Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-43/2023 27.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, subay, fərdi işlə məşğul olan, Naxçıvan şəhəri, Hacıniyyət kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 27 yanvar 2023-cü il tarixli, 13 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 27 yanvar 2023-cü il tarixli, 012267 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-719/2020 nömrəli, 18 sentyabr 2020-ci il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 299.67 (iki yüz doxsan doqquz manat altmış yeddi qəpik) manat əsas borc, 51.48 (əlli bir manat qırx səkkiz qəpik) manat faiz borcu, 0.19 (on doqquz qəpik) manat cərimə borcu və 0.10 (on) manat komisyon haqqı olmaqla , cəmi 351.44 (üç yüz əlli bir manat qırx dörd qəpik) manat məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzinin "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 785/2020 nömrəli, 18 oktyabr 2020-ci il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2019-cu il tarixli 12748sMDK/19 saylı kredit müqaviləsinə əsasən 729.32 (yeddi yüz iyirmi doqquz otuz iki qəpik) manat əsas, 107.49 (bir yüz yeddi manat qırx doqquz qəpik) manat faiz, 1.32 (bir manat otuz iki qəpik) manat cərimə olmaqla, cəmi 901.13 (doqquz yüz bir manat on üç qəpik) manat məbləğində borcun "xxxx" KB ASC-nin xeyrinə tutulması və "xxxx" KB ASC tərəfindən xx.xx.2020-ci il tarixdə 07 nömrəli ödəniş tapşırığı ilə “X2” ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-834/2020 nömrəli, 19 noyabr 2020-ci il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 640.45 (altı yüz qırx manat qırx beş qəpik) manat əsas borc, 98.39 (doxsan səkkiz manat otuz doqquz qəpik) manat faiz borcu, 71.48 (yetmiş bir manat qırx səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 810.32 (səkkiz yüz on manat otuz iki qəpik) manat məbləğində kredit borcu "xxxx" ASC-nin xeyrinə tutulması və "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə Hökumət ödəniş portalına ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət olunmuşdur. İş üzrə icraata başlamaq haqqında qərarla xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin müvafiq məktublarla göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarlarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs izahatında Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-719/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-785/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 834/2020 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərinə əsasən 931.13 manat və 371.44 manat pul vəsaiti tutularaq "xxxx" KB ASC-nin, 840.32 manat pul vəsaitinin tutularaq "xxxx" ASC-nin xeyrinə ödəməli olduğunu, həmin icra sənədlərinin icraata qəbul edilməsinə dair icra məmuru tərəfindən qəbul edilmiş qərar, tələbin könüllü icrası barədə bildirişlə ona göndərildiyini, qərar və bildirişdə ona tələbin könüllü təmin edilməsinin təklif olunduğunu, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edildiyini, lakin işsizliyi ilə əlaqədar borcundan ödəniş edə bilmədiyini, barəsində olan icra işi ilə əlaqədar ona dəfələrlə tələbin təmin edilməsi üçün telefon vasitəsilə əlaqə yaradıldığını, tələb təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edildiyini, əməlindən peşman olduğunu bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 06 noyabr 2020-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-719/2020 nömrəli, 18 sentyabr 2020-ci il tarixli qətnaməsi əsasında verilmiş 06 noyabr 2020-ci il il tarixli icra vərəqəsinə əsasən Şəxs 299.67 (iki yüz doxsan doqquz manat altmış yeddi qəpik) manat əsas borc, 51.48 (əlli bir manat qırx səkkiz qəpik) manat faiz borcu, 0.19 (on doqquz qəpik) manat cərimə borcu və 0.10 (on) manat komisyon haqqı olmaqla , cəmi 351.44 (üç yüz əlli bir manat qırx dörd qəpik) manat məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-719/2019 nömrəli, 06 noyabr 2020-ci il tarixli icra vərəqəsi üzrə üzrə icraata başlanmışdır. İş materiallarına əlavə olunmuş 04 dekabr 2020-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-785/2020 nömrəli, 16 oktyabr 2020-ci il tarixli qətnaməsi əsasında verilmiş 04 dekabr 2020-ci il il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2019-cu il tarixli 12748sMDK/19 saylı kredit müqaviləsinə əsasən 729.32 (yeddi yüz iyirmi doqquz otuz iki qəpik) manat əsas, 107.49 (bir yüz yeddi manat qırx doqquz qəpik) manat faiz, 1.32 (bir manat otuz iki qəpik) manat cərimə olmaqla, cəmi 901.13 (doqquz yüz bir manat on üç qəpik) manat məbləğində borcun "xxxx" KB ASC-nin xeyrinə tutulması və "xxxx" KB ASC tərəfindən xx.xx.2020-ci il tarixdə 07 nömrəli ödəniş tapşırığı ilə “X2” ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-785/2020 nömrəli, 04 dekabr 2020-ci il tarixli icra vərəqəsi üzrə üzrə icraata başlanmışdır. İş materiallarına əlavə olunmuş 07 yanvar 2021-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-834/2020 nömrəli, noyabr 2020-ci il tarixli qətnaməsi əsasında verilmiş 07 yanvar 2021-ci il il tarixli icra vərəqəsinə əsasən Şəxs 640.45 (altı yüz qırx manat qırx beş qəpik) manat əsas borc, 98.39 (doxsan səkkiz manat otuz doqquz qəpik) manat faiz borcu, 71.48 (yetmiş bir manat qırx səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 810.32 (səkkiz yüz on manat otuz iki qəpik) manat məbləğində kredit borcu "xxxx" ASC-nin xeyrinə tutulması və "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə Hökumət ödəniş portalna ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-834/2020 nömrəli, 07 yanvar 2021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə tələbin könüllü icrası haqqında bildirişlər, xx.xx.2021-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. Borclunun axtarılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Naxçıvan Şəhər Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2020-ci il tarixli, 02/502 nömrəli məktubundan məlum olur ki, Şəxs heç bir növ müavinət və təqaüd almır. İş materiallarına əlavə olunmuş NMR xəstəxanası publik hüquqi şəxs tərəfindən 27 yanvar 2023-cü il tarixdə verilmiş, 54 nömrəli icbari tibbi müayinə vərəqəsinin təsdiq olunmuş surətinə əsasən Şəxs “praktik sağlam” olduğu aydın olur. Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan Şəhər Şöbəsinin xx.xx.2020ci il tarixli, 02/1043 nömrəli məktubundan aydın olur ki, Şəxs şöbədə qeydiyyatda durmur və heç bir növ pensiya almır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 25 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, Şəxs mülkiyyətində heç bir daşınmaz əmlak yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı və zərərçəkmiş şəxsin izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 27 yanvar 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-43/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-43/2023
27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver