Məhkəmə qərarları › İş №3(078)-412/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-412/2023

30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-412/2023 30.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 və tərcüməçi X5 iştirakları ilə xx.xx.1972-ci ildə Türkiyə Respublikası, İğdır şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, (FİN KOD:A41Y00849), ali təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmayan, evli, Türkiyə Respublikası, İğdır şəhəri, Söyüdlü məhəlləsi, Yüksel caddə 626, sokak №9 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X8 Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 26 iyun 2023-cü il tarixdə 09 mart 1999-cu il təvəllüdlü, subay, ünvan 1 ünvanında yaşayan X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X8 Polis Şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə X9 Limanında xidmətdə olan zaman Hava Limanının giriş hissəsində yoxlama yerində xidmət apardığı zaman ona məxsus olan Redmi Note 8T markalı telefonu monitorun yanındakı stolun üstünə qoyduğunu, müəyyən vaxtdan sonra telefonun orada olmadığını gördüyünü, bundan sonra müşahidə kameralarına baxış keçirdiklərini və telefonun Türkiyə vətəndaşı tərəfindən götürüldüyünü gördüklərini, həmin şəxs barəsində qanuni tədbir görülməsini və ona köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X8 Polis Şöbəsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 08 avqust 2023-cü il tarixli, 010667 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 26 iyun 2023-cü ildə 2258 saylı Naxçıvan-Bakı aviareysi ilə Bakı şəhərinə getmək üçün X9 Limanına gəldiyini, Hava limanının giriş hissəsində monitor yoxlanışından keçdiyini, daha sonra Hava Limanının daxilində çay içdiyini, saat təxminən 00:15 radələrində siqaret çəkmək üçün hava limanının həyətinə çıxdığını, təkrar içəri girərkən monitor yoxlamasından keçən zaman özünə məxsus olan telefonunu stolun üstünə qoyduğunu yoxlanışdan keçdikdən sonra ona məxsus olan telefonu götürərkən başqa bir telefon olduğunu da gördüyünü, pula ehtiyacı olduğu üçün həmin telefonu oğurluq niyyəti ilə, “sataram” deyə götürüb ona məxsus olan mobil telefonla birlikdə şalvarının arxa cibinə qoyduğunu, Hava limanının içinə daxil olduqdan sonra həmin götürdüyü telefonu kimsə zəng etməsin deyə söndürdüyünü, bundan sonra hava gəmisinə minmək üçün qeydiyyatdan keçdiyini və çantalarını baqaja verdiyini, yuxarıdakı minik zalına qalxan zaman hava limanının təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılaraq polis əməkdaşlarına təhvil verildiyini və onu polis şöbəsinə dəvət etdiklərini, telefonu X6 qaytardığını, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X7 26 iyun 2023-cü ildə X9 Limanının giriş hissəsindəki monitor yoxlaması yerində xidmətdə olarkən ona məxsus olan Redmi Note 8T markalı mobil telefonunu monitorun yanındakı stolun üstünə qoyduğunu, müəyyən vaxtdan sonra saat təxminən 00:35-də telefonunun olmadığını gördüyünü, bir müddət axtardıqdan sonra telefonu tapa bilmədiyini, sonra müşahidə kameralarına baxan zaman bir nəfər vətəndaşın monitor yoxlamasından keçərkən ona məxsus olan həmin mobil telefonu götürərək cibinə qoyduğunu gördüyünü, daha sonra həmin şəxsin Türkiyə Respublikası vətəndaşı Şəxs olduğunu müəyyən etdiklərini və Naxçıvan X1i tədbir görülməsi üçün müraciət etdiyini, Mahmut tərəfindən telefonunun ona qaytarıldığını, heç bir şikayət və tələbinin oğlmadığını, Mahmutla barışdığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 26 iyun 2023-cü il tarixli sərnişinin uçuşa buraxılmaması haqqında akta əsasən “Azal” marşrutu ilə Naxçıvan-Bakı 2258 nömrəli reyslə uçan sərnişin Şəxs oğurluqda şübhəli bilindiyi üçün reysdən çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixli, 642 nömrəli rəyə əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Redmi” markalı “Note 8T” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq orta bazar qiyməti təxminən 170.00 (yüz yetmiş) manat müəyyən olunmuşdur. İş materiallarında olan cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan məlum olur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində inzibati icraat başlanılması üçün qərarın surətinin X8 X11 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. 30 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X7 məhkəməyə ərizə təqdim edərək Şəxs ona məxsus olan Redmi Note 8T markalı mobil telefonunu ona qaytardığından onunla barışdığını, ondan heç bir tələbi olmadığını qeyd edərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. -227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eyni zamanda zərərçəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi, vurulmuş ziyanın ödənilməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar