Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-444/2025 15.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. 2.İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs VAZ21060 minik markalı, 67BK714 dövlət qeydiyyat nişanlı avtomobillə, ünvan 1 ünvanında yaşayan xx.xx.2007-ci il təvəllüdlü X2 vuraraq ona yüngül bədən xəsarəti yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 3.Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, Diaqnostikanın yanında piyada xəttində 50-60 km sürətlə gəlmiş, xanım isə telefonla danışırdı. Maşınının şüşə qaldıranı işləmədiyi üçün onu düzəldəndə birdən xanım özünü yola atmışdır. Maşının aynası xanıma dəymişdir. Xanımı xəstəxanaya da aparmışdır. Protokolun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqan Naxçıvan MR Daxili İşlər Nazirliyi Naxçıvan Şəhər Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. 5.Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə protokolu tərtib etmiş orqan Naxçıvan MR Daxili İşlər Nazirliyi Naxçıvan Şəhər Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: 6.İş materiallarında olan İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs VAZ21060 minik markalı, 67BK714 dövlət qeydiyyat nişanlı avtomobillə, ünvan 1 ünvanında yaşayan xx.xx.2007-ci il təvəllüdlü X2 vuraraq ona yüngül bədən xəsarəti yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 7.İş materiallarında olan 05 may 2025-ci il tarixli, HK-1/63 nömrəli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:06-da X6 102 xidmətinə zəng edərək, piyada vurulması hadisəsi olmasını bildirmişdir. Əməliyyat qrupu göndərilmiş, Babək rayonu Qahab kənd sakini, 1992-ci il təvəllüdlü Həsənov X8 şəhəri Ə.Əliyev küçəsində Qonaq evi istiqamətindən Dan Yeri market istiqamətinə hərəkət etdiyi, **-BJ-*** nömrəli Vaz 2106 markalı avtomobili ilə Naxçıvan Sağlamlıq Mərkəzinin qarşısında piyada xətti ilə hərəkət edən, ünvan 2 ünvanında yaşayan, xx.xx.2007-ci il təvəllüdlü X2 vurmuşdur. Nəticədə: Fatimə Rəsulova sağ ayaq topuq nahiyəsinin əzilmiş, sol dirsək nahiyəsinin əzilmiş və sıyrılmış yarası xəsarətini almışdır. 8.İş materiallarında olan 07 may 2025-ci il tarixli, 3-28-23-4/2-1190/2025 nömrəli Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 rəyinə əsasən, Şəxs götürülmüş sidik nümunəsində BAR (-), AMP (-), BZO (-), OPİ (-), CОC (-), MTD (-), MDMA (-), BUP (-), PСР (- ), МОР (-), МЕТ (-) aşkar olunmamış, Şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığı qeyd olunmuşdur. 9.İş materiallarında olan, 19 may 2025-ci il tarixli, ünvan 1 ünvanında yaşayan X7 tərəfindən Naxçıvan Şəhər Polis İdarəsinə ünvanlanmış ərizədən görünür ki, Şəxs X3 dəymiş ziyanı tam şəkildə ödəmişdir, buna görə də heç bir şikayət və tələbi yoxdur. 10.İş materiallarında olan, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin məhkəmə-tibbi eksperti Fəxrəddin Cəfərov tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 273 saylı rəyə əsasən, X4 bədənində müəyyən edilmiş xəsarətlər: sağ topuq oynağındakı yara və sol dirsək oynağının sıyrığı bərk küt əşyanın təsirindən törənmişdir, eləcə də qərarın təsvir hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlərdən sağ topuq nahiyyəsindəki yara sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sol dirsək oynağındakı xəsarət isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. 11.İş materiallarında olan 04 iyun 2025-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi barədə Qərara əsasən, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinə göndərilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 12.Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 13.Maddə 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 14.Maddə 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 15.Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 16.Maddə 21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 17.Maddə 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 18.Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
19. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 20.Maddə 327.8. Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır.
Məhkəmənin mövqeyi:
21.Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. 22.Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Həsənov X8 şəhəri, Ə.Əliyev küçəsində Qonaq evi istiqamətindən Dan Yeri market istiqamətinə hərəkət etdiyi, **-BJ-*** nömrəli Vaz 2106 markalı avtomobili ilə Naxçıvan Sağlamlıq Mərkəzi qarşısında piyada xətti ilə hərəkət edən, 01 noyabr 2007-ci il təvəllüdlü X2 vurmuş bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. 23.Məhkəmə araşdırması zamanı Şəxs səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınır. 24.Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. 25.Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. 26.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Aslan Heydarov.