Məhkəmə qərarları › İş №3(078)-425/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-425/2025

15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-425/2025 15.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), azərbaycanlı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə xx.xx.2025-ci il tarixli MN2103453 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə təqdim edilmişdir.

2. Protokoldan görünür ki, Qocayev X4 Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(078)-773/2024 saylı icra sənədi üzrə 1080.50 manat borcu və Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(078)-14/2025 saylı icra sənədi üzrə 500 manat inzibati cəriməni qərar qanuni qüvvəyə mindiyi vaxtdan icra etməmişdir Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

3. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 protokolu müdafiə etmiş və izahtında bildimişdir ki, yanvar ayında Şəxs xəbərdarlıq edilmişdir. Telefon vasitəsi ilə də əlaqə saxlanılmış, lakin ödəniş etməmiş buna görə də protokol tərtib olunmuşdur. X3 borcunu, həm də cəriməni ödəməsi barədə xəbərdarlıq olunmuşdur. Cəriməni ödəməsi bildirilmiş, əgər ödəniş olunmasa İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə protokol tərtib oluncağı bildirilmişdir. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq ödəniş olunmamışdır. 7-8 aydır icradan yayınır. Protokolun təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, yanvar ayından sonra Bakıya taksi fəaliyyəti ilə məşğul olmağa getmişdir. Burada olduğu zaman borcunu ödəməyə iş tapa bilməmişdir. Biraz pul yığmışdır ki, cəriməni ödəsin, lakin avtoqəza keçirmişdir. Bir müddət sonra 2-ci qəzanı keçirmiş və həmin qəza ilə bağlı barəsində şikayət ərizəsi var. Protokolun təmin edilməməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-1 və 529.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi tam sübuta yetirilir.

6. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli MN2103453 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qocayev X4 Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(078)-773/2024 saylı və xx.xx.2025-ci il tarixli 3(078)-14/2025 saylı icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir.

7. Belə ki, İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(078)-773/2024 saylı icra vərəqəsindən görünür ki, borclu Şəxs 1050 manat məbləğində pul və ödənilmiş 30.50 manat dövlət rüsumu tutularaq tələbkar X6 ödənilməlidir.

8. İş materiallarında olan 12 iyul 2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(078)-773/2024 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə Şəxs tələbin könüllü icrası haqqında bildirişi rəsmi şəkildə göndərilmişdir. Lakin, məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən qanunla müəyyən edilmiş əsaslar olmadan müvafiq borc ödənilməmişdir.

9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Şəxs borcu ödəməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Naxçıvan Şəhər İcra və X2 Müşfiq Musa oğlu tərəfindən yazılmış iltizamdan görünür ki, borcu tam şəkildə ödəməyə imkanının olmadığını, lakin növbəti aydan borcunu ödəyəcəyini bildirmişdir.

11. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(078)-14/2025 saylı icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə inzibati cərimə edilmişdir.

12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(078)-14/2025 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə Şəxs tələbin könüllü icrası haqqında bildirişi rəsmi şəkildə göndərilmişdir. Lakin, məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən qanunla müəyyən edilmiş əsaslar olmadan müvafiq borc ödənilməmişdir.

13. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(078)-773/2024 saylı icra sənədi üzrə borcu ödəmədiyi üçün Qocayev X4 Şəhər Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli 3(078)-14/2025 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Lakin, bundan sonra da Şəxs qeyd edilən icra sənədləri üzrə borclarını ödəməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir.

14. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur.

15. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

17. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

18. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

19. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır.

20. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

21. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

22. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır.

23. Həmin Məcəllənin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər.

24. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

25. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

26. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.

27. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-1 və 529.2-ci maddələri ilə təqsirli bilinməli, İXM-in 34.3-cü maddəsinə əsasən daha ağır sanksiyası olan həmin Məcəllənin 529.2-ci maddəsi ilə barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır.

28. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq,

QƏRARAALDİ:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək onun barəsində həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Naxçıvan şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan MR Ali Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar