Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-45/2022 26.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Babək rayonu, Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, (FİN KOD: xxxxxxx) orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmayan, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyi Naxçıvan Şəhər Polis İdarəsinin 1№-li Polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 26 aprel 2022-ci il tarixdə Bulqan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan zərərçəkmiş şəxs Cəfərov X2 Şəhər Polis İdarəsinin 1 №-li Polis bölməsinə ərizə ilə müraciət edərək ərizəsində 26 aprel 2022-ci il tarixdə özünə məxsus olan Qaraxanbəyli kəndindəki həyətyanı sahədə olan əl damından boss markalı laqonda oğurlandığını qeyd edərək laqondanı oğurlayan şəxsin tapılmasında ona kömək edilməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin 1 №-li Polis Bölməsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 26 aprel 2022-ci il tarixli, 009835 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yaşadığını, 26.04.2022-ci il tarixdə saat təqribən 00:20 radələrində siqaret çəkmək üçün məhəlləyə çıxdığını, həmin vaxt qonşuluqda yaşayan Nicat adlı şəxsin işdən gəldiyini görüb onunla salamlaşdığını, Nicatgilin məhəlləyə yaxın yerdə həyətyanı yerləri olduğu üçün onun işlətdiyi elektrik əşyalarını həmin yerdə olan əl damına qoyduğunu, Nicat əlində gətirdiyi elektrik əşyalarını evlərinə qoyub getdikdən sonra, özünün çəpərdən aşaraq həyətə girib əl damına tərəf getdiyini, əl damına daxil olaraq orada olan şkafı açıb orada olan boss markalı laqundanı götürdüyünü, həmin həyətdən çıxaraq evə getdiyini, 26.04.2022-ci il tarixdə saat təqribən 10:50 radələrində telefonuna zəng gəldiyini və onu Polis Bölməsinə çağırdıqlarını, onun da Polis Bölməsinə getdiyini, polis bölməsində olan əməkdaşların ona etdiyi əməli bildirdiklərini, onunda etdiyi əməli səmimi etiraf edərək oğurladığı boss markalı laqundanı öz sahibinə geri qaytardığını, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında fərdi ev ustası işlədiyi üçün hər gün axşamları evə gəldiyini, 26.04.2022-ci il tarixdə saat 00:20 radələrində işdən evə gələn zaman qonşuluqda yaşayan Tale adlı şəxsi görüb onunla salamlaşdığını, Qaraxanbəyli kəndində özünə məxsus olan həyətyanı sahəsinə tərəf getdiyini, həmin həyətdə yerləşən əl damı adlanan hissəyə iş üçün işlətdiyi elektrik avadanlıqlarını yığıb Bulqan kəndindəki evinə getdiyini, 26.04.2022-ci il tarixdə saat 09 radələrində Qaraxanbəyli kəndindəki həyətyanı sahəyə getdiyini, həmin elektrik avadanlıqlarını götürüb işə gedəcəyini, həyətə gələn zaman uzaqdan əl damının qapısının açıq olduğunu, axsam yəqin onun yaxşı örtmədiyini zənn etdiyini, amma əl damının içərisinə girən zaman içəridə olan şkafın açıq olduğunu və oraya qoyduğu boss markalı laqundanın olmadığını gördüyünü, şkafın içərisini axtarıb tapa bilmədiyi üçün və laqundasının oğurlandığını bilib bu barədə Polis Bölməsinə müraciət etdiyini, laqundanı qaytarsa da Şəxs bağışlamadığını, onunla barışmadığını, ondan şikayətçi olduğunu qeyd edərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Xəstəxanası Publik hüquqi şəxsi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli, 71 nömrəli məktubun təsdiq olunmuş surətinə əsasən Şəxs 26 aprel 2022-ci il tarixdə xəstəxanada ambulator olaraq tibbi müayinədən keçmiş və ona “praktik sağlam” diaqnozu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər Şöbəsi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli, 310 nömrəli arayışdan görünür ki, Budaqov X3 MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsində qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin PHŞ Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli, 113 nömrəli arayışdan görünür ki, Budaqov X3 Şəhər Məşğulluq Mərkəzində işsiz və iş axtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş materiallarına əlavə olunmuş 26 aprel 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 26 aprel 2022-ci il tarixdə saat 11:20-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. - 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatı, həmçinin zərərçəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbs etmənin əvvəli onun tutulduğu 26.04.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə işin hallarını, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət saymayaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 27 (iyirmi yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 26 aprel 2022-ci il tarixdən, saat 11:20-dən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-45/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-45/2022
26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver