlində ora gəldiyini, onu təkrar vurmaq istədiyini, yoldan keçənlərin onları araladığını, sonra polisin gəlib aranı sakitləşdirdiyini, onların yanında da əxlaqsız sözlər dediyini, bütün bina camaatının onlara baxdığını, lakin hazırda böyüklərinin məsləhəti ilə onunla barışdığını, ondan şikayəti olmadığını, onu bağışladığını bildirdi. İş materiallarında olan cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Hkpi-366/23 nömrəli toplanmış materialda cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada icraat başlanılması qərara alınmışdır. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 tərəfindən verilmiş 13 iyun 2023-cü il tarixli, 640 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş bədən səthi üzərində boynun sağ yarısında bir neçə sıyrıqlar, sol əlin İV barmağının orta falanqasının arxa səthində 1 ədəd sıyrıq, sıyrıqlar iti uclu və ya kənarı kəsici hər hansı alətin təsirindən, həmçinin bilavasitə ülgüc və ya qayçı ilə yetirilə bilərdi. Göstərilən bu xəsarətlərin həmin şəxsin özü tərəfindən özünə yetirilə bilmə ehtimalı inkar edilmir. Xəsarətlərin yetirilmə müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli, 958 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, Şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilmədi. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti 3 saylı mənzil-istismar idarəsi tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli, 1680 nömrəli arayışdan görünür ki, Şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti 3 saylı mənzil-istismar idarəsi tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli, 1680 nömrəli arayışdan görünür ki, Şəxs ailə üzvü oğlu-X5r. İş materiallarına əlavə olunmuş 29 avqust 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 29 avqust 2023-cü il tarixdə saat 11:10-da inzibati qaydada tutulmuşdur. Zərərçəkmiş şəxs X7 məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bağışladığını və onunla barışdığını bildirib onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. -53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. -157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eyni zamanda zərərçəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar