Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-438/2025 13.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi:
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir.
2. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmişlər və Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi ərizəyə yazaraq məhkəmə baxış iclasının onun iştirakı olmadan keçrilməsini xahiş etmişdir.
3. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Protokolu tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirmiş və ərizəsində göstərmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərildikdən sonra inzibati xətanın predmeti olan pul vəsaitini ölkə xaricinə köçürmüş "xxxx" ASC-nin təkrar məlumatına əsasən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qabaqcadan ödənilmiş 16820.00 avro məbləğində avans ödənişi **********4221 sorğu nömrəli yük gömrük bəyannaməsi ilə tam bağlanmışdır.
5. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməllərində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməldir.
6. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
7. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
8. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır.
9. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18,4, 40, 43, 53.1.2, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:
Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Hakim: Aslan Heydarov.