Məhkəmə qərarları › İş №3(078)-428/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-428/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-428/2024 07.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Babək rayon Xətai kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyinə X11 X4 Polis Şöbəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN-nə X11 X4 Polis Şöbəsində tərtib olunmuş material 07 noyabr 2024-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş X4 Polis Şöbəsinin X1 inspektoru polis leytenantı X5 tərəfindən tərtib olunmuş 06 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə hava limanı ərazisində ictimai yerdə ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 06 noyabr 2024-cü ildə saat 19:00 radələrində Bakı şəhərinə getmək üçün Naxçıvan BHL-ya gəlmiş, X10 gəlməzdən əvvəl evdə spirtli içki qəbul etmişdir. X13 daxilində olan zaman içkili olduğu üçün uca səslə xoşagəlməz nalayiq ifadələr işlətmişdir. Hava Limanı əmakdaşları tərəfindən uzaqlaşdırılaraq çölə çıxarılmış, lakin o, içkili olduğu üçün yenədə öz hərəkətlərinə davam etmişdir. Bu hərəkəti kenardakı insanları narahat edirdi. Daha sonra polis əməkdaşları ona yaxınlaşaraq etdiyi əməlin qanun pozuntusu olduğunu bildirərək onu polis şöbəsinə gətirmişlər. Şəxsi problemləri olduğundan belə hərəkətə yol verib. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat verən Naxçıvan HNPŞ-nin İTB-nin polis nəfəri X3 oğlu bildirmişdir ki, 06 noyabr 2024-cü ildə saat 20:30-da Naxçıvan HNPŞ-nin İTBnin polis nəfəri polis baş serjantı X6 ilə birlikdə Naxçıvan BHL-da xidmətdə olduğu zaman 1 nəfər şəxsin hava limanının daxilində ucadan səs-küy salaraq nalayiq ifadələrdən istifadə edərək insanları narahat etdiyini və ictimai qaydanı pozduğunu aşkar etmişlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və ona etdiyi əməlin qanun pozuntusu olduğunu bildirmişlər. Həmin şəxsin hərəkətlərindən onun sərxoş olduğu hiss edilirdi. Bundan sonra həmin şəxsi polis şöbəsinə dəvət etmiş və Polis şöbəsində həmin şəxsin Şəxs olduğu aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən Naxçıvan HNPŞ-nin İTB-nin polis nəfəri X6 izahatında X2 verdiyi izahata oxşar izahat verərək göstərilənləri bir daha təsdiq etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 06 noyabr 2024-cü il tarixdə saat 20:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, 06 noyabr 2024-cü ildə saat 20:30-da X1 polis nəfəri, polis baş serjantı X3 ilə birlikdə X7 Limanında xidmətdə olduğum zaman bir nəfər şəxsin Hava Limanının daxilində ucadan səs-küy salaraq nalayiq ifadələr işlədərək vətəndaşları narahat etməsini aşkar etdiyimizdən, həmin şəxsə yaxınlaşaraq özümüzü təqdim etməklə əməlinin inzibati xəta pozuntusu olmasını şəxsə izah etdikdən sonra şəxsin barəsində araşdırma aparılması üçün polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsində həmin şəxsin xx.xx.1974-cü il təvəllüdlü ünvan 2 ünvanda yaşayan Şəxs olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən hal inzibati xəta törətmiş şəxsin əməlindən peşman olmasıdır. İş üzrə məsuliyyəti ağırlaşdırılan yoxdur. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində 75 (yetmiş beş) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar