Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-42/2022 25.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, 22.09.1982-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, (FİN KOD: xxxxxxx) orta təhsilli, müvəqqəti işsiz, deməsinə görə əvvəllər məhkum olunmayan, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyi Naxçıvan Şəhər Polis İdarəsinin 1№-li Polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 25 aprel 2022-ci il tarixdə ünvan 2 ünvanda yaşayan zərərçəkmiş şəxs Quliyev X2 Şəhər Polis İdarəsinin 1 №-li Polis bölməsinə ərizə ilə müraciət edərək ərizəsində 25 aprel 2022-ci il tarixdə yaşadığı evdən özünəməxsus olan velosipedin oğurlandığını, onun velosipedinin tapılmasında köməklik göstərilməsini, velosipedini oğurlayan şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin 1 №-li Polis Bölməsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 25 aprel 2022-ci il tarixli, 009834 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında Naxçıvan şəhəri, İ.Ələkbərov küçəsi, döngə 3, ev 43 ünvanında yaşadığını, 25.04.2022-ci il tarixdə saat təqribən 02:30 radələrində Araz kafedən sərxoş halda çıxıb yaşadığı evə getdiyini, təzə dəyirman adlanan məhəllədə bir evin hasarının olmadığını, evdən işıq gəlmədiyini görüb həmin həyətə daxil olduğunu, həyətdə bir velosiped olduğunu görüb velosipedi götürərək sürə-sürə həmin evdən uzqlaşdığını, həmin velosipedi şəhərdə bir az sürdükdən sonra evə gətirdiyini, 25.04.2022-ci il tarixdə saat təqribən 10:30 radələrində telefonuna zəng gəldiyini və onu Polis Bölməsinə dəvət etdiklərini, onun da Polis Bölməsinə getdiyini və orada əməkdaşların ona etdiyi əməli bildirdiklərini, onu da etdiyi əməli səmimi etiraf edərək oğurladığı velosipedi öz sahibinə geri qaytardığını, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında işə gedib gəlməsi üçün keçən il özünə mikrorayon ərazisindən velosiped aldığını, 24.04.2022-ci il tarixdə velosipedi ilə şəhərdən evə gəlib velosipedi həyətin bir küncünə qoyduğunu, 25.04.2022-ci il tarixdə saat 09 radələrində işə getmək üçün velosipedi götürməyə getdiyini, velosipedin həyətdə olmadığını gördüyünü, həyətdə velosipedi axtarmağa başladığını, evdəkilərdən soruşduğunu, tapa bilmədiyini və velosipedin oğurlandığını bilib bu barədə Polis Bölməsinə müraciət etdiyini, Polis tərəfondən aparılan araşdırma nəticəsində velosipedinin Tahir tərəfindən oğurlanmasının aşkarlandığını, velosiped Tahir tərəfindən ona qaytarılsa da hazırda Tahiri bağışlamadığını, onunla barışmadığını, ondan şikayətçi olduğunu qeyd edərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 nömrəli sahə inzibati Ərazi Dairəsi Üzrə Nümayəndəlik tərəfindən 25 aprel 2022-ci il tarixli, 05/630 nömrəli arayışdan görünür ki, Şəxs həqiqətən də Naxçıvan şəhəri, İ.Ələkbərov küçəsi, döngə 3, ev 43 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Xəstəxanası Publik hüquqi şəxsi tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli, 70 nömrəli məktubun təsdiq olunmuş surətinə əsasən Şəxs 25 aprel 2022-ci il tarixdə xəstəxanada ambulator olaraq tibbi müayinədən keçmiş və ona “praktik sağlam” diaqnozu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər Şöbəsi tərəfindən verilmiş 25 aprel 2022-ci il-ci il tarixli, 305 nömrəli arayışdan görünür ki, Şəxs Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsində qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin PHŞ Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən verilmiş 25 aprel 2022-ci il-ci il tarixli, 110 nömrəli arayışdan görünür ki, Şəxs Naxçıvan Şəhər Məşğulluq Mərkəzində işsiz və iş axtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş materiallarına əlavə olunmuş 25 aprel 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 25 aprel 2022-ci il tarixdə saat 11:10-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. - 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatı, həmçinin zərərçəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbs etmənin əvvəli onun tutulduğu 25.04.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə işin hallarını, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət saymayaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 25 aprel 2022-ci il tarixdən, saat 11:10-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-42/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-42/2022
25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver