Məhkəmə qərarları › İş №3(078)-434/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-434/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-434/2024 25.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:45 dəqiqədə Naxçıvan şəhəri Azadlıq küçəsi ilə Əlincə məhəlləsinin kəsişməsindəki yolayrıcında idarə etdiyi özünəməxsus Mercedes Benz C180 minik markalı 75- BM-846 dövlət qeydiyyat nişanlı avtomobillə X3 etibarnamə əsasında idarə etdiyi X4 məxsus Sepigan YF 200 Motosikl markalı 75-A-213 dövlət qeydiyyat nişanlı üç təkərli motosiklet toqquşmuş və hadisə nəticəsində motosikletin sürücüsü Rəmzi Babayev xəsarət almışdır. Yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat Naxçıvan Şəhər Polis İdarəsinin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitab”ında HKpb-294/24 nömrəli ilə qeydə alınmış, araşdırılma aparılaraq xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, mikrorayonda 9 mərtəbənin qabağında arakəsmə ilə gələn zaman qarşı tərəfdən motosiklet gəlirdi. Sağ tərəfdən də 07 gəlirdi. İdarəetmədə özünü itirmişdir, zərərçəkmiş şəxsin dönəcəyini düşünmüşdür. Ona görə hadisə baş vermişdir. Qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs X5 göstərmişdir ki, vəziyyəti normaldır. Şikayəti yoxdur. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi vardır. Belə ki, Şəxs əməli işdə olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Məhkəmə edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12:45 dəqiqədə X1 hüququ olmadan etibarnamə əsasında idarə etdiyi X4 məxsus Sepigan YF 200 Motosikl markalı 75-A-213 dövlət qeydiyyat nişanlı üç təkərli motosikletlə Naxçıvan şəhəri Azadlıq küçəsi ilə Maşın Bazarı istiqamətindən Naxçıvan Hərbi Kolleci istiqamətində hərəkətdə olduğu, Rəmzi Babayevin idarə etdiyi motosikletlə Azadlıq küçəsi ilə Əlincə məhəlləsinin kəsişməsindəki yolayrıcına yaxınlaşıb düzünə hərəkət etmək istəyən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin (Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi) tələblərini pozduğu, həmin vaxtı Şəxs idarə etdiyi özünə məxsus Mercedes Benz C180 minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Əlincə məhəlləsində ikinci dərəcəli yolla hərəkət edib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (Üstünlük nişanları) tələblərini pozaraq yolayrıcına daxil olduğu və qeyd edilən nəqliyyat vasitələrinin həmin yolayrıcında toqquşduğu, hadisə nəticəsində avtomobilin sürücüsü Şəxs heç bir xəsarət almadığı, motosikletin sürücüsü Rəmzi Babayevin xəsarət aldığı və onun Naxçıvan MR Xəstəxanasına aparıldığı müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin yol-nəqliyyat hadisəsi Naxçıvan şəhəri Azadlıq küçəsi ilə Əlincə məhəlləsinin kəsişməsindəki yolayrıcında, yaşayış məntəqəsində baş vermişdir. Həmin yolda sürət həddi 3.24 yol nişanı ilə 50 km/saat müəyyən edilmişdir. Əlincə məhəlləsində yolayrıcının qarşısında 2.4 (Yol verin) yol nişanı quraşdırılmışdır. Araşdırma zamanı sürücülər X3 və Şəxs sərxoş olub-olmamalarını müəyyən etmək məqsədilə onlar müayinə edilmiş və hər iki sürücünün sərxoş olmadığı müəyyən edilmişdir. Araşdırma zamanı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən 02 oktyabr 2024-cü il tarixli məktubla daxil olmuş 210 saylı ekspert rəyində vətəndaş X2 bazusunda sıyrığın, sol budunda hematomanın bərk küt əşyanın təsirindən törəndiyi, eləcə də yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bildiyi, xəsarətlərin yetirilmə müddətinin müayinədən 2-3 gün əvvələ uyğun gəldiyi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət olduğu göstərilmişdir. Araşdırma zamanı Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 25 oktyabr 2024-cü il tarixli 1256 saylı ekspert rəyində Mercedes Benz C180 minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 Yol verin üstünlük) yol nişanının tələblərinə uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu, həmin maddənin tələblərinə əsasən üstünlük nişanlarının yolayrıcılarım, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərdiyi, 2.4 “Yol verin” üstünlük nişanının tələblərinə əsasən sürücünün kəsişən yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğu, Sepigan YF 200 Motosikl markalı 75-A-213 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin (Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi) tələblərinə uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu, həmin maddənin tələblərinə əsasən sürücünün hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməli olduğu göstərilmişdir. Beləliklə, toplanmış materiallara görə Mercedes Benz C180 minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 Yol verin üstünlük) və Sepigan YF 200 Motosikl markalı 75-A-213 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü X1 hüququ olmadan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin (Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi) tələblərini pozaraq törətdikləri yol-nəqliyyat hadisəsi nəticəsində motosikletin sürücüsü Rəmzi Babayevin sağlamlığına yüngül xəsarət yetirilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Nicad Babayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci (zərərcəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) maddəsinin tərkib əlamətləri mövcud olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış materialın Naxçıvan ŞPİ-nin DYPB-yə göndərilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə hesab edirəm ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar