Məhkəmə qərarları › İş №3(078)-424/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-424/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-424/2023 07.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: 09 may 1984-cü il tarixdə Şərur rayonu, Qarabağlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, mənzil alqısatqısı ilə məşğul olan, ailəli, 3 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyat olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, 06 sentyabr 2023-cü il tarixdə Şəxs ictimai qaydanı pozmuş və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər, özünün və şahidlərin məhkəmədə verdiyi izahatları ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, 06 sentyabr 2023-cü il tarixdə, saat 08:40 radələrində Naxçıvan şəhəri, Heydər Əliyev prospektində Ali Məclisin qarşısından Sizin Market istiqamətində mülkiyyətində olan Hyundai markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman Heydər Əliyev muzeyinin sağ istiqamətindən yol kəsişməsinə KİA markalı avtomobilin gözləmədən yoluna çıxdığını, həmin şəxsə uca səslə siqnal verdiyini, yanında ötərək keçdiyini, sonra həmin şəxsin arxasınca düşdüyünü, maşını saxladığını, həmin qadın sürücünün onun maşınına yaxınlaşaraq ona nəsə deyərək getdiyini, onun arxasınca getdiyini, ona yaxınlaşdığını, nə etmək istədiyini soruşduğunu, onun kobudca rəftar etdiyini, yanındakı qızla çəkiliş etdiyini, özünün də onları çəkiliş etməyə başladığını, onun işlədiyi X4 dayandıqlarını, onlara çəkilişin yanlış olduğunu dediyini, etdiyi əməldən peşman olduğunu, qanuni qərar verilməsini xahiş etdi. X2 məhkəmədə şahid qismində verdiyi izahatında, 06 sentyabr 2023-cü il tarixdə iş yoldaşı X3 onun işə aparmaq üçün götürdüyünü, polisə zəng etdiklərini, bir şəxsin onları narahat etdiyini bildirdiyini, polis əməkdaşının şöbəyə gələrək şikayət edə bilərsiniz dediyini, həmin şəxsin onların arxasınca gəldiyini, çəkiliş etdiyini, Türkanın həmin şəxsin çəkilişinə etiraz etdiyini, həmin şəxsin uca səslə siz xanımlar bu cür hərəkətlərlə biz kişiləri əzirsiniz görün sizin başınıza nə oyun açacam, hamı məni tanıyır deyib maşına minib yüksək surətlə getdiyini, Türkandan nə olduğunu soruşduqda yolda avtomobil idarə edərəkən narazılıqlarının olduğunu dediyini, Polis İdarəsinə getdiklərini, ərizə yazdıqlarını bildirdi. X8 məhkəmədə şahid qismində verdiyi izahatında, 06 sentyabr 2023-cü il tarixdə səhər vaxtı işdə olduğu vaxt səs eşitdiyini, baxdıqda bir şəxsin xəstəxananın arxa tərəfində uca səslə danışaraq mobil telefonla çəkiliş etdiyini gördüyünü, sonra Türkanla mübahisə etdiklərini gördüyünü, həmin şəxsin uca səslə əl-qol hərəkətləri ilə görün başınıza oyun açacam, siz xanımlar bizi bu cür əzirsiniz deyib maşına minib getdiyini bildirdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs ictimai qaydanı pozmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. İş materiallarına əlavə olunmuş 06 sentyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 06 sentyabr 2023-cü il tarixdə, saat 16:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi etirafı, himayəsində üç uşağının olması və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini, xətanın xarakterini, inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları və şəxsin əmlak vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 75 (yetmiş beş) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar