Məhkəmə qərarları › İş №3(078)-450/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-450/2023

27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-450/2023 27.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1987-ci il tarixdə Babək rayonu, Didivar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olur, ailəli, 3 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-422/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli icra vərəqəsinin surətinə əsasən, Şəxs 700 (yeddi yüz) manat əsas borc və 150 (yüz əlli) manat gecikdirilmiş dəbbə pulu olmaqla, cəmi 850 (səkkiz yüz əlli) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq, X2 qaytarılması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-758/2022 nömrəli, 11 iyul 2023-cü il tarixli icra vərəqəsinin surətinə əsasən, Şəxs 15430 (on beş min dörd yüz otuz) manat məbləğində pul, məhkəmə məsrəfi olan 400 (dörd yüz) manat məbləğində vəkil xərci və 137 (yüz otuz yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15967 (on beş min doqquz yüz altmış yeddi) manat məbləğində pulun alınaraq X3 qaytarılması qət edilmişdir. İş üzrə icraata 09 iyun və 12 iyul 2023-cü il tarixlərdə başlanmasına, tələbin könüllü icrası haqqında bildirişlərin, icra vərəqələrinin surətinin müvafiq məktubla göndərilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, borcu yaranmış, beləliklə, Şəxs icra vərəqələrini üzrsüz səbəbdən icra etməmiş və icra vərəqələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq maddi imkanı olmadığından icra vərəqələrinin icrasını yerinə yetirmədiyini, bu səbəbdən borcunun yarandığını, ödəmə etmədiyini, mümkün qədər tez müddət ərzində borcunu ödəməyə başlayacağını, ödəmək üçün vaxt verilməsini, əməlindən çox peşman olduğunu bildirərək, ona yüngül tənbeh verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-422/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-422/2023 nömrəli, 01 may 2023-cü il tarixli qətnaməsi ilə, Şəxs 700 (yeddi yüz) manat əsas borc və 150 (yüz əlli) manat gecikdirilmiş dəbbə pulu olmaqla, cəmi 850 (səkkiz yüz əlli) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq, X2 qaytarılması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-758/2022 nömrəli, 11 iyul 2023-cü il tarixli icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-758/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə, Şəxs 15430 (on beş min dörd yüz otuz) manat məbləğində pul, məhkəmə məsrəfi olan 400 (dörd yüz) manat məbləğində vəkil xərci və 137 (yüz otuz yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15967 (on beş min doqquz yüz altmış yeddi) manat məbləğində pulun alınaraq X3 qaytarılması qət edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 09 iyun və 12 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərarlarının surətindən məlum olur ki, həmin qərarlarla iş üzrə icraat başlanmışdır. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi peşmançılığı, 3 uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq, onun barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin.

2. İnzibati həbsin əvvəli 27 sentyabr 2023-cü il tarixdən hesablansın.

3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun.

4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar