Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-442/2024 21.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.1980-ci ildə Naxçıvan şəhərində doğulmuş FİN xxxxxxx, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, subay, 3 uşaq atası, orta təhsilli, işsiz, Naxçıvan şəhəri N.Naxçıvani 2/2 ünvanında qeydiyyatda olub həmin ünvanda yaşayan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X1 Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material xx.xx.2024-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 21.1 1.2024-cii il tarixdə saat 04:18-də ünvan 2 ünvanında yaşayan, X2 060-550-75- 77 mobil nömrəsindən 102 xidmətinə zəng vuraraq bildirmişdir ki, Naxçıvan şəhəri Nizami küçəsi bina 14-də yerləşən Ərzaq mağazasına bir nəfər şəxs mağazaya girib onunla mübahisə edir. Hadisə yerinə yaxınlaşan PPXB-nün əməkdaşına da tabesizlik göstərərək uzaqlaşmış, həmin ünvana əməliyyat-istintaq qrupu və PPXB-nün avto-patrulu göndərildi. Şəxsin yeri müəyyən olunaraq Naxçıvan şəhər Polis İdarəsinə dəvət olunmuşdur. Məlum oldu ki, ünvan 3 ünvanında yaşayan, xx.xx.1980-cı il təvəllüdlü, Şəxsdur. Şəxs idarədə polis əməkdaşlarına tabesizlik göstərərək, onlara qarşı nalayiq ifadələr işlətmişdir. Həmin şəxs ictimai yerdə səs-küy salaraq ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət etsə də polisin qanuni göstərişinə tabe olmamışdır. Bununla da X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X5 izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə səhər saatlarından dişləri ağrıdığı üçün spirtli içki qəbul etməyə başlamışdır. Gecə Park AVM-nin qarşısında mağazaya keçib 1 butulka araq və 1 ədəd enerji içkisi alıb mağazada içmişdir. İçdikdən sonra kassirə pulunun olmadığını, olanda gətirib verəcəyini demişdir. İçkili olduğu üçün sonradan nə baş verdiyini xatırlamır. Buna görə də ictimai qaydanı pozduğunu belə bilmir. N.Həsənov etdiyi əmələ görə peşman olduğunu, sərxoş vəziyyətdə olduğu üçün bilmədən belə bir hərəkət etdiyini bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində izahat verən X2 izahatında bildirmişdir ki, Naxçıvan şəhəri Nizami küçəsi bina 14-də yerləşən ərzaq mağazasında kassir işləyir. xx.xx.2024-cü il tarixdə saat 3-4 radələrində bir şəxs mağazaya girib 1 ədəd 250 ml-lik araq və 1 ədəd enerji içkisi götürüb elə mağazada içdi. Daha sonra çölə çıxıb içəri qayıtmış və ona içkilərin pulunu verməyəcəyini, mağazanın müdiri olan Vüqara çuxurdan Orxan gəlib deməyini istəmişdir. O da razı olmadıqda həmin şəxs onunla söyüşlü mübahisə etməyə başladı və o da məcbur qalıb 102 xidmətinə zəng etmişdir. Eləcə də mağazaya daxil olan müştərilərlə mübahisə etmişdir və narahatçılıq olmuşdur. Məhkəmədə şahid qismində izahat verən X6 izahatında Naxçıvan ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis kiçik leytenantı olduğunu, 21.1 1.2024-cii il tarixdə saat 04:18-də ünvan 2 ünvanında yaşayan, X2 060-550-75- 77 mobil nömrəsindən 102 xidmətinə zəng vuraraq bildirmişdir ki, Naxçıvan şəhəri Nizami küçəsi bina 14-də yerləşən Ərzaq mağazasına bir nəfər şəxs mağazaya girib onunla mübahisə edir. Hadisə yerinə gedib onu nizam-intizama dəvət etsə də, o, ictimai yerdə səs-küy salaraq ictimai qaydanı pozmuş, polisin qanuni tələbinə məhəl qoymamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə X5 xx.xx.2024-cü il tarixdə saat 04:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin məsul növbətçisi polis mayoru Rafiz Əliyev tərəfindən verilən raportdan görünür ki, 21.1 1.2024-cii il tarixdə saat 04:18-də ünvan 2 ünvanında yaşayan, X2 060-550-75- 77 mobil nömrəsindən 102 xidmətinə zəng vuraraq bildirmişdir ki, Naxçıvan şəhəri Nizami küçəsi bina 14-də yerləşən Ərzaq mağazasına bir nəfər şəxs mağazaya girib onunla mübahisə edir. Hadisə yerinə yaxınlaşan PPXB-nün əməkdaşına da tabesizlik göstərərək uzaqlaşmış, həmin ünvana əməliyyat-istintaq qrupu və PPXB-nün avto-patrulu göndərildi. Şəxsin yeri müəyyən olunaraq Naxçıvan şəhər Polis İdarəsinə dəvət olunmuşdur. Məlum oldu ki, ünvan 3 ünvanında yaşayan, xx.xx.1980-cı il təvəllüdlü, Şəxsdur. Şəxs idarədə polis əməkdaşlarına tabesizlik göstərərək, onlara qarşı nalayiq ifadələr işlətmişdir. Həmin şəxs ictimai yerdə səsküy salaraq ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət etsə də polisin qanuni göstərişinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də X5 Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 33.1.2 maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Şəxsin sərxoş olması isə müvafiq aktla təsdiq edilmədiyindən məhkəmə bu halı ağırlaşdıran hal hesab etmir. Naxçıvan Şəhər Məhkəməsinin 24 may 2024-cü il tarixli qərarı ilə sənov Niyazi Orxan oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək barəsində inzibati həbs tənbeh tətbiq edilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 21 noyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X7 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-442/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-442/2024
21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver