Məhkəmə qərarları › İş №3(078)-44/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-44/2022

26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-44/2022 26.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1980-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, orta təhsilli, işsiz, əvvəllər iki dəfə məhkum olunmuş, Naxçıvan şəhəri SU-6 qəsəbəsi 2/2 ünvanında qeydiyyatda olub, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Vətəndaş Şəxs 26 aprel 2022-ci il tarixdə Naxçıvan şəhəri, H.Əliyev prospektində yerləşən “Sizin Market”in qarşısında ucadan səs-küy salaraq nalayıq ifadələr işlətdiyindən polis sahə inspektoru onu intizama dəvət edən zaman polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında 26 aprel 2022-ci il tarixdə evdə yemək yeyən zaman bir az spirtli içki qəbul etmiş, daha sonra ərzaq almaq üçün marketə getmiş, marketdə hesab ödəyən zaman kassirin onu bir az yubatdığını, içkili və əsəbi olduğu üçün kassirlə və marketin işçiləri ilə mübahisə etdiyini, çölə çıxıb marketin qarşısında uca səslə nalayiq ifadələr işlətdiyini, həmin vaxt polis sahə inspektorunun ona yaxınlaşıb nizamintizama dəvət etdiyini, əsəbi olduğu üçün ona məhəl qoymadığını, polis inspektorunun onu Naxçıvan Şəhər Polis İdarəsinə gətiridiyini, etdiyi əməldən peşman olduğunu bildirib onun barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 26 aprel 2022-ci il tarixdə Naxçıvan şəhəri, H.Əliyev prospektində yerləşən “Sizin Market”in qarşısında ictimai qaydanı pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə baxışı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Məhkəmə baxışı iclasında şahid X2 izahatında 26 aprel 2022-ci il tarixdə Naxçıvan şəhəri, H.Əliyev prospektində xidmət edən zaman “Sizin Market”in qarşısında səs-küy eşitdiyini, həmin şəxsi nizam-intizama dəvət etmək üçün ora yaxınlaşdığını, bir nəfər tanımadığı şəxsin ucadan səs-küy salaraq nalayiq ifadələr işlətdiyini gördüyünü, onu nizam-intizama dəvət etdiyini lakin həmin şəxsin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyini, həmin şəxsi Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdiyini bildirdi. Məhkəmə baxışı iclasında şahid X6 izahatında 26 aprel 2022-ci il tarixdə Naxçıvan şəhəri, H.Əliyev prospektində yerləşən “Sizin Market”in qarşısında xidmət edən zaman həmin şəxsi nizam-intizama dəvət etmək üçün ora yaxınlaşdığını, bir nəfər tanımadığı şəxsin ucadan səs-küy salaraq nalayiq ifadələr işlətdiyini gördüyünü, onu nizam-intizama dəvət etdiyini lakin həmin şəxsin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyini, həmin şəxsi Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdiyini bildirdi. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 26.04.2022ci il tarixli 601 nömrəli aktdan aydın olur ki, Şəxs 2.05 % sərxoş olması müəyyən olunmuşdur. İş üzrə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər Şöbəsi phş tərəfindən 26.04.2022-ci il tarixdə verilmiş 309 nömrəli arayışa əsasən Şəxs Şöbədə qeydiyyatda durmur və heç bir növ sosial müavinət və təqüd almır. İş üzrə Naxçıvan MR Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Naxçıvan şəhər Məşğulluq Mərkəzi tərəfindən 26.04.2022-ci il tarixdə verilmiş 111 nömrəli arayışa əsasən Şəxs Naxçıvan şəhər Məşğulluq Mərkəzində işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş materiallarına əlavə olunmuş Z.Əliyeva adına Naxçıvan MR X4 Şəxsi tərəfindən 26.04.2022-ci il tarixdə verilmiş 1275 nömrəli arayışın surətinə əsasən Şəxs sağlamdır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsidir. İş üzrə məsuliyyəti yüngülləşdirən hal inzibati xəta törətmiş şəxsin əməlindən peşman olmasıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati həbs olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 26 aprel 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar