Məhkəmə qərarları › İş №3(078)-437/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-437/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-437/2024 27.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxx 1994-cü ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, orta təhsilli, Hisar turda reklamçılıq işi ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 18 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, Naxçıvan şəhəri Nizami küçəsi ev 67A ünvanında baş vermiş hadisə ilə bağlı İstintaq və Təhqiqat Şöbəsində toplanmış HKpi-912/24 nömrəli material üzrə Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan, inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti xidmət sahəsinə göstəriş verilməsi xahiş olunmuşdur. Belə ki, Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis kapitanı X5 toplanmış HKpi-912/24 №-li material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, materialda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına) maddəsinin tərkib əlamətləri olduğundan material üzrə inzibati icraat başlanılması üçün qərarın surəti Naxçıvan Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinə göndərilməsi barədə xx.xx.2024-cü il tarixdə material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirmişdir ki, ünvan 2 ünvanda yaşayır. 1 ildir Naxçıvanda yaşayır. Uşaqlarla bərabər namaz qılırdılar. Dedilər ki, olmaz. Əliyev Gündüzü cəmi bir dəfə Bakıda görüb. Qaldığı evi onlara Elsevər verib. Aşağı mərtəbədə o, yuxarı mərtəbədə tələbələr qalırdı. Eşitdiyi qədəri ilə Gündüzün həmin evdə tələbələrlə arasında anlaşılmazlıq yaranıb. Gündüz barədə olan hökmlə məlumatı yoxdur. Səhv etmirsə 3 nəfər türk, digərləri isə azərbaycanlı idi. O heç kəsə zorla namaz qıldırmayıb. O, qanunun tələbini bilməyib. Abdul Qadiri şəxsən tanımır. O, İbrahimin yanına gəlib-gedirdi. İbrahim Hisar turizmin direktoru idi. Hazırda Naxçıvanda yoxdur. X7 Turizmdə işləyibdir. B.Zalov birlikdə namaz qılmaq üçün icazə almaq lazım olduğunu bilmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, əvvəllər Naxçıvan şəhəri Nizami küçəsi ev 67A ünvanında yaşayıb. Kursdan gəlib yemək yeyib idmana gedirdi. Əvvəldən namaz qılmayıb. Bu ilin sentyabr ayından namaza başlayıb. Onu heç kəs məcbur etməyib. Ev ucuz olduğu üçün orada qalırdı. 200 manat kirayə ödəyirdi. İçində yemək də vardı. Toplu şəkildə namaz qılmağın qanun pozuntusu olmadığını bilməyib. X2 məhkəmə iclasında verdiyi ifadəsində əvvəl Nizami 67 ünvanında yaşayıb. Kirayə üçün 200 manat verib. Böyükağa deyirdi ki, saat 10:00-da evdə olmalısız. 15 yaşından namaza başlayıb. Gündə 5 dəfə namaz qılırdılar. Hamısı birlikdə namaz qılırdılar. Dini söhbətlər edirdilər. Qonaqları da olurdu. Abdul Qadir də qonaqları olub. Həmin evdə 2-3 ay qalıb. Bu şəxsin adını Elşən bilibdir. Sonadan əsl adının Böyükağa olduğunu eşidibdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi tərəfindən verilmiş 04 noyabr 2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, agentliyə daxil olan sorğuya dinşünaslıq ekspertizası təyin edilmiş və məlum olmuşdur ki, “Ərəb dilində olan dini ədəbiyyat” “Qurani Kərim” kitabıdır və muxtar respublika daxilində satışı və istifadəsi məqsədəuyğundur. Elektron materal olan “Elmi hal” kitabı isə “Hənəfi” fiqhi məzhəbinə məxsusdur və muxtar resbulika ərazisində satışa və istifadəyə uyğundur. Sorğuda qeyd olunan “Süleymançılıq” təriqəti isə qeyri-ənənəvi dini təriqətlər qrupuna aiddir və ölkə ərazsində fəaliyyət göstərmək, təbliğat aparmaq və ya dini icma yaratmaq üçün heç bir icazəsi yoxdur. Qeyd olunan səbəblərdən bu təriqətin və mənsublarının muxtar respublika ərazisində fəaliyyəti və təbliğatı məqsədəuyğun sayılmır. 04 noyabr 2024-cü il tarixli material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarı ilə toplanmış HKpi-912/24 №-li material üzrə cinayət işinin başlanılması rədd edilməsi, HKpi-912/24 №-li materialda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına) maddəsinin tərkib əlamətləri olduğundan material üzrə inzibati icraat başlanılması üçün qərarın surəti Naxçıvan Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinə göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, qərarın surəti iş üzrə maraqlı şəxslərə verilməklə onlara qərardan etirazlarının olduğu təqdirdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Naxçıvan şəhər prokuroruna və ya yuxarı prokurora, yaxud məhkəmə nəzarətini həyata keçirən Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmək hüquqlarının izah olunması, HKpi-912/24 №-li materialın saxlanılması üçün Naxçıvan Şəhər Polis İdarəsinin dəftərxanasına təhvil verilməsinə qərar verilmişdir. Şəxs barəsində 18 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Onun izahatı isə özünümüdafiə xarakteri daşıyır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununun 6-1.1-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Həmin Qanununun 6-1.2-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur. Şəxs kütləvi dini ibadəti dini ibadət yerində və ziyarətgahda deyil, evində keçirmiş, ancaq buna dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)yəni, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin razılığını almamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə ağırlaşdırıcı və yüngülləşdirici hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada 2000 (iki min) manat məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2000 (iki min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar