Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-419/2024 14.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1995-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olub, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 4, ev 7 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs 24 oktyabr 2024-cü il tarixdə, gecə saatlarında etibarnamə ilə idarə etdiyi **-BF- *** dövlət nömrə nişanlı, Mercedes Benz C180 minik markalı avtomobillə Naxçıvan Regional “Asan Xidmət” Mərkəzinin yaxınlığında hərəkətdə olan zaman saxlanılmış, polis əməkdaşları ondan şübhələndikləri üçün tibbi yoxlamadan keçirilmiş, yoxlama nəticəsində onda TCA (trisiklik-antidepresant) müsbət aşkar olunduğu müəyyən edilmiş, 25 oktyabr 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 24 oktyabr 2024-cü il tarixdə, gecə saatlarında etibarnamə ilə idarə etdiyi **-BF-*** dövlət nömrə nişanlı, Mercedes Benz C180 minik markalı avtomobillə Naxçıvan Regional “Asan Xidmət” Mərkəzinin yaxınlığında hərəkətdə olan zaman Yol Patrul Xidmətinin əməkdaşları ilə ünsiyyətdə olan zaman onun hərəkətlərindən şübhələndikləri üçün onu könüllü narko-testdən keçməyə dəvət etmişlər. Könüllü razılıq vermis və əməkdaşlarla birlikdə dispanserdə testdən keçmişdir. Onda TCA (trisiklik-antidepresant) müsbət aşkarlanmışdır. Etdiyi əmələ görə peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333- 1.1-ci maddəsinin tərkibi vardır. Belə ki, Şəxs əməli işdə olan İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan İXP seriyalı, ******* nömrəli protokoldan aydın olur ki, Şəxs 24 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 tərəfindən 25 oktyabr 2024-cü il tarixdə verilmiş 1960 nömrəli məktuba əsasən, Şəxs 24 oktyabr 2024-cü il tarixdə dispanserdə narko-test vasitəsilə müayinə olunmuşdur. Şəxs TCA (trisiklik-antidepresant) müsbət aşkar olunmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 24 oktyabr 2024cü il tarixli, 471 nömrəli aktdan aydın olur ki, Şəxs TCA (trisiklik-antidepresant) müsbət aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd: Xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Belə ki, Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 tərəfindən 25 oktyabr 2024-cü il tarixdə verilmiş 1960 nömrəli məktubdan aydın olur ki, Şəxs TCA (trisiklikantidepresant) müsbət aşkar olunmuşdur. Bu halda həmin maddə tətbiq edilməli və şəxsin narkotik sərxoşluğu ilə avtonəqliyyat vasitəsindən istifadə etməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır (İXM-nin 32.1.1-ci maddəsi). İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə tənbeh məsələsinə gəldikdə hesab edir ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmaması, onun şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib, 600 (altı yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-419/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-419/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver