Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-413/2023 31.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), subay, 3 uşaq atası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 31 avqust 2023-cü il tarixli, 102 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 31 avqust 2023-cü il tarixli, 013230 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-8842023 nömrəli, 24 noyabr 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş 24 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən 12 iyul 2021-ci il tarixdən hesablanmaqla 23 yanvar 2008-ci il tarixdə anadan olmuş X1, 05 fevral 2009-cu il tarixdə anadan olmuş X4 və 11 mart 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay 1 uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə isə üç uşaq üçün 330 (üç yüz otuz) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, uşaqların anası X2 ödənilməsi, müvəqqəti aliment tutulması barədə qərardad əsasında cavabdeh tərəfindən qətnamənin qəbul edildiyi, yəni 24 noyabr 2021-ci il tarixədək ödənilmiş aliment məbləği nəzərə alınması, Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(078)-884/2021 nömrəli müvəqqəti aliment tutulması barədə qərardadı ilə müəyyən edilmiş müvəqqəti alimentin tutulmasının ləğv edilməsi qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarla 25 noyabr 2021-ci il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-884/2021 nömrəli, 24 noyabr 2023-cü il tarixli qətnaməsi üzrə xx.xx.2021-ci il tarixdən hesablanmaqla bir uşaq üçün 110 (yüz on) manat olmaqla, üç uşaq üçün cəmi 330 (üç yüz otuz) manat aliment pulunu ödəməli olduğunu, 2023-cü ilin avqust ayı da daxil olmaqla aliment borcunun 4280 manat təşkil etdiyini, həmin icra sənədinin icraata qəbul edilməsinə dair icra məmuru tərəfindən qəbul edilmiş qərarın, tələbin könüllü icrası barədə bildirişin ona göndərildiyini, qərar və bildirişdə ona tələbin könüllü təmin edilməsinin təklif olunduğunu, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edildiyini, lakin imkanı olmadığı üçün və heç bir yerdə işləmədiyi üçün bu günədək tələbi tam təmin etmədiyini, işlə əlaqədar ona dəfələrlə icra sənədi üzrə tələbin tam təmin edilməsi üzrə xəbərdarlıq edildiyini, tələb təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edildiyini, hal hazırda tələbi təmin edilməsinə maddi imkanı olmadığını, növbəti ayın sonunadək hissə-hissə ödəyərək borcunu bağlayacağını, əməlindən peşman olduğunu bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-884/2021 nömrəli, 24 noyabr 2023cü il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 12 iyul 2021-ci il tarixdən hesablanmaqla 23 yanvar 2008-ci il tarixdə anadan olmuş X1, 05 fevral 2009-cu il tarixdə anadan olmuş X4 və 11 mart 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay 1 uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə isə üç uşaq üçün 330 (üç yüz otuz) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, uşaqların anası X2 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 25 noyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-884/2021 nömrəli, 24 noyabr 2023cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubları göndərilmişdir. Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan Şəhər Şöbəsinin xx.xx.2021-ci il tarixli, 02/988 nömrəli məktubundan aydın olur ki, Şəxs heç bir növ pensiya almır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2021-ci il tarixli, 02/338 nömrəli məktubundan aydın olur ki, Şəxs heç bir növ müavinət və təqaüd almır. Naxçıvan MR Dövlət Sosial Müdafiə X13 şəxsi Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş şöbəsinin xx.xx.2021-ci il tarixli 01/254 nömrəli məktubundan görünür ki, Şəxs Naxçıvan MR Dövlət Sosial Müdafiə X13 şəxsi Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş şöbəsində qeydiyyatda durmur. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, 04/541 nömrəli məktubundan görünür ki, Şəxs mülkiyyətində daşınmaz əmlak yoxdur. İş materiallarında olan 10 mart 2023-cü il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla xx xxx 1982-ci il tarixdə doğulmuş ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 31 avqust 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-413/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-413/2023
31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver