Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-440/2024 04.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Şikayət vermiş şəxs X5 müdafiəçisi Vəkil və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin nümayəndəsi X10 iştirakları ilə, Şikayət vermiş şəxs X5 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 14 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şikayət vermiş şəxs X13 şikayət ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, şikayətin təmin olunması, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 14 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X13 şikayətini əsaslandıraraq bildirmişdir ki, hal-hazırda “Naxçıvan” X14 direktor vəzifələrini "xxxx" QSC-nin rəhbərliyinin müvafiq əmri ilə icra edir. X15 Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 14 noyabr 2024-cü il tarixli, MN ******* saylı qərarı ilə qəti olaraq razılaşmır. Belə ki, müvafiq quruma şikayət etmiş Məmmədli Təhminə Akif qızı xx.xx.2019-cu il tarixdən etibarən NBHL-də Daşımaların Təşkili və Koordinasiya Ximdətində bilet kassiri vəzifəsində işləmişdir. NBHL-nin 01 avqust 2023-cü il tarixli, TAB-1633 saylı əmri ilə o 1 il müddətinə (xx.xx.2024-cü il daxil olmaqla) uşağa qulluq məqsədilə qismən ödənişli məzuniyyətə buraxılmışdır. Həmin işçi məzuniyyətdə olduğu müddətdə NBHL-də bir sıra dəyişikliklər, o cümlədən struktur dəyişikliklər baş vermiş və NBHL-nin yeni strukturu formalaşmış və yeni ştat cədvəli təsdiq olunmuşdur. Belə ki, Naxçıvan MR Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli, 159 saylı qərarı ilə təsdiq edilmiş NBHL-nin yeni ştat cədvəlində bilet kassiri ştatı öz təsdiqini tapmamış və beləliklə də ləğv olunmuşdur. Məhz buna görə də o, 02 avqust 2024-cü il tarixdə işə başlayan zaman artıq həmin ştat olmadığından müvafiq işdə işləməyi AR Əmək qanunvericiliyinin tələbi baxımından mümkün olmamışdır. Bununla bağlı o AR Əmək Məcəlləsinin müvafiq maddələrinin tələbinə uyğun olaraq əvvəlcədən (tam iş stajına mütənasib olan gün sayı olmasa da) rəsmi qaydada xəbərdarlıq edilmiş, ona 3 iş yeri təklif edilmiş, o təklif edilən işlərin heç birini qəbul etməmiş (bununla bağlı NBHL-də akt tərtib edilmiş, özü də müvafiq quruma şikayət edən zaman ona iş təklif olunduğunu verdiyi yazılı izahatda təsdiq etmiş), ona AR Əmək Məcəlləsinə uyğun olaraq bütün ödənclər (son haqq hesab, xəbərdarlıq müddəti əvəzinə müavinət və s.) tam formada ödənilmişdir. Bunlara dair bütün hüquqi sənədlər Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 yazılı tələbi ilə onlara təqdim edilmişdir. Bundan sonra onunla bağlanılmış olan əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilmişdir. Həmin maddə ilə xitam verilərkən qanunvericiliyə uyğun olaraq əvvəlcədən NBHL-də Həmkarlar İttifaqı Komitəsinə təqdimat ünvanlanmış, təqdimata müvafiq əsaslandırıcı sənədlər əlavə edilmiş, Həmkarlar İttifaqı Komitəsinin iclası çağırılmış, iclas barədə barəsində əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsinə dair iclasın yeri və vaxtı barədə Məmmədli Təhminəyə rəsmi qaydada məktub ünvanlanmış və Həmkarlar İttifaqı Komitəsi işçinin müvafiq maddə ilə işdən çıxarılmasına və əmək müqaviləsinə xitam verilməsinə yazılı razılıq verilməsinə dair qərar qəbul etmiş və qərarın surəti NBHL rəhbərliyinə təqdim edilmişdir. Yəni müvafiq quruma şikayət edən şəxs barəsində əmək müqaviləsinə xitam verilərkən AR Əmək Məcəlləsinin normalarına tamamilə əməl edilmişdir. Lakin şikayətə baxan orqan qərar qəbul edərkən işə formal yanaşmış və hazırda şikayət olunan qərarı qəbul etmişdir. Qərarda özü tərəfindən AR Əmək Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd olunmuşdur. Lakin qərar əsaslandırılmamış, həmin maddədə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvercilivinin hansı tələblərinin pozulduğu qeyd olunmamışdır. Yuxarıda qeyd olunduğu kimi qeyd olunan şəxsin əmək müqaviləsinə xitam verilərkən hesab edirəm ki, heç bir hüquqi pozuntuya yol verilməmişdir. Belə ki, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndində işçilərin sayı və ya ştatları ixtisar edildikdə bu bənd ilə əmək müqaviləsinə xitam verilməsinin qanun mümkün hesab etmiş, eyni zamanda həmin Məcəllənin 79-cu maddəsinin 1-ci hissəsində isə işəgötürən tərəfindən himayəsində 3 yaşınadək olan qadınların əmək müqaviləsinə xitam verilməsini qanun qadağan etmişdir. Lakin burada ziddiyyətli bir hal yaranmışdır. Yuxarıda qeyd olunduğu kimi kassir ştatı NBHL-də Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin (həmin vaxt NBHL Naxçıvan MR Nazirlər Kabinetinin tabeliyində idi) qərarı ilə ləğv olunmuş, işçiyə başqa 3 iş yeri təklif olunmuş, lakin işçi qəbul etməmiş və eyni zamanda yalnız “kassir” vəzifəsində işləmək istədiyini bildirmişdir. Şikayətə baxan qurum isə qeyd olunanlara əhəmiyyət verməmiş, şikayətə və maddi hüquq normalarına formal yanaşmış və nəticədə belə bir qərar qəbul edilmişdir. Həmçinin o da qeyd olunmalıdır ki, ştatların ixtisarı mahiyyət etibarı ilə (hazırki kazustik vəziyyətdə) müəssisənin ləğvinə bərabər tutulmaldır. Belə ki, artıq həmin ştat yoxdur və işçi isə ona təklif edilən işi qəbul etmir, bu halda işəgötürən hansı tədbiri görə bilər, bu ziddiyyətli məqam olaraq qalmaqda davam edir. Hesab edir ki, müvafiq inzibati orqan şikayətə formal mülahizələr əsasında yanaşmış, normanı düzgün təhlil etməmiş, həmçinin barəsində qəbul etmiş olduğu qərarı lazımi formada və ümumiyyətlə əsaslandırmamışdır. Tərəfimdən işəgötürən vəzifəli şəxs olaraq əmək müqaviləsinə xitam verilərkən əmək qanunverciliyinin hansı tələblərinin pozulduğu qeyd olunmamışdır. Hesab edir ki, bu vəziyyət məhkəmə tərəfindən araşdırılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayət vermiş şəxs X7 rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə 29 noyabr 2024-cü il tarixdə şikayətə özünün iştirakı olmadan və müdafiəçinin iştirakı ilə baxılması barədə ərizə göndərərək ərizədə qeyd etmişdir ki, X15 Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 tərəfindən protokol tərtib edilmiş, AR İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə (əmək müqaviləsinə xitam verilən zaman qanunvericiliyin tələblərinin pozulması) əsasən vəzifəli şəxs qismində cərimə olunmuş və müvafiq qurumun 14 noyabr 2024-cü il tarixli, MN ******* saylı qərarı ilə həmin cərimənin şərti olaraq tətbiq edilməsi qərara alınmışdır. Ona müvafiq hüquqpozmanın aradan qaldırılması üçün 20 (iyirmi) gün vaxt verilmişdir. Qeyd edilən qərarla qəti olaraq razılaşmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə istinad edərək həmin qərara yenidən baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayətə baxılması üçün ilkin məhkəmə iclası 28 noyabr 2024-cü il tarixə, saat 16:15 dəqiqəyə təyin edilmiş və onu məhkəmədə müdafiəçisi X17 təmsil etmişdir. Növbəti məhkəmə iclası 04 dekabr 2024-cü il tarixə, saat 15:15 dəqiqəyə təyin olunmuşdur. Onun hüquqları müdafiəçisi Vəkil tərəfindən müdafiə olunacaqdır. İşlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmədə üzrlü səbəbdən iştirak edə bilməyəcəkdir. Şikayət ərizəsini müdafiə edir və bu mübahisənin ədalətli və ətraflı şəkildə araşdırılmasını xahiş edir. İşçinin əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin, xüsusən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələb və tətbiq olunan bütün norma və maddələrinə əməl edilmiş, həmçinin işçinin hüquqlarının pozulmamasına və onun hüquqlarının tam təmin olunmasına əməl edilmişdir. Onun vəzifəli şəxs qismində cərimə olunmağı ilə bağlı qərarla qəti olaraq razılaşmır. Yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində şikayət verdiyi Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 14 noyabr 2024-cü il tarixli, MN ******* saylı qərarına dair şikayətə onun iştirakı olmadan, müdafiəçisi X8 iştirakı ilə baxılmasını, iştirak edə bilməməyini üzrlü qəbul etməyi, şikayətin təmin olunmaqla qeyd olunan qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq şikayət vermiş şəxs X5 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 müdafiəçisi Vəkil izahatında şikayət ərizəsində qeyd etdiklərini təsdiqlədiyini, Məmmədli Təhminə Akif qızının “Naxçıvan” X16 işlədiyi zaman sosial məzuniyyətə buraxıldığını, həmin vaxt struktur dəyişikliyi olduğunu, kassir ştatının ləğv edildiyini, Məmmədli Təhminə Akif qızı sosial məzuniyyətdən qayıtdığı vaxt kassir ştatının ləğv edilmiş olduğunu, Məmmədli Təhminə Akif qızının 2023-cü ilin avqust ayında məzuniyyət müddətini artırdığını, həmin ştatın da 2023-cü ilin noyabr ayında ləğv edildiyini, Məmmədli Təhminə Akif qızı məzuniyyətdən qayıtdıqdan 1 gün sonra əmək müqaviləsinə xitam verildiyini, şəxsə 3 iş təklif olunduğunu, heç birini qəbul etmədiyini, şəxsin sadəcə olaraq kassir vəzifəsində çalışmaq istədiyini dediyini, o ştatın da ləğv edildiyini, Məmmədli Təhminə Akif qızına müavinət də ödədiklərini, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 14 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarının ədalətli olmadığını, işəgötürənin cərimələnməsinin düzgün olmadığını, onsuzda Məmmədli Təhminə Akif qızına 3500 manat qədər müavinət ödədiklərini, özlərindən asılı olmayan səbəbdən Məmmədli Təhminə Akif qızının əmək müqaviləsinə xitam verildiyini bildirərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarı barəsində şikayət verilən orqanın nümayəndəsi X20 izahatında Məmmədli Təhminə Akif qızının 12 sentyabr 2024-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə müraciət etdiyini, şəxsin müraciətinin araşdırılması məqsədilə onun 02 oktyabr 2024-cü il tarixdə müfəttişliyə dəvət olunduğunu, yazılı izahatının alındığını, şəxsin qismən sosial ödənişli məzuniyyətdən qayıtdığı gün əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verildiyini, ona müəyyən vəzifələrin təklif olunduğunu, ancaq özünə uyğun olmadığı üçün onlardan imtina etdiyini bildirdiyini, altsistemdən baxdıqlarını, həqiqətən də şəxsin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verildiyinin aşkar edildiyini, Məmmədli Təhminə Akif qızının təqdim etdiyi sənədlərdən onun 3 yaşına çatmamış uşağının olduğunun məlum olduğunu, AR Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər siyahısına daxil olduğunu, təqdim olunan sənədlər əsasında araşdırma apardıqlarını, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 14 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarı ilə X5 şərti tətbiq edilməklə cərimə edildiyini, hüquqpozma aradan qaldırılarsa cərimənin ödənilməyəcəyini bildirərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 13 avqust 2024-cü il tarixli aktın surətinə əsasən, Məmmədli Təhminə Akif qızı xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 07 noyabr 2023-cü il tarixli, 139 saylı Qərarına əsasən Daşımaların Təşkili və Koordinasiyası xidmətinin bilet kassiri vəzifəsi hava limanının ştat cədvəlindən çıxarılmışdır. Məmmədli Təhminə Akif qızı 01 avqust 2024-cü il tarixdə hava limanına çağırılmış, ona hava limanının ştat cədvəlində olan mövcud vakansiyasına əsasən Daşımaların Təşkili və Koordinasiyası xidmətində aviadaşımaların təşkili üzrə dispetçer, Aerodrom Təminatı xidmətində bağban və İstilik və Sanitariya Texnikası ilə Təchizat xidmətində təmirçi-çilingir vəzifələri təklif olunmuşdur. Qeyd olunan vəzifələrin heç birini qəbul etməmiş və işinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə (ştat vahidi ixtisar edildikdə) əsasən xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 14 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarından görünür ki, X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinmiş və onun barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti tərəfindən tərtib olunmuş 28 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş X19 Limanı tərəfindən verilmiş 28 yanvar 2019-cu il tarixli, 09/k nömrəli əmrdən çıxarışdan görünür ki, Məmmədli Təhminə Akif qızı (3 aylıq sınaq müddəti ilə) 28 yanvar 2019-cu il tarixdən Daşımaların Təşkili və Koordinasiya Xidmətində bilet kassiri vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş X19 Limanı tərəfindən verilmiş 31 mart 2024-cü il tarixli, 27/m nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Məmmədli Təhminə Akif qızı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) hesabı ilə hamiləliyə görə ödənişli sosial məzuniyyətə buraxılmışdır. İş materiallarına əlavə olunmuş X19 Limanı tərəfindən verilmiş 01 avqust 2024-cü il tarixli, 103/m nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Məmmədli Təhminə Akif qızı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixi daxil olmaqla AR Əmək Məcəlləsinin 127-ci maddəsinin 2-ci bəndinə əsasən 1 il müddətinə uşağa qulluq məqsədilə qismən ödənişli sosial məzuniyyətə buraxılmışdır. İş materiallarına əlavə olunmuş X19 Limanı tərəfindən verilmiş 02 avqust 2024-cü il tarixli, 78/m nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Məmmədli Təhminə Akif qızı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixi daxil olmaqla AR Əmək Məcəlləsinin 127-ci maddəsinin 2-ci bəndinə əsasən 1 il müddətinə uşağa qulluq məqsədilə qismən ödənişli sosial məzuniyyətə buraxılmışdır. İş materiallarına əlavə olunmuş X19 Limanı tərəfindən verilmiş 13 avqust 2024-cü il tarixli, 43/k nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Məmmədli Təhminə Akif qızının əmək müqaviləsinə 02 avqust 2024-cü il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmiş və AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən orta aylıq əmək haqqının iki misli miqdarında işdən çıxarma müavinəti ödənilmişdir. İş materiallarına əlavə olunmuş 25 sentyabr 2024-cü il tarixli qeydin surətinə əsasən, Məmmədli Təhminə Akif qızı xx.xx.2019/2020-ci iş ilinə görə xx.xx.2019-cu ildən dekabr ayının 2-si daxil olmaqla 23 təqvim günü əmək məzuniyyətinə, xx.xx.2020/2021-ci iş ilinə görə xx.xx.2020-ci ildən 24-ü daxil olmaqla 23 təqvim günü əmək məzuniyyətinə, xx.xx.2021/2022-ci iş ilinə görə xx.xx.2021-ci ildən iyul ayının 9-u daxil olmaqla 23 təqvim günü əmək məzuniyyətinə, xx.xx.2022/2023-cü iş ilinə görə xx.xx.2022-ci ildən 23-ü daxil olmaqla 23 təqvim günü əmək məzuniyyətinə, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il daxil olmaqla AR Əmək Məcəlləsinin 125-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq 126 təqvim günü hesabı ilə hamiləliyə görə ödənişli sosial məzuniyyətə buraxılmışdır. İş materiallarına əlavə olunmuş 29 yanvar 2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən Naxçıvan X14 direktoru X1 ilə işçi Məmmədli Təhminə Akif qızı arasında əmək müqaviləsi bağlanmış və Məmmədli X12 Beynəlxalq Hava X4 Xidmətində bilet kassiri vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş X19 X6 Təşkilatının 07 avqust 2024-cü il tarixli, 48 nömrəli protokolunun və 07 avqust 2024-cü il tarixli və 14 avqust 2024-cü il tarixli bildirişlərin surətindən görünür ki, Məmmədli Təhminə Akif qızının AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən 02 avqust 2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsinə razılıq verib-verməməsi məsələsinə baxılması üçün iclas təyin olunmuşdur. İş materiallarına əlavə olunmuş X19 X6 Təşkilatının 12 avqust 2024-cü il tarixli, 49 nömrəli protokolunun surətinə əsasən, Məmmədli Təhminə Akif qızının AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən 02 avqust 2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan MR Nazirlər Kabinetinin “Naxçıvan X14 ştat cədvəlinin təsdiq edilməsi haqqında Naxçıvan MR Nazirlər Kabinetinin 2022-ci il 6 iyul tarixli, 148 nömrəli qərarına dəyişiklik edilməsi barədə” 07 noyabr 2023-cü il tarixli, 139 nömrəli qərarının surətindən görünür ki, Naxçıvan MR Nazirlər Kabinetinin 2022-ci il 6 iyul tarixli, 148 nömrəli qərarı ilə təsdiq edilmiş Naxçıvan X14 ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan MR Nazirlər Kabinetinin 07 noyabr 2023-cü il tarixli, 139 nömrəli qərarı ilə təsdiq edilmiş Naxçıvan X14 ştat cədvəlinin surətindən görünür ki, həmin cədvəldə bilet kassiri vəzifəsi yoxdur. İş materiallarına əlavə olunmuş Məmmədli Təhminə Akif qızı tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə verilmiş 12 sentyabr 2024-cü il tarixli ərizədə qeyd etmişdir ki, “Mən xx.xx.2019-cu il tarixdə “Naxçıvan” X16 bilet kassiri vəzifəsində işə başlamışam. Daha sonra xx.xx.2024-cü il tarixdə qismən ödənişli sosial məzuniyyətim bitdi. Elə həmin gün ƏMAS üzərindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işimə xitam verilmişdir. Müəssisə rəhbərliyi mənə müxtəlif iş təklifi etdilər. Lakin mənim üçün uyğun olmadığı üçün qəbul edə bilmədim və işimə xitam veriləndən sonra kompensasiya ödənişini və qabaqcadan işimə xitam veriləcəyi haqqında bildiriş verilmədiyi üçün bununla bağlı da heç bir ödəniş olunmayıb. Sizdən xahiş edirəm ki, “Naxçıvan” X16 uyğun işlə təmin olunmağıma və mənə çatacaq olan bütün ödənişlərin təmin olunmasına köməklik göstərəsiniz”. İş materiallarına əlavə olunmuş Məmmədli Təhminə Akif qızı tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə verilmiş 02 oktyabr 2024-cü il tarixli izahatında qeyd etmişdir ki, “X25 Akif qızı 28 yanvar 2019-cu il tarixdən etibarən “Naxçıvan” X16 kassir vəzifəsində işə başlamışam. 02 avqust 2024-cü il tarixdən işlədiyim vəzifə üzrə ştat vahidi ixtisar edildiyi üçün AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləmə xitam verilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə müraciət etdikdən sonra işdən çıxarma müavinəti və xəbərdarlıq müddəti əvəzinə əmək haqqı mənim əmək haqqı bank hesabıma ödənilmişdir. Bu məsələ ilə bağlı şikayətim və etirazım yoxdur. Hikmət müəllim, İlqar müəllim, Lətifə xanım və şirkətin hüquqşünasına bildirdim ki, mənim 3 yaşına çatmamış körpə uşağım var. Hüquqşünas qeyd etdi ki, “bizim sizi işlə təmin etmək borcumuz deyil”. Əlavə olaraq qeyd etdilər ki, “gələcəkdə nə vaxtsa ştat yaranarsa sizi işlə təmin edə bilərik”. 2022-ci ilin avqust ayından 2023-cü ilin avqust ayınadək və 2023-cü ilin avqust ayından 2024-cü ilin avqust ayınadək hər dəfə 1 il olmaqla sosial məzuniyyət hüququmdan istifadə etmişəm. Sonda mən dedim ki, "xxxx". Müəssisə mənimlə razılaşmadı”. Məhkəmə şikayət verənin müdafiəçisinin və inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar qəbul edən dövlət orqanının nümayəndəsinin izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Şikayətin təmin edilməməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin əmək müqaviləsinin ləğv olunması qadağandır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu tərəfindən verilmiş 13 may 2022-ci il tarixli, AZ-İV seriyalı, 372818 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 və Məmmədli Təhminə Akif qızının 06 may 2022-ci il təvəllüdlü X21 adlı övladları doğulmuşdur. Qeyd edilənlərdən də görünür ki, Məmmədli Təhminə Akif qızının himayəsində 3 yaşına çatmamış uşağı vardır və onun əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilən 14 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X13 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinin dispozitiv şərtlərini sübut edən hallar tam əks olunmuş, protokolu tərtib edən orqan şikayət verən şəxsin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Beləliklə də həmin halın baş verməsində şikayət verən şəxsin təqsiri sübuta yetirilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə,səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli sayılmasına dair Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 14 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 133-136-ci maddələrini rəhbər tutaraq qəraraaldı: X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 14 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-440/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-440/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver