Məhkəmə qərarları › İş №3(078)-445/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-445/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-445/2024 27.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1987-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN xxxxxxx), subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: İddiaçı X1 cavabdeh Şəxs qarşı alimentin artırılması tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1349/2023 nömrəli 13 noyabr 2023-cü il tarixli qətnaməsi əsasında verilmiş 13 noyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələr aparmamış, beləliklə məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs oğlunun əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə Şəxs izahatında bildirmişdir ki, əvvəllər işlədiyi dövrdə davamlı olaraq aliment öhdəliyini ödəyib, lakin son vaxtlar işsiz olduğundan ödəmələri tam şəkildə həyata keçirə bilməmişdir. O hərbi qulluqçu olmuş və qazancının ¼ hissəsi miqdarında aliment ödəmişdir. İşdən azad olunduqdan sonra müəyyən gecikmələrlə aliment ödəyib. Aliment borcunu ödəyə bilmədiyi üçün məhkəmənin 16 aprel 2024-cü il tarixli qərarı ilə 8 gün müddətinə inzibati həbs edilib. Həbs müddəti bitdikdən sonra da aliment borcundan bir dəfə avqust ayı ödəyib, sonra ödəməyib. Tələbkar ondan aliment tələb etsə də, uşağı ilə görüşməsinə maneçilik yaradır və bu da onu qəzəbləndirir. Övladını görə bilmədiyi üçün o da aliment ödəmək istəmir. Bir həftə ola ki, işləyir, səyyari iş görür. İcra məmuru tərəfindən dəfələrlə aliment ödəməsi ilə bağlı xəbərdar edilib. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdədək borclu X3 hissələrində xidmət etdiyindən müvafiq aliment borclunun əmək haqqısından tutularaq tələbkarın hesabına köçürülüb. Qeyd olunan tarixdən 2023-cü ilin iyun axınadək qazancının 1/4 hissəsi miqdarında aliment ödəyib, lakin 2023-cü ilin iyun ayından sonra borclu maddi imkanın olmadığını əsas gətirərək 2023-cü ilin oktyabr ayı üzrə tələbkarın xeyrinə 500 manat, 2024-cü ilin yanvar ayında 300 manat, fevral ayı isə 150 manat, avqust ayı 220 manat ödəyib. Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi də protokol tərtib edilərək məhkəməyə verilmiş, məhkəmədə xx.xx.2023-cü il tarixdə tələbkarın xevrinə 500 manat, növbəli aylarda isə 250 manat ödəyəcəyinə dair öhdəlik götürdüyü üçün inzibati işin icraatına xitam verilmişdir. Lakin borclu götürdüyü öhdəliyə əməl etmədiyi üçün Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-181/2024, xx.xx.2024-cii il tarixli qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilib. Həbs müddətindən sonra yenə də ümumiyyətlə ödəniş etməyib və bunu da övladı X7 görməməsi ilə əlaqələndirib. Hazırda borclunun xx.xx.2024-cü il tarixə 2684 manat aliment borcu var. İş materiallarına əlavə olunmuş 13 noyabr 2023-cü il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1349/2023 nömrəli 13 noyabr 2023-cü il tarixli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 101/2021 nömrəli, 19 mart 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilərək Şəxs 20 yanvar 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması hər ay sabit məbləğdə 220 manat aliment tutularaq X1 xeyrinə ödənilməsi, qətnamənin dərhal icra olunması qət edilmiş və həmin tarixdə icra vərəqəsi çıxarılaraq dərhal icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarlarının surətindən məlum olur ki, həmin qərarlarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin tələbin könüllü icrası haqqında bildirişlər verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-10/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə borclu Şəxs məcburi gətirilməsinə qərar verilmişdir. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hal yoxdur. Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-181/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini, öhdəliyin məhz pul öhdəliyi olduğunu və bu günə qədər onun tərəfindən icra ödənişinin düzgün və vaxtında aparılmadığını nəzərə alaraq barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlir. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 17 (on yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 27 noyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar