Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-432/2024 14.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.2003-cü ildə Naxçıvan şəhərində anadan olmuş FİN: xxxxxxx, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olub ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Protokola əsasən xx.xx.2024-cü il tarixdə saat 12:45 dəqiqədə Naxçıvan şəhəri Azadlıq küçəsi ilə Əlincə məhəlləsinin kəsişməsindəki yolayrıcında X3 idarə etdiyi özünə məxsus Mercedes Benz C180 minik markalı 75- BM-846 dövlət qeydiyyat nişanlı avtomobillə Şəxs etibarnamə əsasında idarə etdiyi X4 məxsus Sepigan YF 200 Motosikl markalı 75-A-213 dövlət qeydiyyat nişanlı üç təkərli motosiklet toqquşmuş və hadisə nəticəsində motosikletin sürücüsü Şəxs xəsarət almışdır. Araşdırma zamanı xx.xx.2024-cü il tarixdə saat 12:45 dəqiqədə Şəxs sürücülük hüququ olmadan etibarnamə əsasında idarə etdiyi X4 məxsus Sepigan YF 200 Motosikl markalı 75-A-213 dövlət qeydiyyat nişanlı üç təkərli motosikletlə Naxçıvan şəhəri Azadlıq küçəsi ilə Maşın Bazarı istiqamətindən Naxçıvan Hərbi Kolleci istiqamətində hərəkətdə olduğu, Şəxs idarə etdiyi motosikletlə Azadlıq küçəsi ilə Əlincə məhəlləsinin kəsişməsindəki yolayrıcına yaxınlaşıb düzünə hərəkət etmək istəyən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin (Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi) tələblərini pozduğu, həmin vaxtı X2 idarə etdiyi özünə məxsus Mercedes Benz C180 minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Əlincə məhəlləsində ikinci dərəcəli yolla hərəkət edib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (Üstünlük nişanları) tələblərini pozaraq yolayrıcına daxil olduğu və qeyd edilən nəqliyyat vasitələrinin həmin yolayrıcında toqquşduğu, hadisə nəticəsində avtomobilin sürücüsü İlkanə Əsgərovanın heç bir xəsarət almadığı, motosikletin sürücüsü Şəxs xəsarət aldığı və onun Naxçıvan MR Xəstəxanasına aparıldığı müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin yol-nəqliyyat hadisəsi Naxçıvan şəhəri Azadlıq küçəsi ilə Əlincə məhəlləsinin kəsişməsindəki yolayrıcında, yaşayış məntəqəsində baş vermişdir. Həmin yolda sürət həddi 3.24 yol nişanı ilə 50 km/saat müəyyən edilmişdir. Əlincə məhəlləsində yolayrıcının qarşısında 2.4 (Yol verin) yol nişanı quraşdırılmışdır. Araşdırma zamanı sürücülər Şəxs və X1 olub-olmamalarım müəyyən etmək məqsədi ilə onlar müayinə edilmiş və hər iki sürücünün sərxoş olmadığı müəyyən edilmişdir. Araşdırma zamanı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən 02 oktyabr 2024-cü il tarixli məktubla daxil olmuş 210 saylı ekspert rəyində vətəndaş Şəxs sol bazusunda sıyrığın, sol budundahematomanın bərk küt əşyanın təsirindən törəndiyi, eləcə də yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bildiyi, xəsarətlərin yetirilmə müddətinin müayinədən 2-3 gün əvvələ uyğun gəldiyi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid xəsarət olduğu göstərilmişdir. Araşdırma zamanı Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 25 oktyabr 2024-cü il tarixli 1256 saylı ekspert rəyində Mercedes Benz C180 minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 Yol verin üstünlük) yol nişanının tələblərinə uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu, həmin maddənin tələblərinə əsasən üstünlük nişanlarının yolayrıcılarım, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərdiyi, 2.4 “Yol verin” üstünlük nişanının tələblərinə əsasən sürücünün kəsişən yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğu, Sepigan YF 200 Motosikl markalı 75-A-213 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin (Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi) tələblərinə uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu, həmin maddənin tələblərinə əsasən sürücünün hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməli olduğu göstərilmişdir. Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin 25 oktyabr 2024-cü il tarixli material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı ilə HKpb-294/24 №-li material üzrə sürücü X2 barəsində cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində 14 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində baş etibarnamə ilə idarə etdiyi SEPİGAN YF 200 Motosikl markalı 75-A- 213 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Naxçıvan şəhəri Əlincə məhəlləsi ilə üzü avtomobil bazarından baş yolla Naxçıvan Hərbi Kolleci istiqamətində hərəkətdə olan zaman Avtomobil bazarının alt çıxş hissəsindən bir avtomobilin yola çıxdığını görmüşdür. Həmin avtomobil onun hərəkətdə olduğu ikinci orta zolağa daxil oldu. O avtomobili görən kimi əyləcə basdı, lakin əyləcə bassa da motosikl dayanmadı. Həmin avtomobili vurmamaq üçün motosiklin hərəkət istiqamətini dəyişərək sağ 1-ci zolağa keçmiş və toqquşma hadisəsi baş vermişdi. Toqquşma həmin avtomobilin sol arxa yan tərəfi ilə idarə etdiyi motosiklin sol yan port hissəsi arasında oldu. Avtomobillə toqquşduqdan sonra irəlidə olan yeraltı piyada keçidinin çıxış hissəsinə dəyib. Həmin zaman motosiklin üzərindən sol tərəf üstə yerə yıxılıb. Avtomobilin sürücüsü yanına gəlmiş, sonra X9 avtomobili oraya gələrək onu xəstəxanaya aparmışlar. Hadisə zamanı sürəti 40 km/saat idi. Təxminən 10 metr məsafə olardı ki, həmin avtomobil onun hərəkət zolağına çıxdı. Yer quru və üfüqi idi, ətraf şəhər elektrik işığı ilə işıqlandırılmışdır. O, yaxın işıqlarda hərəkət edirdi. Hadisə zamanı görmə məsafəsi təxminən 100 metr idi. Haqqında inzibati protokol tərtib edilmişdir. Əməlini etiraf edir, peşmandır. Ailə vəziyyətini nəzərə alıb ona həbslə bağlı olmayan tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində özünə məxsus olan Mercedes Benz C180 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Naxçıvan şəhəri Əlincə məhəlləsi ilə Avtomobil bazarının alt hissəsindən baş yola çıxmaq üçün gözləmiş, avtomobili bir qədər irəli sürərək yolun boş olub-olmadığına baxmışdı. Həmin zaman o, birinci hərəkət zolağında dayanmışdı. Bu zaman ikinci orta zolaqla X7 istiqamətindən üzü Hərbi Kollec istiqamətində hərəkətdə olan motosiklin gəldiyini görmüşdür. Həmin motosikl istiqamətini dəyişərək birinci sağ zolağa keçdi. Həmin zaman motosikl sürücüsü onun üstünə gəlirdi. Motosikl rolu döndərdi və onun avtomobilin sol arxa yan tərəfindən vurdu. Dərhal avtomobildən aşağı enmişdir. Motosiklin sürücü yol kənarında olan reşotqanın yanında uzanılı vəziyyətdə idi. O, dərhal 103 xidmətinə zəng edərək kömək çağırıb. Hadisə zamanı 1-ci zolaqda hərəkətsiz formada dayanmışdı. Təxminən 40 metr məsafə olardı ki, həmin motosiklin 2-ci zolaqla və onun yanında olan bir VAZ 2107 markalı avtomobilin sağ zolaqla gəldiyini görüb. Hadisə zamanı avtomobildə anası Südabə Kazımova, gəlinləri Gülnarə Kazımova, övladları Məhəmməd və Əli var idi. Heç biri xəsarət almayıb. Onun heç bir tələb və şikayəti yoxdur. Qeyd edilənlərin nəzərə alınıb qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkibi vardır. Şəxs əməli işdə olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Naxçıvan MR Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 1256 nömrəli rəyindən aydın olur ki, Mercedes Benz C180 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin hissəsinin (2.4 "Yol verin” üstünlük yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən, üstünlük nişanları yolayrıclarını, yolun həm hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsi eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini gös 2.4 «Yol verin» üstünlük yol nişanının tələblərinə əsasən sürücü kəsişən yolia hər edən nəqliyyat vasitələrinə yol verməlidir. SEPİGAN YF 200 markalı 75 A 213 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsir tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etmədiyindən hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin mäddənin tələblərinə əsasən, sürücü hərəkət üçün təhlükə yarandığı gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. xx.xx.2024-cü il tarixli tibbi arayışdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 0924 radələrində Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsin Təcili yardım şöbəsinə “Sol yuxarı ətrafda ağrı” - diaqnozu ilə daxil olmuş, rentgen müayinəsi olunmuş, sümüklərdə patoloji dəyişiklik aşkar edilmədiyindən həmin gün saat 1020 radələrində evə yazılmışdır. xx.xx.2024-cü il tarixli qaimə-fakturaya görə Mercedes Benz C180 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 1190 manat təşkil edir. xx.xx.2024-cü il tarixli qaimə-fakturaya görə SEPİGAN YF 200 markalı 75 A 213 dövlət qeydiyyat nişanlı motosikletə dəymiş zərər ümumilikdə 1110 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə əzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 332.4cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı dispozitiv şərtləri özündə ehtiva edir. Həmin maddənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.3-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə məhkəmə hesab edir ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlirə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında cərimə edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-432/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-432/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver