Məhkəmə qərarları › İş №3(078)-421/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-421/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-421/2024 30.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İşdə cinayət əlamətləri olduğundan iş üzrə materiallar prokurora, tədqiqat və ya istintaq orqanına göndərilməsi haqqında) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abdulla oğlunun və tərcüməçi X1 iştirakı ilə, xx.xx.1971-ci ildə Türkiyə Respublikasının Batman şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında kirayə yaşayan Şəxs Abdulla oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında protokola görə Naxçıvan şəhər sakini X5 xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, Türkiyə Respublikasının vətəndaşı Cengiz adlı şəxsin "Mobi Home" telefon mağazasından flaşkart və mikrokartlar oğurladığını bildirmiş, bu məsələ ilə bağlı ona köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə araşdırılan HKpi-493/24 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər prokurorunun müavini Anar Həsənov tərəfindən cinayət işinin başlanılmasınm rədd edilməsi barədə qərarın ləğv dilməsi barədə qərarın ləğv edilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs Abdulla oğlunun “Mobi Home” mağazasından oğurladığı flaşkartların qiymətini müəyyən etmək üçün məhkəmə əmtəşiinaslıq ekspertizası təyin edilmişdir. xx.xx.2024-cü il tarixli 1044 saylı məhkəmə əmtəşiinaslıq ekspertizasının rəyində faktiki olaraq ortada olmayan 01 ədəd 256 GB yaddaş tutumu olan flaş kartın orta bazar qiyməti nəzəri qaydada təxminən 44,00 ( qırx dörd ) manat, 01 ədəd 64 GB yaddaş tutumu olan flaş kartın orta bazar qiyməti nəzəri qaydada təxminən 18,00 ( on səkkiz ) manat, 01 ədəd 16 GB yaddaş tutumu olan flaş kartın orta bazar qiyməti isə nəzəri qaydada təxminən 11,00 (on bir) manat müəyyən olunduğu qeyd olunmuşdur. Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis kapitanı X4 xx.xx.2024-cü il tarixdə material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Barəsində inzibati material olan Şəxs Abdulla oğlu məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Naxçıvan şəhəri Nizami küçəsində kirayə yaşayır. Şərur şəhərində yerləşən Elvin Şadlıq evində dönərçi işləyir. xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhərində yerləşən “Mobi Home” telefon mağazasına getmiş, həmin mağazadan flaşkart almaq istəmiş, mağazada flaşkartlara baxdıqdan sonra vitrində olan flaşkartlardan üç ədədini götürüb cibinə qoymuş, sonra isə mağazadan çıxıb getmişdir. Həmin mağazadan dəfələrlə telefon aksesuarları alıb. Hər dəfəsində də aldığı əşyaların pulunu verib. Oğurluq etdiyi zaman üzərində pul olmadığı üçün oğurlamaq qərarına gəlib. Həmin mağazadan oğurladığı flaşkartlar 256-lıq, 64-lük və 16-lıq olub. Zərərçəkmişin dediyi fikirlərlə razı deyil. Onu etmədiyi əməllə günahlandırır. O, ümumilikdə 73 manat dəyərində oğurluq edib. Əməlindən peşman olmuşdur və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında ünvan 2 ünvanında yaşayır. Naxçıvan şəhər H.Əliyev prospekti 30P ünvanında yerləşən ”Mobi Home** mağazasında müdiri işlədiyini, mağazada telefon və telefon aksesuarlarının satışını həyata keçirir. Həmin mağazada onların firmasına məxsus olan üzərində ”RB acs” sözü yazılmış müxtəlif ölçüdə flaşkart və mikrokartların satışını həyata keçirir. Son vaxtlar mağazada olan flaşkart, mikrokartların sayının azaldığını görmüş və mağazada olan mikrokartların və flaşkartların sayımını aparmışdır. Video görüntüyə baxdıqda Cengiz Özləmin oğlurluq etdiyi görünür. Kameranın çəkmədiyi yerdə də mağazanın satıcısı görüb. Ümimilikdə 14 ədəd müxtəlif ölçüdə və dəyərdə mikrokartların və flaşkartlar oğlulanıb. Malların maya dəyəri 540 manat, pərakəndə dəyəri 950 manat təşkil edir və o dəymiş ziyanı tələb edir. Polis İdarəsi tərəfindən araşdırılma aparılan zaman ona ekspert rəyi və İdarənin verdiyi qərarlar barədə məlumat verilməyib. Ona görə də o, maddi itkinin çox cüzi formada yəni 73 manat kimi göstərilməsindən xəbərsiz olub. Ona vurulmuş zərər 540 manatdır. O, araşdırılmanın yenidən aparılmasını tələb edir. Z.Nağıyev şikayətçi olduğunu bildirib qanuni qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 85-ci maddəsində qeyd edilir ki, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Zərərçəkmiş şəxs X5 verdiyi izahatında bildirmişdir ki, ona ümumilikdə 950 manat ziyan dəyib. Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis kapitanı X4 xx.xx.2024-cü il tarixdə material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Qərarda qeyd edilmişdir ki, Şəxs Abdulla oğlunun Naxçıvan şəhərində yerləşən “ Mobi Home ” mağazasından 03 ədəd falşkart oğurlamaqla həmin mağazanı işlədən X3 ümumilikdə 73 manat ziyan vurduğu sübuta yetirilmişdir. Lakin Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin qeyd hissəsinə əsasən, həmin Məcəllənin 177.1, 178.1 və 179.1 -ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu halda yarandığı göstərildiyindən X2 şikayət ərizəsi əsasında toplanmış HKpi-493/24 nömrəli material üzrə Şəxs Abdulla oğlunun əməlində cinayətin tərkib əlamətlərinin olmadığını nəzərə alaraq, onun barəsində cinayət işinin başlanılması rədd edilməli, Şəxs Abdulla oğlunun barəsində inzibati icraat başlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə qərar (qərardad) çıxarılır. Belə ki, Şəxs Abdulla oğlunun təqsirləndirildiyi maddə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci, yəni xırda talama maddəsidir. Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis kapitanı X4 xx.xx.2024-cü il tarixdə material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul qəbul edərkən yalnız Şəxs Abdulla oğlunun verdiyi izahat nəzərə alınmış, zərərçəkmiş şəxsin verdiyi ərizə də qeyd etdiyi 14 ədəd müxtəlif ölçüdə və dəyərdə mikrokartların və flaşkartların üçü barəsində qərar verb. Digər 11 ədəd müxtəlif ölçüdə və dəyərdə mikrokartların və flaşkartların oğurlanıb-oğurlanmaması barədə nə kimi tədbirlər görülməsi haqqında heç bir qeyd yoxdur. Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi tərəfindən ekspertiza təyin edilərkən də təkcə Şəxs Abdulla oğlunun verdiyi izahat əsas götürülüb ki, bununla da zərərçəkmiş şəxs X2 hüquqlarının pozulması ilə nəticələnib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixi qərarında da qeyd edilmişdir ki, istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abdulla oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına cinayət əlamətləri olduğundan xitam verilsin. Şəxs Abdulla oğlu tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətləri aşkar edildiyindən iş üzrə materiallar Naxçıvan Şəhər Prokurorluğuna və Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinə göndərilsin. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar