Məhkəmə qərarları › İş №3(078)-427/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-427/2023

11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-427/2023 11.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3 iştirakları ilə, xx.xx.1987-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: 290U11L), subay, 1 uşaq atası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 11 sentyabr 2023-cü il tarixli, 106 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 11 sentyabr 2023-cü il tarixli, 015803 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-125/2019 nömrəli, 10 aprel 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş 10 aprel 2019-cu il tarixli icra sənədinə əsasən Şəxsdan 26 oktyabr 2018-ci il tarixdən hesablanmaqla 12 may 2016-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay sabit məbləğdə 130 (yüz otuz) manat alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarla 15 aprel 2019-cu il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-125/2019 nömrəli, 10 aprel 2019-cu il tarixli icra sənədi üzrə 26 oktyabr 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit məbləğdə bir uşaq üçün 130 (yüz otuz) manat miqdarında alimentin tutularaq 12 may 2016-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar X2 ödəməli olduğunu, həmin icra sənədinin icraata qəbul edilməsinə dair icra məmuru tərəfindən qəbul edilmiş qərarın, tələbin könüllü icrası barədə bildirişin onun qeydiyyatda olduğu ünvana göndərildiyini, qərar və bildirişdə ona tələbin könüllü təmin edilməsinin təklif olunduğunu, qardaşının ona həmin icra sənədi barədə məlumat verdiyini, özünün Türkiyə Respublikasında olduğunu, aliment təyin edildiyindən xəbəri olduğunu, ancaq ilk vaxtlar pandemiyaya görə ödəyə bilmədiyini, sonra isə imkanı normal olsa da tələbkara inanmadığı üçün alimenti ödəmədiyini, ödəyəcəyi halda gələcəkdə pulu almadığını bildirəcəyini düşündüyündən həmin pulu ödəmədiyini, özünün icra sənədini icra etmədiyi halda məsuliyyətə cəlb ediləcəyini bildiyini, ancaq yaranmış stres vəziyyəti ilə əlaqədar olaraq icra sənədini icra etmədiyini bildirərək ona vaxt verilməsini istədiyini, əməlindən peşman olduğunu, tezliklə icra sənədini icra edəcəyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X6 izahatında Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-125/2019 nömrəli, 10 aprel 2019-cu il tarixli icra sənədi üzrə 26 oktyabr 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit məbləğdə bir uşaq üçün 130 (yüz otuz) manat miqdarında alimentin tutularaq 12 may 2016-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar X2 ödəməli olduğunu, həmin icra sənədinin icraata qəbul edilməsinə dair icra məmuru tərəfindən qəbul edilmiş qərarın, tələbin könüllü icrası barədə bildirişin onun qeydiyyatda olduğu ünvana göndərildiyini, qərar və bildirişdə ona tələbin könüllü təmin edilməsinin təklif olunduğunu, lakin borclunun indiyə qədər heç bir ödəniş etmədiyini, onun 7670 (yeddi min altı yüz yetmiş) manat məbləğində borcu olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 12 aprel 2019-cu il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-125/2019 nömrəli, 10 aprel 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş 12 aprel 2019-cu il tarixli icra sənədinə əsasən 26 oktyabr 2018-ci il tarixdən hesablanmaqla 12 may 2016-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay sabit məbləğdə 130 (yüz otuz) manat alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 15 aprel 2019-cu il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-125/2019 nömrəli, 12 aprel 2019-cu il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2019-cu il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2021-ci il tarixli, 02/173 nömrəli məktubundan aydın olur ki, Şəxs heç bir növ müavinət və təqaüd almır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, 04/285 nömrəli məktubundan görünür ki, Şəxs mülkiyyətində daşınmaz əmlak yoxdur. Naxçıvan MR Daxili İşlər Nazirliyinin X13 İdarəsinnin xx.xx.2021-ci il tarixli, 1/406 nömrəli məktubundan aydın olur ki, Şəxs mülkiyyətində hərhansı bir avtonəqliyyat vasitəsi qeydiyyatda durmur. Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan Şəhər Şöbəsinin xx.xx.2021-ci il tarixli, 02/447 nömrəli məktubundan aydın olur ki, Şəxs heç bir növ pensiya almır. Naxçıvan MR Dövlət Sosial Müdafiə X12 şəxsi Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş şöbəsinin xx.xx.2023-cü il tarixli 01/139 nömrəli məktubundan görünür ki, Məmmədov X4 MR Dövlət Sosial Müdafiə X12 şəxsi Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş şöbəsində qeydiyyatda durmur. İş materiallarında olan 25 aprel 2019-cu il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla 17 dekabr 1987-ci il tarixdə doğulmuş Naxçıvan şəhəri, Nizami 38/32 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “axtarışda olan Şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə təhvil verilməsi barədə” aktın təsdiq olunmuş surətindən görünür ki, Naxçıvan şəhər Polis İdarəsi tərəfindən aparılan axtarış tədbirləri nəticəsində Şəxs yeri müəyyən edilərək Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar