Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-416/2024 25.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx xxxxxxxx 1979-cu ildə Babək rayonu, Kültəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, 3 uşaq atası, natamam orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, Babək rayonu, Kültəpə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs 24 sentyabr 2024-cü il tarixdə saat 18:30 dəqiqədə idarə etdiyi Hyundai Accent minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri Ə.Əliyev küçəsi ilə Danyeri market istiqamətindən Naxçıvan Şəhər Məhkəməsi istiqamətinə hərəkət edərkən sola dönmə əməliyyatını yerinə yetirdən Hyundai İX35 markalı avtomobili vuraraq sağa çəkmiş, həmin an orta zolaqla hərəkət edən Naz Lifan markalı avtomobillə toqquşmuş və nəticədə Hyundai Accent minik markalı avtomobildə qabaq tərəfdə oturmuş sərnişin xx.xx.2007-ci il təvəllüdlü X6 xəsarət almışdır Yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat Naxçıvan Şəhər Polis İdarəsinin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitab”ında HKpi-866/24 nömrəli ilə qeydə alınmış, araşdırılma aparılaraq xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aparılan şəxs Şəxs göstərmişdir ki, hadisə zamanı maşını saxlaya bilməmişdir. Xərci sığorta qarşılamışdır. Qanuni qərar verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X6 göstərmişdir ki, Şəxs onun atasıdır. Hadisə zamanı bir az alnı yaralanmışdır. O da düzəlmişdir. Atasından şikayət yoxdur. Zərərçəkmiş şəxslər X7 və X5 məhkəməyə dəvət olunmuş, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş, lakin onlar tərəfindən işə baxılmasını təxirə salmaq barədə məhkəməyə hər hansı vəsatət təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə uyğun olaraq məhkəmə zərərçəkmiş şəxslər X3 və X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi vardır. Belə ki, Şəxs əməli işdə olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Məhkəmə edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, yol-nəqliyyat hadisəsi 24 sentyabr 2024-cü il tarixdə saat 18:30 dəqiqədə axşamçağı Naxçıvan şəhəri Ə.Əliyev küçəsində yol ayrıcında Danyeri marketin yaxınlığında, yaşayış məntəqəsində baş vermişdir. Yolun hərəkət hissəsi düzdür, asfaltbeton və qurudur. Naxçıvan şəhəri Ə.Əliyev küçəsində yol ayrıcında Danyeri marketin yaxınlığında hadisə olan yerdə avtomobiiərin hərəkətləri svetofor ilə nizamlanmır. Yol örtüyünün hər iki istiqamət üçün yolun ümumi eni 22,10 metrdir, avtomobilin hərəkət etdiyi yolun hissəsinin eni 11,90 metr, hərəkət zolağının eni isə 3,50 metrdir. Naxçıvan şəhəri Ə.Əliyev küçəsindəki yolun hərəkət zolaqlarının sayı 6-dır. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün qoşa xətt çəkilmişdir. Yolayrıcında svetofor yoxdur. Naxçıvan şəhəri Ə.Əliyev küçəsində yol ayrıcında Danyeri marketin yaxınlığında, hərəkət hissəsində üfuqi nişanlama xətləri mövcuddur. Hərəkət hissəsinə sağdan köbə daşları, səki və yol ayrıcı birləşir ki, köbə daşlarının hündürlüyü 2,5 sm, səkinin uzunluğu isə 5,90 metrdir. Soldan da yolun kənarlarında köbə daşları, avtobus dayanacağı və səki var, səkinin uzunluğu isə 2,7 metrdir. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun sağında yaşayış binaları yerləşir. Yolun solunda isə həyət evləri, iaşə obyektləri yerləşir. Yol gecə vaxtı Naxçıvan şəhər küçə işıqları vasitəsilə işıqlandırılır. Sürücü avtomobili idarə edərkən görünüş məsafəsi 100 metrdir. X9 LF 7185-720 minik markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobil, Hyundai Accent minik markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobil, Hyundai İX35 minik markalı **-BE-*** dövlət nömrə nişanlıdır. Avtomobillərin toqquşma yeri və ya yerləri, hərəkət hissəsinin kənarına və bir-birinə nəzərən koordinatları Hyundai Accent minik markalı **- BC-*** dövlət nömrə nişanlı avtomobil ilə arxadan hərəkət edərək qabaqda sol zolaqla hərəkət edib sola dönmək istəyən Hyundai İX35 minik markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobili arxadan vurmuşdur, daha sonra həmin avtomobil qəza keçirdiyi üçün sağ zolağa istiqamətlənmiş və sağ zolaqla hərəkət edən Naz Lifan LF 7185-720 minik markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və irəli gedərək dayanmışdır. İlkin toqquşma Hyundai İX35 minik markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobil hərəkət zolağında orta zolaqda baş vermişdir. Toqquşma yerindən ikinci toqquşma yerinə qədər məsafə 6,10 metrdir. Hyundai Accent minik markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobil ilə Naz Lifan LF 7185-720 minik markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobil arasında olmuşdur. Toqquşmadan sonra Naz Lifan LF 7185-720 minik markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobil 8,30 metr irəlidə sağ zolaqda dayanmışdır. Hyundai Accent minik markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobil isə 16,10 metr hərəkət edib dayanmışdır. Yol ayrıcının ümumi uzunluğu 8,40 metrdir. İkinci toqquşma yerindən Hyundai İX35 minik markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilin dayandığı yerə qədər məsafə isə 16,5 metrdir. İşıq dirəyinə qədər məsafə idə 19,20 metrdir. Nəqliyyat vasitələrinin hərəkət istiqaməti əlamətləri Naz Lifan LF 7185-720 minik markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobil toqquşmadan sonra yolun sağında zolaqda dayanmışdır. Həmin avtomobilin say tərəfi təkəri zədələnmişdir. Hyundai Accent minik markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobil toqquşmadan sonra yolun sağında zolaqda, Naz Lifan LF 7185-720 minik markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobildən qabaqda dayanmışdır. Həmin avtomobilin qabaq sol tərəfi və qabaq tərəfi zədələnmişdir. Hyundai İX35 minik markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobil toqquşmadan sonra əks istiqamətli yolda, yolun sağında zolaqda dayanmışdır. Həmin avtomobilin arxa tərəfi əzilmişdir. Avtomobillər ətrafdakı əşyalara, ağaclara, tikililərə toxunmamışdır. Hadisə yerində tormozlama izləri yoxdur. Araşdırma zamanı Hyundai Accent minik markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilin hadisə zamanı texniki cəhətdən saz vəziyyətdə olduğu, sürücüdən başqa avtomobilin salonunda bir sərnişinin olduğu və hadisə zamanı avtomobilin yüksüz vəziyyətdə olduğu müəyyən edilmişdir. Araşdırma zamanı Naz Lifan LF 7185-720 minik markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilin hadisə zamanı texniki cəhətdən saz vəziyyətdə olduğu, sürücüdən başqa avtomobilin salonunda bir sərnişinin olduğu və hadisə zamanı avtomobilin yüksüz vəziyyətdə olduğu müəyyən edilmişdir. Araşdırma zamanı Hyundai İX35 minik markalı **- BE-*** dövlət nömrə nişanlı avtomobilin hadisə zamanı texniki cəhətdən saz vəziyyətdə olduğu, sürücüdən başqa avtomobilin salonunda üç sərnişinin olduğu və hadisə zamanı avtomobilin yüksüz vəziyyətdə olduğu müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən alınmış xx.xx.2024-cü il tarixli 200 saylı ekspert rəyində göstərilmişdir ki, X8 yüngül bədən zərəri almışdır. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis kapitanı X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci (zərərcəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) maddəsinin tərkib əlamətləri mövcud olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış materialın Naxçıvan ŞPİ-nin DYPB-yə göndərilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə hesab edirəm ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-416/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-416/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver