Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-436/2025 23.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 iştirakları ilə, xx.xx.1984-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), evli, 3 uşaq atası, usta işləyən, Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 18, mənzil 8-9-11 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 23 sentyabr 2025-ci il tarixli, 181323/2017 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 23 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-482/2017 saylı, 08 may 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş 13 iyun 2017-ci il tarixli icra sənədinə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 26 sentyabr 2012-ci il tarixli, 2(078)-213/2012 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 13 iyun 2007-ci il təvəllüdlü X4 və 31 dekabr 2009-cu il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün Şəxs hər ay bir uşağa 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq X8 verilməsi və Şəxs 30 (otuz) manat dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1020/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli qətnaməsi əsasında verilmiş 02 sentyabr 2024-cü il tarixli icra sənədinə əsasən 22 aprel 2021-ci il tarixli, 244 nömrəli müqavilə üzrə 220 (iki yüz iyirmi) manat əsas borc, 11 (on bir) manat cərimə borcu olmaqla, ümumilikdə 231 (iki yüz otuz bir) manat məbləğində pulun cavabdeh Şəxs tutularaq “İnternet-2007" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi və iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 27.72 (iyirmi yeddi manat yetmiş iki qəpik) manat hissəsinin cavabdeh Şəxs alınaraq iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri 54 saylı notariat ofisinin 8İ-28939 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydində Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X2 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən AZ1075, ünvan 1 ünvanında yerləşən Bank Olmayan Kredit X14 Məsuliyyətli Cəmiyyətinin VÖEN:**********/ xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs (AA*******, xx.xx.2022 - Naxçıvan ŞPİ QvŞV bölməsi; FİN: xxxxxxx; d/t: xx.xx.1984) müddət üçün vaxtında ödənilməmiş 66 manat 80 qəpik (altmış altı manat səksən qəpik) tutulması və borclu Şəxs 38 manat 20 qəpik (otuz səkkiz manat iyirmi qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat 00 qəpik (beş manat sıfır qəpik) olmaqla cəmi 135 manat 00 qəpik (yüz otuz beş manat sıfır qəpik) pul tutulmasını təklif etməsi aydın olur. İş üzrə icraata başlamaq haqqında qərarlarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişlərin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında oktyabr ayının sonunadək bütün borclarını ödəyəcəyini, aliment borcunun 6852 manat olduğunu, may ayında ödəniş etdiyini, 300 manat ödəniş etdiyini, 200 manat borcunu, 100 manat da alimenti ödədiyini, alimentdə artım olduğunu, 04 mart 2025-ci il tarixdə inzibati qaydada həbs edildiyini, ondan sonra borcundan ödəmədiyini, əməlindən peşman olduğunu bildirərək barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9 izahatında şəxsin icra sənədlərini lazımi qaydada icra etmədiyini, şəxsin 04 mart 2025ci il tarixdə inzibati qaydada həbs edildiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 13 iyun 2017-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-482/2017 saylı, 08 may 2017-ci il tarixli qətnaməsinə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 26 sentyabr 2012-ci il tarixli, 2(078)-213/2012 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 13 iyun 2007-ci il təvəllüdlü X4 və 31 dekabr 2009-cu il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün Şəxs hər ay bir uşağa 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq X8 verilməsi və Şəxs 30 (otuz) manat dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-482/2017 saylı, 13 iyun 2017-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 13 iyun 2017-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 8(078)-50/2025 nömrəli qərardadından görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 08 may 2017-ci il tarixli, 2(078)-482/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunmasına dair maraqlı şəxs-tələbkar X5 ərizəsinin təmin edilməsi və Naxçıvan Şəhər Məhkəməsinin 08 may 2017-ci il tarixli, 2(078)-482/2017 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmamış 13 iyun 2007-ci il təvəllüdlü X4 və 31 dekabr 2009cu il təvəllüdlü X1 üçün qət edilmiş sabit məbləğdə hər ay bir uşaq üçün 100 (bir yüz) manat alimentin sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, ölkə üzrə hər uşaq üçün minimum əmək haqqının 0.86 misli miqdarında indeksasiya edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 02 sentyabr 2024-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1020/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli qətnaməsinə əsasən 22 aprel 2021-ci il tarixli, 244 nömrəli müqavilə üzrə 220 (iki yüz iyirmi) manat əsas borc, 11 (on bir) manat cərimə borcu olmaqla, ümumilikdə 231 (iki yüz otuz bir) manat məbləğində pulun cavabdeh Şəxs tutularaq “İnternet-2007" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi və iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 27.72 (iyirmi yeddi manat yetmiş iki qəpik) manat hissəsinin cavabdeh Şəxs alınaraq iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 06 sentyabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1020/2024 nömrəli, 02 sentyabr 2024-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 06 sentyabr 2024cü il tarixdə tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixdə verilmiş Bakı şəhəri 54 saylı notariat ofisinin 8İ-28939 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydində Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X2 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən AZ1075, ünvan 1 ünvanında yerləşən Bank Olmayan Kredit X14 Məsuliyyətli Cəmiyyətinin VÖEN:**********/ xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs (AA*******, xx.xx.2022 - Naxçıvan ŞPİ QvŞV bölməsi; FİN: xxxxxxx; d/t: xx.xx.1984) müddət üçün vaxtında ödənilməmiş 66 manat 80 qəpik (altmış altı manat səksən qəpik) tutulması və borclu Şəxs 38 manat 20 qəpik (otuz səkkiz manat iyirmi qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat 00 qəpik (beş manat sıfır qəpik) olmaqla cəmi 135 manat 00 qəpik (yüz otuz beş manat sıfır qəpik) pul tutulmasını təklif etməsi aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 17 aprel 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Bakı şəhəri 54 saylı notariat ofisinin 8İ-28939 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 17 aprel 2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-119/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. İnzibati həbsin müddəti 17 gün müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 17 (on yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 23 sentyabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X11 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-436/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-436/2025
23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver