Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-421/2023 06.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1987-ci ildə Babək rayon, Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN KOD: xxxxxxx), orta təshilli, evli, 3 uşaq atası, işsiz, deməsinə görə əvvəllər məhkum olunmayan, Babək rayon, Cəhri qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 206-cı maddələri təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 04 sentyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan zərərçəkmiş şəxs X1 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək ərizəsində 1 nömrəli marşrutun sürücüsü olduğunu, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində öz marşrut xəttində hərəkət edərkən Cahan Ticarət Mərkəzinin dayanacağında tanımadığı bir şəxsin avtobusa mindiyini, hərəkət edərkən narahatlıq yaratdığını, o da sərnişindən bir neçə dəfə arxada əyləşməyini xahiş etdiyini, onun sözünə məhəl qoymayaraq 5 nömrəli məktəbin dayanacağında onu bir neçə dəfə yumruqla vurduğunu, sərnişinlərin həmin şəxsi uzaqlaşdıraraq avtobusdan endirdiklərini, onun düşüb getdiyini, özünün də sərnişinləri sonuncu dayanacağa apardıqdan sonra polis şöbəsinə müraciət etdiyini, ona kömək göstərilməsini və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 206-cı maddələri ilə 06 sentyabr 2023-cü il tarixli, 016176 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Babək rayon, Cəhri qəsəbəsində yaşadığını, təxminən 25 ildir ki Türkiyə Respublikasının İstanbul şəhərində yaşadığını, təxminən 22-23 avqust tarixlərində Naxçıvan şəhərinə gəldiyini, ailəsinin isə İstanbul şəhərində qaldığını, Naxçıvana bəzi sənədləri hazırlamaq üçün gəldiyini, sənədləri düzəltməklə əlaqədar olaraq 04 sentyabr 2023-cü il tarixdə Babək rayonuna getdiyini, sonra Cahan Ticarət Mərkəzinə qayıtdığını, oradan da 1 nömrəli marşruta mindiyini, Şahmat məktəbinin yanındakı duracaqdan enən zaman sürücünün həmin ərazidə qəflətən əyləci sıxdığını, özünün də Cahan Ticarət Mərkəzində olanda 1-2 bakal pivə içdiyini, marşrutda da əyləcin təsirindən özünü saxlaya bilmədiyini, qapıdan tutunduğunu və qapının çöl hissəsində olan günlüyü qopardığını, daha sonra sürücüyə günlüyü göstərdiyini və “xərci nədirsə verim” dediyini, sürücünün ona “özüm təmir edərəm” dediyini, sonra güzgünü şüşənin ön hissəsinə qoyaraq dayanacaqda düşdüyünü, daha sonra idman etmək üçün idman kompleksinə getdiyini, idman etmək üçün içəri daxil olan zaman mühafizəçinin onu qarşıladığını, ona idman etmək istədiyini bildirdiyini, “olmaz” deyə cavab verildiyini, ödənişi edəcəyini dediyini, ödənişləri ödəyib içəri daxil olduğunu, idmana başladığını, daha sonra həmin əraziyə polis əməkdaşlarının oraya gələrək onu polis idarəsinə dəvət etdiklərini, spirtli içki qəbul edibetməməsinin yoxlanılması üçün onu xəstəxanaya apardıqlarını, müayinə olunduqdan sonra içkili olduğunun aşkarlandığını, özünün avtobus sürücüsünü vurmadığını, sadəcə aralarında olan narazılığa görə onu itələdiyini, sonra X6 getdiklərini, narkotestdən keçmək üçün analiz götürüldüyünü, analiz verməyə heç bir narazılığının olmadığını, əvvəllər narkotik tərkibli dərmanlar istifadə etmədiyini, testin nəticəsinin müsbət çıxdığını, ancaq bunun necə olduğunu anlamadığını, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini, onu bağışlamasını istədiyini bildirərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında təqribən 10 ildir ki, 1 saylı marşurutda sürücü işlədiyini, Mercedes markalı, **-BJ-*** nömrə nişanlı mikroavtobusla Naxçıvan şəhərində Cahan Ticarət Mərkəzinin qarşısından Əliabada tərəfə saat 15:20 radələrində getdiyini, içəridə 12-14 nəfər sərnişin olduğunu, Cahan Ticarət Mərkəzinin qarşısında tanımadığı bir nəfər kişinin marşuruta mindiyini, sonradan həmin şəxsin adının Qəmbər olduğunu öyrəndiyini, Naxçıvan Şəhər Məhkəməsinin qarşısında olarkən özünün də, içəridəki sərnişinlərin də həmin şəxsə “yer vardır keç arxada otur, qapının ağzında durub içəriyə gələn havanın qarşısını tutma” dediklərini, əlini atıb qapının üzərində olan yağışlıqdan tutduğunu, ona “oradan tutma, bir azdan onu qıracaqsan” dediyini, həmin şəxsin onun sözlərinə əhəmiyyət vermədiyini, Ali Məhkəmənin yanına çatanda həmin şəxsin yağışlığı qırdığını, ona “qırdın ver get otur arxada” dediyini, onun da cavabında “saxla enim” dediyini, özünün də “dayanacaqda saxlayım en” dediyini, Hüseyn Cavidin məqbərəsinin yanındakı dayanacaqda salxayanda həmin şəxsin pulu üzünə çırparaq onun başından yumruq zərbələri vurmağa başladığını, sərnişinlərin gəlib onu mikroavtobusdan aşağı endirdiyini, marşrutu idarə edib sərnişinləri endirdiyini, ilk olaraq şikayət etmək üçün Naxçıvan Şəhər Polis İdarəsinə getdiyini, narahat olaraq, qayıdıb xəstəxanaya getdiyini, xəstəxanada təzyiqini ölçdüklərini, təzyiqinin çox qalxdığını, iynə vurduqlarını, bir az rahatlayandan sonra gedib həmin şəxslə bağlı şikayət ərizəsini verdiyini, həmin şəxsin sərxoş olduğunu, Qəmbəri bağışladığını, ondan şikayətçi olmadığını, onunla barışdıqlarını qeyd edərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında şahid X9 izahatında ərzaq almaq üçün Cahan Ticarət Mərkəzinə getdiyini, evə lazım olan ərzağı aldıqdan sonra evə qayıtmaq üçün 1 saylı marşruta mindiyini, içəri daxil olan zaman bir şəxs içkili vəziyyətdə qarşı tərəfdə dayandığını, sərnişinlərin “keç arxada əyləş” dediklərini, onun əhəmiyyət vermədiyini, sürücünün təkrar “keç arxa sıralarda əyləş, sərnişinlər narahat olur” dediyini, onun yenə əhəmiyyət vermədiyini, həmin şəxsin Ali Məhkəmənin önündə marşrutun yan şüşəsində olan günlüyü sındırdığını, sürücünün “qoy yerə” dediyini, həmin şəxsin isə “saxla, enirəm” dediyini, sürücü Hüseyn Cavidin ev muzeyinin önündə həmin şəxsin enməyi üçün saxladığını, həmin şəxs o zamanda pulu sürücünün üzünə çırparaq sürücünün başına yumruq zərbələri endirməyə başladığını, özünün və marşrutda olan sərnişinlərin həmin şəxsi uzaqlaşdırdıqlarını, həmin şəxsin adının Qəmbər olduğunu sonradan öyrəndiyini bildirdi. Məhkəmə iclasında şahid X16 izahatında 04 sentyabr 2023-cü il tarixdə Cahan Ticarət Mərkəzinin qarşısında 1 nömrəli marşruta mindiyini, sonra həmin marşruta bir nəfər şəxsin mindiyini, onun boş yer olduğu halda oturmadan ayaqda durduğunu, insanlara maneçilik törətdiyini, sərnişinlər və sürücünü ona dəfələrlə oturmasını bildirməsinə baxmayaraq onun yenə də ayaqda durduğunu, sonra Ali Məhkəmənin qarşısında həmin şəxsin pəncərədən əlini çölə çıxararaq pəncərənin günlüyünü qırdığını, sürücünün ona dəymə özüm düzəldərəm dediyini, həmin şəxsin sürücüdən maşını dayandırmasını özünün düşəcəyini bildirdiyini, sürücünün isə dayanacaqda dayanacağını bildirdiyini, həmin şəxsin dayanacaqda maşından enəndə pulu sürücü Mübarizin üzünə çırparaq onun yumruq atdığını, onu maşından endirdiklərini, onun oradan uzaqlaşdığını, sonradan həmin şəxsin Şəxs olduğunu öyrəndiyini bildirdi. İş materiallarında olan cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Hkpi-614/23 nömrəli toplanmış materialda cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci və 206-cı maddələri ilə inzibati qaydada icraat başlanılması qərara alınmışdır. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X13 tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli, 1243 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş bədən səthi üzərində sol gicgah nahiyəsində qançır, sol gözün konyuktivasında qansızma aşkar olunmuşdur. Göstərilən xəsarət küt əşyanın təsirindən törənmişdir. Xəsarətlərin yetirilmə müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Babək rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 sentyabr 2023-cü il tarixli, 2039 nömrəli arayışdan görünür ki, Şəxs Babək rayon Cəhri qəsəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Babək rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 sentyabr 2023-cü il tarixli, 2040 nömrəli arayışdan görünür ki, Şəxs ailə üzvləri: atası- X10, anası- X11, qardaşı- X5r. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 06 sentyabr 2023-cü il tarixli, 253 saylı ambulator məhkəmə narkoloji ekspertizasının rəyində qeyd olunmuşdur ki, Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Psixi və ya fiziki asılılıq olmadan narkotik və ya psixotrop maddə qəbulu istisna olunmur. xx.xx.2023-cü il tarixdə Y.Budaqov adına Naxçıvan MR Narkoloji Dispanserdə narkotestdən keçirilmiş və nəticə MDMA (metilendioksimetilamfetamin) müsbət aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Təcili X22 hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 193 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs həqiqətən də alkoqol şərxoşluğu vəziyyəti vardır və müayinənin nəticəsi 0.62 promildir. İş materiallarına əlavə olunmuş 05 sentyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 05 sentyabr 2023-cü il tarixdə saat 10:50-də inzibati qaydada tutulmuşdur. Zərərçəkmiş şəxs X4 məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bağışladığını və onunla barışdığını bildirib onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Hazırki inzibati xəta haqqında iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. -53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. -157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, şahidlərin izahatı, eyni zamanda zərərçəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, inzibati xəta haqqında iş üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə xitam verilməlidir. Hazırki inzibati xəta haqqında iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair hissədə məhkəmə aşağıdakıları qeyd edir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsini nəzərə alan məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi iş üzrə ağırlaşdırıcı haldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, işdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halı nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Məhkəmə hesab edir ki, cərimənin məbləği 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası cəriməyə dair hissədə Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-421/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-421/2023
06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver