Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-443/2023 29.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinə 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının 08 sentyabr 2023-cü il tarixli, 6-1-16/2-6788/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 07 sentyabr 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27828.00 (iyirmi yeddi min səkkiz yüz iyirmi səkkiz) Avro məbləğində vəsaiti 31 avqust 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 18000.00 (on səkkiz min) Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 01 sentyabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 29 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında 07 sentyabr 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda 31 avqust 2021-ci il tarixdə 27828.00 (iyirmi yeddi min səkkiz yüz iyirmi səkkiz) Avro məbləğində vəsaitin xaricə köçürüldüyü qeyd edilsə də, həmin ödənişin Şəxs MMC tərəfindən deyil, “X6” MMC tərəfindən edildiyini, Mərkəzi Bankın tərtib etdiyi sözügedən protokolun işin materialları ilə ziddiyyət təşkil etməklə, həqiqətə uyğun olmadığını, inzibati xəta haqqında protokolun düzgün tərtib edilmədiyini, bu səbəbdən də sözügedən işlə bağlı protokolun geri qaytarılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs 27828.00 (iyirmi yeddi min səkkiz yüz iyirmi səkkiz) Avro məbləğində vəsaiti 31 avqust 2021-ci il tarixdə xaricə köçürdüyü və 2 il müddət keçsə də, 18000.00 (on səkkiz min) Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etmədiyi, valyuta vəsaitini geri qaytarmadığı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, 31 avqust 2021-ci il tarixdə 27828.00 (iyirmi yeddi min səkkiz yüz iyirmi səkkiz) Avro məbləğində pul VÖEN nömrəsi ********** olan hüquqi şəxs “X6” MMC tərəfindən köçürülmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin müştərisi olan "X3 və Qapaq” MMC tərəfindən 31 avqust 2021-ci il tarixdə Türkiyə Respublikasına malların alınması məqsədilə 130000 (yüz otuz min) USD məbləğində, “X6” MMC tərəfindən 31 avqust 2021-ci il tarixdə Türkiyə Respublikasına malların alınması məqsədilə 27828.00 (iyirmi yeddi min səkkiz yüz iyirmi səkkiz) Avro məbləğində avans ödənişi köçürülmüş, lakin 2 il tamam olmasına baxmayaraq malların idxal edilməsini təsdiqləyən sənədlər Banka təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Məhkəmə qeyd edir ki, 07 sentyabr 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs düzgün göstərilməmişdir. Protokol və protokola əlavə edilmiş sənədlər arasında ziddiyyət mövcuddur. Ona görə də məhkəmə qeyd olunanları inzibati xəta haqqında protokolun düzgün tərtib edilməməsi, təqdim edilmiş materialın natamamlığı kimi qiymətləndirərək, işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə görə isə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 07 sentyabr 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankına geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 07 sentyabr 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankına geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-443/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-443/2023
29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver